Məhkəmə qərarları › İş №e-2-2(113)-3393/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3393/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3393/2024 25.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğvi, pulun tutulması və lizinq obyektinin qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğvi, pulun tutulması və lizinq obyektinin qaytarılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh qarşı (bundan sonra – cavabdeh) “müqavilənin ləğvi, pulun tutulması və lizinq obyektinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2020-cu il tarixli KTAKTT-20/1502 saylı “Aqrar Kredit və X3 ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi”nə əsasən xx.xx.2024-cü il tarixinə 2,836.81 manat gecikdirilmiş əsas borc, 574.57 manat cərimə borc, ümumilikdə, 3.411,38 manat borc məbləğinin və 54,12 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış xx.xx.2020-cu il tarixli KTA-KTT-20/1502 saylı “Aqrar Kredit və X3 ilə verilən subsidiya tətbiq edilən X4 Müqaviləsi” nə xitam verilməsi və 1 ədəd TİNAZ 1.65 markalı otbiçən (şassi nömrəsi 113320), 1 ədəd TİNAZ 1.65 markalı otbiçən (şassi nömrəsi 113305), 1 ədəd KARATASH 4-lü ot toplama dırmığı markalı ot toplayan dırmıq (şassi nömrəsi 2020KRTS********), 1 ədəd KARATASH 1000 LT 16MANATOLİA İLAÇLAMA makinesi markalı dərmansəpən (şassi nömrəsi 2020 KRTS********), 1 ədəd KARATASH 4-lü ot toplama dırmığı markalı ot toplayan dırmıq (şassi nömrəsi 2020KRTS********), 1 ədəd KARATASH SP 125 markalı kotan (şassi nömrəsi2019KRTS115076), 1 ədəd ASTAR FERTİLİZİER MACHİNE markalı gübrəsəğən (şassi nömrəsi 201910GSMT861) və 1 ədəd TİNAZ 1.65 markalı otbiçənin (şassi nömrəsi 113318) saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2020-cu il tarixli KTA-KTT-20/1502 saylı “Aqrar Kredit və X3 ilə verilən subsidiya tətbiq edilən X4” Müqaviləsi bağlanmış, həmin Müqaviləyə əsasən 1 ədəd TİNAZ 1.65 markalı otbiçən (şassi nömrəsi 113320), 1 ədəd TİNAZ 1.65 markalı otbiçən (şassi nömrəsi 113305), 1 ədəd KARATASH 4-lü ot toplama dırmığı markalı ot toplayan dırmıq (şassi nömrəsi 2020KRTS********), 1 ədəd KARATASH 1000 LT 16MANATOLİA İLAÇLAMA makinesi markalı dərmansəpən (şassi nömrəsi 2020 KRTS********), 1 ədəd KARATASH 4-lü ot toplama dırmığı markalı ot toplayan dırmıq (şassi nömrəsi 2020KRTS********), 1 ədəd KARATASH SP 125 markalı kotan (şassi nömrəsi2019KRTS115076), 1 ədəd ASTAR FERTİLİZİER MACHİNE markalı gübrəsəğən (şassi nömrəsi 201910GSMT861), 1 ədəd TİNAZ 1.65 markalı otbiçən (şassi nömrəsi 113318) cavabdehə 36 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan avadanlıqlar lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 16525.00 manat təşkil etmişdir. Həmin məbləğin 5190.00 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018- ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 3385.00 manat məbləğində ilkin ödəniş və 495.75 manat müqavilənin rəsmiləşdirmə komissiyası Cəmiyyətimizə ödənilmişdir. Lizinq müqaviləsinin predmetini təşkil edən avadanlıqlar cavabdehə təhvil verildikdən sonra, onun tərəfindən ödəniş qrafiki üzrə ödənişlər vaxtında həyata keçirilməmişdir və nəticədə xx.xx.2024-cü il tarixinə 2,836.81 AZN gecikdirilmiş əsas borcu yaranmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi N.İsmayılova iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia ərizəsində texniki yanlışlığa yol verilmiş, müqavilənin ləğvi də ayrıca iddia tələbi kimi irəli sürülmüşdür. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin müddəti bitmiş, müqavilə müddəti uzadılmamışdır.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə də məlumat verməmişdir.

5. Sonuncu məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli KTA-KTT-20/1502 nömrəli Aqrar Kredit və X3 ilə verilən Subsidiya tətbiq edilən X4 müqaviləsinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş kənd təsərrüfatı texnikalarını və aqreqatlarını öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür.

8. Müqavilənin 2.1-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə bütün ödənişlər və bu müqavilənin bağlanması ilə bağlı yaranmış ödənişlər (sığorta haqqı, komissiya, qeydiyyat xərcləri və s.) Əlavə №2-də göstərilən cədvəl üzrə həyata keçirilir.

9. Müqavilənin 3.2-ci bəndinə əsasən lizinqin müddəti 36 aydır.

10. Müqavilənin 11.3-cü bəndinə əsasən lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1 faizi miqdarında cərimə hesablamaq hüququna malikdir.

11. Müqavilənin 1 saylı Əlavəsində lizinq obyektlərinın adı, markası və xüsusiyyətləri göstərilmişdir.

12. Müqavilənin 2 saylı Əlavəsində lizinq ödənişlərinin vaxtı, məbləği razılaşdırılmışdır. Müqavilə üzrə son ödəniş tarixi xx.xx.2023-cü il müəyyənləşdirilmişdir.

13. Lizinq obyektlərinin təhvil-təslim aktına əsasən xx.xx.2020-ci il tarixli KTA-KTT- 20/1502 nömrəli müqavilənin əlavəsində göstərilən lizinq obyektləri iddiaçı tərəfindən cavabdehə saz və işlək vəziyyətdə təhvil verilmişdir.

14. İş materiallarından görünür ki, 08 aprel 2024-cü il tarixdə iddiaçı cavabdehə pretenziya məktubu göndərilmiş, müqavilə üzrə yaranmış borcların ödənilməyəcəyi təqdirdə xx.xx.2020-cu il tarixli KTA-KTT-20/1502 nömrəli lizinq müqaviləsinin ləğv olunması, eləcə də həmin müqavilə üzrə yaranmış borcun, məhkəmə rüsumunun tutulması, lizinq obyekti olan texnikaların saz və işlək vəziyyətdə geri alınması tələbi ilə aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

15. İddiaçı tərəfindən verilmiş 23 aprel 2024-cü il tarixli PLM-24/0222 nömrəli maliyyə arayışından görünür ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli KTA-KTT-20/1502 nömrəli müqaviləyə əsasən cavabdehin xx.xx.2024-cü il tarixə olan gecikdirilmiş cari borcu 2,836.81 manat, cərimə borcu isə 574,57 manat olmaqla, ümumilikdə borcu 3.411,38 manat təşkil edir.

16. İddiaçı tərəfindən verilmiş hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən müqavilə üzrə son ödəniş xx.xx.2023-cü ildə edilmişdir.

17. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

18. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli KTA-KTT-20/1502 nömrəli lizinq müqaviləsi bağlanmış, lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektlərini müqavilənin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmişdir.

19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

20. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

21. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.

22. 748-1.4-cü maddəsinə əsasən lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır.

23. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

24. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

25. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.

26. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin xx.xx.2020-ci il tarixli KTA-KTT-20/1502 nömrəli lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 2836,81 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia borcun tutulması hissəsində təmin edilməli, cavabdehdən 2836,81 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

27. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 11-ci bəndinə əsasən hesablanmış 574,57 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

28. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

29. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

30. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

31. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 100 manat müəyyən edilməlidir.

32. Məhkəmə iddia tələbinin lizinq obyektlərinin saz və işlək vəziyyətdə cavabdehdən geri alınmasına dair hissəsi ilə də razılaşır və belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir.

33. Materiallardan görünür ki, lizinq müqaviləsinin müddəti 36 ay müəyyən edilmiş, müqavilənin müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir.

34. Belə ki, Mülki Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.

35. Bundan əlavə, iddia ərizəsində tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli KTA-KTT-20/1502 nömrəli lizinq müqaviləsinə xitam verilməsi tələbi də irəli sürülmüşdür.

36. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir.

37. Belə ki, materiallarda olan xx.xx.2020-ci il tarixli KTA-KTT-20/1502 nömrəli lizinq müqaviləsinin 3.2-ci bəndinə əsasən müqavilənin müddəti 36 ay müəyyən edilmiş, müqavilənin əlavəsində müqavilə üzrə cavabdehin son öhdəliyinin tarixi kimi xx.xx.2023cü il razılaşdırılmışdır.

38. xx.xx.2020-ci il tarixli KTA-KTT-20/1502 nömrəli lizinq müqaviləsinin müddəti göstərilən tarixdə bitdiyindən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

39. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2024-cü il tarixə olan 2836,81 manat gecikdirilmiş əsas borc, 100 manat gecikdirilmiş günlərə görə cərimə borcu tutularaq iddiaçıya ödənilməli, liziniq predmetləri olan 1 ədəd TİNAZ 1.65 markalı otbiçən (şassi nömrəsi 113320), 1 ədəd TİNAZ 1.65 markalı otbiçən (şassi nömrəsi 113305), 1 ədəd KARATASH 4-lü ot toplama dırmığı markalı ot toplayan dırmıq (şassi nömrəsi 2020KRTS********), 1 ədəd KARATASH 1000 LT 16MANATOLİA İLAÇLAMA makinesi markalı dərmansəpən (şassi nömrəsi 2020 KRTS********), 1 ədəd KARATASH 4-lü ot toplama dırmığı markalı ot toplayan dırmıq (şassi nömrəsi 2020KRTS********), 1 ədəd KARATASH SP 125 markalı kotan (şassi nömrəsi2019KRTS115076), 1 ədəd ASTAR FERTİLİZİER MACHİNE markalı gübrəsəğən (şassi nömrəsi 201910GSMT861) və 1 ədəd TİNAZ 1.65 markalı otbiçənin (şassi nömrəsi 113318) İddiaçı ASC-yə saz və işlək vəziyyətdə geri qaytarılması öhdəliyi cavabdehə həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 50 manat dövlət rüsumu cavabdehə, 4,12 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2836,81 manat əsas borc, 100 manat cərimə, 50 manat dövlət rüsumu, ümumilikdə 2986,81 (iki min doqquz yüz səksən altı manat səksən bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh 1 ədəd TİNAZ 1.65 markalı otbiçən (şassi nömrəsi 113320), 1 ədəd TİNAZ 1.65 markalı otbiçən (şassi nömrəsi 113305), 1 ədəd KARATASH 4-lü ot toplama dırmığı markalı ot toplayan dırmıq (şassi nömrəsi 2020KRTS********), 1 ədəd KARATASH 1000 LT 16MANATOLİA İLAÇLAMA makinesi markalı dərmansəpən (şassi nömrəsi 2020 KRTS********), 1 ədəd KARATASH 4-lü ot toplama dırmığı markalı ot toplayan dırmıq (şassi nömrəsi 2020KRTS********), 1 ədəd KARATASH SP 125 markalı kotan (şassi nömrəsi2019KRTS115076), 1 ədəd ASTAR FERTİLİZİER MACHİNE markalı gübrəsəpən (şassi nömrəsi 201910GSMT861) və 1 ədəd TİNAZ 1.65 markalı otbiçən (şassi nömrəsi 113318) saz və işlək vəziyyətdə alınaraq İddiaçı ASC-yə qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 4,12 manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar