Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3384/2024 06.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsinin iştirakı olmadan, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdatəsinin nümayəndəsi X2 iştirakı ilə, Digər cavabdehlərin iştirakı olmadan, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdatəsinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb İdarəsinə qarşı “pul öhdəliyinin yerinə yetirilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaranmış 90.177,26 manat əsas borcun, gecikdirilmiş vaxt üçün illik 5%-i miqdarında 9300 manat, 388,43 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə hazırlıq iclasları 27 may 2024-cü il tarixə, saat 10:00-a, və 06 iyun 2024-cü il tarixə, saat 11:40-a təyin edilmişdir. Hazırlıq iclaslarında cavabdehin nümayəndəsi iştirak etsə də, iddiaçının nüayəndəsi hər iki hazırlıq iclasında iştirak etməmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, iddiaçı tərəf iştirak etdiyi halda işi araşdırıb məhkəməyə mövgeylərini dəqiq bildirə bilərlər, lakin iki iclasdır iddiaçı tərəf gəlmir. İşin baxılmamış saxlanılmasına etiraz etmir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı tərəfə iki məhkəmə hazırlıq iclaslarinin yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı heç bir məhkəmə hazırlıq iclasına gəlməmiş və iştirak etməməklərinin səbəbləri barədə məhkəməyə məlumat versə də həmin səbəblərə dair heç bir sübut təqdim etməmişdir, məhkəmə tərəfindən iştirak etməməklərinin səbəbləri üzürlü hesab edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.7-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.7, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdatəsinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb İdarəsinə qarşı “pul öhdəliyinin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi verilərkən ********** saylı qəbzə əsasən ödənilmiş 388,43 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3384/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3384/2024
06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver