Məhkəmə qərarları › İş №e-2-2(113)-3393/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3393/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3393/2021 23.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı “" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 71800 (yetmiş bir min səkkiz yüz) manat xidmət haqqı, 14450 (on dörd min dörd yüz əlli) manat ƏDV borcu, 197424 (bir yüz doxsan yeddi min dörd yüz iyirmi dörd) manat cərimə və 30 (otuz) manat məhkəmə xərci olmaqla, ümumilikdə 283674 (iki yüz səksən üç min altı yüz yetmiş dörd) manat pul məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daxili İşlər Nazirliyi tərəfindən fəaliyyətinə Lisenziya verilmiş İddiaçı ilə Cavabdeh arasında 01.10.2019-cu il tarixdə “Mühafizə xidmətlərinin göstərilməsi barədə” QMX 06/19 saylı Müqavilə bağlanmışıdır. Müqavilə şərtlərinə əsasən cavabdeh şirkət hər ayın 25-dən aylıq 9750 (doqquz min yeddi yüz əlli) manat (ƏDV xaric) xidmət haqqının icraçı şirkətə ödənilməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin 1.1-ci bəndinin tələblərinə əsasən iddiaçı tərəfindən Sifarişçilərə məxsus olan ünvan 1 ünvanında yerləşən obyekdə, 3 (üç) post üzrə 15 (on beş) nəfər şəxsi heyət ilə stasionar mühafizə xidmətləri həyata keçirilmişdir. Əfsuslar olsun ki, Cavabdeh MMC tərəfindən adı çəkilən Müqavilənin 3.1-ci bəndinin şərtləri pozularaq 2020-ci ilin mart noyabr ayları üzrə “İcraçı” şirkətə 71800 (yetmiş bir min səkkiz yüz) manat xidmət haqqı və 14450 (on dörd min dörd yüz əlli) manat ƏDV məbləğinin ödənilməsi təmin edilməmişdir. Bu səbəbdən də iddiaçı tərəfindən cavabdeh şirkətə yaratdıqları borc barədə ilk olaraq 24.12.2020-ci il tarixdə “EMS Sürətli Poçt Xidməti” vasitəsi ilə sifarişli (Qəbz TA000625735AZ) QMX-80 saylı xəbərdarlıq məktubu ünvanlanmışdır. Daha sonra cavabdeh şirkətə yaratdıqları 71800 (yetmiş bir min səkkiz yüz) manat xidmət haqqı və 14450 (on dörd min dörd yüz əlli) manat ƏDV borcu könüllü şəkildə 1 (bir) həftə müddətində bağlamaları barədə “EMS Sürətli Poçt Xidməti” vasitəsi ilə sifarişli (Qəbz TA001015514AZ), QMX-83 saylı, 11 fevral 2021-ci il tarixli pretenziya məktubu ünvanlanmışdır. Pretenziya məktubunda cavabdeh şirkət onun barəsində aidiyyəti məhkəmədə (əsas məbləğ, ƏDV, cərimə məbləği, hüquq xidmətləri xərci və s. əlaqəli xərclər da daxil olmaqla) iddia qaldırılacağı barədə xəbərdar olunmuşdur. Lakin iddiaçı tərəfindən görülən qanuna müvafiq tədbirlərə baxmayaraq, Cavabdeh MMC öz öhdəliklərinin icrasından qərəzli şəkildə yayınmaqda davam edir. Nəticə etibarı ilə cavabdehə göstərilən mühafizə xidmətlərinə görə (mart 2020-ci il - may 2021-ci il) 457 (dörd yüz əlli yeddi) gün müddətində Cəmiyyətə ödənişlər aparılmadığından, iddiaçı şirkət və onun əməkdaşları arasında əmak haqlarının ödənilməməsi istiqamətində ciddi narazılıq yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və bağlanmış müqavilənin tələblərinə əsasən yaranmış əsas borc, ƏDV və gecikdirilən 457 (dörd yüz əlli yeddi) gün üçün hesablanan 0,5% gündəlik cərimə məbləği (86250 manat x 0.5% = 432 manat x 457 gün = 197424 manat) iddiaçı şirkətin xeyrinə tutulmalıdır. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin artırılmasına dair” ərizə verərək, Cavabdehndən İddiaçı xeyrinə 71800 (yetmiş bir min səkkiz yüz) manat xidmət haqqı, 14450 (on dörd min dörd yüz əlli) manat ƏDV borcu, 197424 (bir yüz doxsan yeddi min dörd yüz iyirmi dödr) manat cərimə, 9135 (doqquz min bir yüz otuz beş) manat DSMF peniyası borcu və 30 (otuz) manat məhkəmə xərcinin, ümumilikdə 292839 (iki yüz doxsan iki min səkkiz yüz otuz doqquz) manat pul məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı tərəfindən göndərilən mühafizəçilərin xidmət haqqısı ödənilmiş, Cavabdeh MMC-nin iddiaçıya heç bir borcu qalmamışdır. Qeyd olunan dəbbə pulu həddindən artıq şişirdilmiş, eləcə də Cavabdeh MMC-nin iddiaçı qarşısında DSMF peniyası borcu ilə bağlı bir öhdəliyi olmamışdır. Ona görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (icraçı) arasında 01 oktyabr 2019-cu il tarixdə 06/19 saylı “Mühafizə xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 107 qeydiyyat nömrəli lisenziya ilə İddiaçı MMC-yə qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinin həyata keçirilməsinə icazə verilmişdir. İş materiallarında olan maliyyə cədvəlindən görünür ki, 2019-cu ilin oktyabr ayından 2020-ci ilin mart ayına kimi ödənişlər edilmiş, mart ayının ödənişindən 410 manat ƏDV məbləğində pul ödənilməmiş, 2020-ci ilin aprel ayından noyabr ayına kimi (noyabr ayı daxil) 71800 manat məlbəğində əsas, 14450 manat ƏDV (2020-ci ilin mart ayının qalıq ƏDV məbləği daxil olmaqla) məbləğində borc yaranmışdır. 23.01.2020-ci il tarixli, EBAF seriyalı, 177801 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 11505 (ƏDV daxil) manat təşkil edir. 21.02.2020-ci il tarixli, EBAG seriyalı, 529944 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 11505 (ƏDV daxil) manat təşkil edir. 17.03.2020-ci il tarixli, EBAH seriyalı, 787608 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 11505 (ƏDV daxil) manat təşkil edir. 22.04.2020-ci il tarixli, EBAJ seriyalı, 025674 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 11505 (ƏDV daxil) manat təşkil edir. 22.05.2020-ci il tarixli, EBAK seriyalı, 259394 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 11505 (ƏDV daxil) manat təşkil edir. 18.06.2020-ci il tarixli, EBAL seriyalı, 023957 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 11505 (ƏDV daxil) manat təşkil edir. 22.07.2020-ci il tarixli, EBAM seriyalı, 586847 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 11505 (ƏDV daxil) manat təşkil edir. 17.08.2020-ci il tarixli, EBAN seriyalı, 708277 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 11505 (ƏDV daxil) manat təşkil edir. 21.09.2020-ci il tarixli, EBAQ seriyalı, 172355 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 11505 (ƏDV daxil) manat təşkil edir. 19.10.2020-ci il tarixli, EBAR seriyalı, 275338 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 11505 (ƏDV daxil) manat təşkil edir. 19.11.2020-ci il tarixli, EBAS seriyalı, 720122 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 11505 (ƏDV daxil) manat təşkil edir. İddiaçı MMC 11.02.2020-ci il tarixli pretenziya qaydasında məktubla Cavabdeh MMC-yə müraciət edərək, müqavilə üzrə yaranmış 71800 (yetmiş bir min səkkiz yüz) manat xidmət haqqı və 14450 (on dörd min dörd yüz əlli) manat ƏDV məbləğində borcun ödənilməsini xahiş etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək zərurəti yaranacağını bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında mühafizə xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, müqavilədə nəzərdə tutulmuş xidmətləri göstərsə də, cavabdeh göstərilmiş xidmətin dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Cavabdehin nümayəndəsi iddiaçıya borcun olmadığını bildirsə də, borcun olmaması ilə sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (icraçı) arasında 01 oktyabr 2019-cu il tarixdə 06/19 saylı “Mühafizə xidmətlərinin göstərilməsi haqqında” müqavilənin: 1.1-ci bəndinə əsasən sifarişçi ünvan 1 ünvanda yerləşən obyektini icraçıya təhvil verir, icraçı isə həmin obyekti müəyyən haqq müqabilində mühafizəyə qəbul edir. 2.1-ci bəndinə əsasən bu müqavilə 1 (bir) il müddətinə bağlanılır. 2.2-ci bəndinə əsasən müqavilə 01.10.2019-cu il tarixdən qüvvəyə minir. 2.3-cü bəndinə əsasən müqavilə müddətinin bitməsinə azı 30 gün qalmış tərəflərdən biri ona xitam veriləcəyi barədə digər tərəfə yazılı müraciət etməzsə, müqavilə eyni şərtlərlə növbəti 1 (bir) il üçün uzadılmış hesab edilir. 3.1-ci bəndinə əsasən bu müqavilə ilə nəzərdə tutulan xidmətin aylıq haqqı 9750 (doqquz min yeddi yüz əlli) manat məbləğində müəyyən edilir. 3.3-cü bəndinə əsasən mühafizəyə götürülən obyektə görə növbəti ay üçün ödəniş hər ayın 25-dən gec olmayaraq qabaqcadan İcraçının hesablaşma hesabına köçürülür və ya eyni müddətdə İcraçının kassasına nağd pul formasında ödənilir. Ödənişin gecikdirilməsi baş verdiyi halda Sifarişçi müqavilənin hər gecikdirilən gününə görə 0,5 % məbləğində cərimə olunur. 7.12-ci bəndinə əsasən mühafizə postlarının sayı 3; 7.10-cu bəndinə əsasən mühafizəyə çıxan şəxsi heyətin sayı 15 nəfər; 7.13-cü bəndinə əsasən xidmətin növü stasionar; 7.15-ci bəndinə əsasən mühafizənin vaxtı 09:00-dan - 09:00-a kimidir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqaviləyə əsasən göstərilmiş xidmətin dəyərini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 71800 manat məbləğində əsas borc və 14450 manat məbləğində ƏDV borcu tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı həmçinin borcun ödənilməsinin gecikdirilməsinə görə 197424 manat cərimənin cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 3000 manat məbləğində müəyyən edilməlidir. İddia tələbinin bir hissəsini də cavbdehdən iddiaçının xeyrinə 9135 (doqquz min bir yüz otuz beş) manat DSMF peniyası borcun tutulması təşkil edir. Məhkəmə həmin hissəyə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 21 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 9 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 71800 (yetmiş bir min səkkiz yüz) manat məbləğində əsas borc, 14450 (on dörd min dörd yüz əlli) manat məbləğində ƏDV borcu, 3000 (üç min) manat məbləğində cərimə və ödənilmiş dövlət rüsumuna görə 9 (doqquz) manat olmaqla, cəmi 89259 (səksən doqquz min iki yüz əlli doqquz) manat məbləğində pul “" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 21 (iyirmi bir) manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar