Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3392/2021 05.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, İddiaçı MMC-nin Cavabdehnə qarşı pul tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 4846,62 manat (ƏDV hissəsi) borc pul məbləğini, ödənilmiş dövlət rüsumu 30 (otuz) manat, cəmi 4876,62 manat həcmində müqavilə üzrə məbləğin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kiçik iddia üzrə sadələşdirilmiş qaydada ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, İddiaçı MMC verilmiş tələbi təsdiq edən sənədləri məhkəməyə təqdim etməmiş, belə məhkəməyə təqdim edilən elektron qaimələrdə göstərilinən vəsaitlər tələbdən qat-qat çoxdur, üzləşmə aktında cavabdehin imzası və möhürü yoxdur, müqavilə isə ümumiyyətlə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-4.1.3-cü maddəsinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-4.2-ci maddəsinə görə bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Beləliklə, qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, verilmiş tələbi təsdiq edən sənədlər İddiaçı MMC-nin Cavabdehnə qarşı pul tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrinə əsasən, QƏRARA A L D İ M: İddiaçı MMC-nin Cavabdehnə qarşı pul tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada verdiyi ərizənin icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli, 04.06.2021-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı MMC-yə izah edilsin ki, kiçik iddialar üzrə sadələşdirilmiş icraat barədə ərizənin qəbul edilməsindən imtina olunması onun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verilməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3392/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3392/2021
05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver