Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3383/2021 30.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı Türkiyə Respublikasının “Aselsan Baku” Şikrətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Türkiyə Respublikasının İddiaçı Cavabdehnə qarşı “pul” tələbi barədə kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Türkiyə Respublikasının İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Türkiyə Respublikasının “Aselsan Baku” Şikrəti ilə Cavabdeh MMC arasında 22 iyul 2009-cu il tarixli, T2009/07-071 saylı müqavilə üzrə cavabdehin ödəməli olduğu 708,04 manat əsas borc, illik 5% cərimə məbləği olaraq 35,40 manat, dövlət rüsumu 30,40 manat və vəkilə ödənilən haqq 100 manatı - cəmi 873,84 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Türkiyə Respublikasının “Aselsan Baku” Şikrəti ilə (bundan sonra iddiaçı) Cavabdeh MMC (bundan sonra cavabdeh) arasında 22 iyul 2009-cu il tarixli, T-2009/07-071 saylı “Trunk rabitə sisteminə dair” müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən Operator (“Aselsan Baku” Şikrəti) Abonentin (Cavabdeh MMC) TRUNK rabitə qovşağına qoşulmasını təmin edir, Abonent isə həmin xidmətlərin haqqını ödəməyi öhdəsinə götürür. Qeyd olunan Müqavilənin 2.2.1ci bəndinə əsasən Abonent xidmətlərin haqqını hər ay üçün kəsilmiş xidmət fakturasına əsasən ödəyir, 2.2.2-ci bəndə əsasən isə Abonent Xidmətlərin haqqını xidmət fakturasında göstərilmiş son tarixlərədək ödəyir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən Abonent ödəniş şərtlərini pozduqda, Operator ödənişin tam həyata keçirildiyi tarixə qədər, gecikdirilmiş hər gün üçün ödənilməli məbləğin 0,01% miqdarında dəbbə pulu hesablanmasına malikdir. Sözügedən müqaviləyə əsasən iddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə cavabdeh tərəfindən son ödəniş 14.08.2020-ci il tarixdə 150 manat məbləğində olmuş, daha sonra hər hansı ödəniş edilməmişdir. Göstərilmiş xidmətlər üzrə 30 noyabr 2020-ci il tarixinə cavabdehin 708,04 (yeddi yüz səkkiz manat 04 qəpik) manat borcu qalmışdır. Cavabdehin iddiaçıya olan borcu barədə dəfələrlə telefonla məlumat verilmiş və borcun ödənilməsi xahiş edilmişdir. Hətta qeyd olunan borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə 18 yanvar 2021-ci il tarixdə xəbərdarlıq da göndərilmişdir. Lakin edilmiş xəbərdarlıqlara baxmayaraq, keçən müddət ərzində cavabdeh müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Türkiyə Respublikasının “Aselsan Baku” Şikrətinin nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı Türkiyə Respublikasının “Aselsan Baku” Şikrətinin nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. İş materiallarında olan Türkiyə Respublikasının “Aselsan Baku” Şikrəti ilə Cavabdeh MMC arasında bağlanmış 22 iyul 2009-cu il tarixli, T-2009/07-071 nömrəli müqavilədən görünür ki, Operator (“Aselsan Baku” Şikrəti) Abonentin (Cavabdeh MMC) TRUNK rabitə qovşağına qoşulmasını təmin edir, Abonent (Cavabdeh MMC) isə həmin xidmətlərin haqqını ödəməyi öhdəsinə öhdəsinə götürmüşdür. İş materiallarında olan 22 iyul 2009-cu il tarixli, T-2009/07-071 nömrəli müqaviləsinin əlavəsi olan Aylıq xidmət haqqının razılaşdırılması protokolundan görünür ki, göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV ilə birgə 60.18 manat təşkil edir. İş materiallarında olan 22 iyul 2009-cu il tarixli, T-2009/07-071 nömrəli müqaviləsinin 1 nömrəli əlavəsindən görünür ki, 21 yanvar 2010-cu il tarixdə “Aylıq abunə haqqının razılaşdırılması protokolu”nun 1-ci bəndində göstərilən cədvələ 3 (üç) ədəd Aselsan-T4415 əl telsizi əlavə olunaraq cədvəl yeni redaksiyada qəbul edilmiş və göstərilən xidmətlərin ümumi dəyəri ƏDV ilə birgə 120,36 manat təşkil etməsi müəyyən edilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 19 Saylı Vəkil Bürosuna hüquqi xidmətlərinin göstərilməsi üçün 100 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İşin araşdırımış hallarından göründüyü kimi iddiaçı tərəfindən cavabdehə xidmətlər göstərilmiş, iddiaçı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra etsə də, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, bunu təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın tam təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 708,04 manat əsas borc, illik 5 % hesablanmaqla 35,40 manat, cəmi 743 (yeddi yüz qırx üç) manat 44 (qırx dörd) qəpik məbləğində pul Cavabdehndən tutularaq Türkiyə Respublikasının İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş pulun əvəzi olaraq 100 (yüz) manat məbləğində pul Cavabdehndən tutularaq Türkiyə Respublikasının İddiaçınə ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3383/2021
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-3383/2021
30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver