Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3398/2024 02.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (alqı satqı müqaviləsi, elektron qaimə) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə əsas öhdəliyin icra edilməməsinə görə 9732,93 manat, həmin borca hesablanmış faizə görə 1362,6 manat, öhdəliyin vaxtında icra edilməməsinə görə dəymiş maddi ziyana görə 1000 manat, hüquqi yardım üçün vəkilə ödənilən xidmət haqqına görə 300 manat, ilkin mediasiya sessiyasında iştiraka görə ödənilən 110 manat, ödənilmiş dövlət rüsumuna görə 130 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cü il tarixdə satıcı qismində İddiaçı MMC ilə (iddiaçı) Sifarişçi qismində Cavabdeh MMC (cavabdeh) arasında 095 saylı alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı olaraq İddiaçı MMC alıcı Cavabdeh MMC-nin müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qiymətlərlə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiyalarda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşlər. Təqdim olunmuş malların adı, həcmi və qiymətləri müqaviləyə əlavələrlə müəyyən olunmuşdur. Müqaviləyə uyğun olaraq malın dəyəri nəğd və ya köçürmə yolu ilə satıcının hesabına köçürməlidir. Lakin cavabdeh könüllü şəkildə öhdəliklərini icra etmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İşin faktiki halları ilə bağlı qeyd edir ki cavabdehlə aralarında xx.xx.2019-cü il tarixli müqavilə bağlandıqdan sonra tərəflərindən həmin müqavilədə nəzərdə tutulmuş malların satışına başlanmışdır. Müqavilə bağlandıqdan sonra 2022-ci il tarixədək cavabdehə müxtəlif adda, həcmdə və qiymətlərdə mallar satılmış, ümumilikdə cavabdeh tərəfindən qəbul edilən malların cəmi dəyəri ƏDV daxil olmaqla 23863,64 manat təşkil etmişdir (20223,42 manat əsas, 3640,22 manat ƏDV). Müqaviləyə əlavədə göstərilən mallar alıcıya təhvil verilmiş və onlar tərəfindən heç bir narazılıq və iddiası olmadan mallar qəbul edilərək əsas məbləğdən (20223,42 manat) 11975,18 manat, ƏDV üzrə (3640,22 matıat) 2155,53 manat ödənilmişdir. Alıcı tərəfindən mallar qəbul edilsə də, onun ƏDV daxil olmaqla 9732,93 manat (8248,24 əsas və 1484,69 ƏDV) dəyəri iddiaçıya ödənilməmişdir. Dəfələrlə xəbərdar edilməsinə baxmayaraq cavabdeh həmin pulu iddiaçıya qaytarmaqdan yayınmış və hər dəfə bir bəhanə gətirməklə öhdəliyin icrasından boyun qaçırmışdır. Bu səbəbdən tərəflərindən onlayn kargüzarlıq vasitəsilə xx.xx.2023,xx.xx.2023,xx.xx.2023 və xx.xx.2024-cü il tarixlərdə borcun qaytarılması və mübahisənin məhkəməyədək 3 gün müddətində həll edilməsindən ötrü pretenziya məktubu ilə cavabdeh təşkilata müraciət olunmuşdur. Bundan əlavə, məsələnin məhkəmədənkənar həll edilməsi üçün keçirilən ilkin mediasiya sessiyasında da cavabdeh tərəf iştirak etmədiyindən mediasiya prosesi də baş tutmamışdır. Bütün bunlara baxmayaraq cavabdeh tərəfindən yenə də heç bir tədbir görülməmiş, borcun ödənilməsi təmin edilməmişdir.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasənborckı pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.Həmin Məcəllənin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə a)j;ç^ayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Göstərilən normalar baxımından hesab edir ki cavabdeh müqavilə üzrə məbləğin ödənilməsini gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün iki faiz bəndi əlavə edilməklə illik beş faiz tətbiq edilməli və ödənilməsi 2 il gecikdirilmiş (sonuncu dəfə edilən ödəniş tarixi (11,04.2022-ci il) əsas götürülməklə) pul məbləğinə hər ay üçün 5+2=7 faiz ödəmə hesablanmalıdır (9732,93 manat x illik 7 faiz = 681,3 AZN x 2 il =1362,6 AZN).Bundan əlavə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7№-li Qərarının 3-cü bəndində qeyd olunur ki, Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması vo s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Məlum olduğu kimi hər bir sahibkar, kommersiya və ya qeyri-kommersiya təşkilatı dayanıqlı rəqabət aparmaq üçün öz işgüzar nüfuzunu qorumağa çalışır. Çünki bu, onun cəmiyyətdə müsbət imic formalaşdırmasına, tərəfdaşların etibarını qazanmasına və gəlirlərinin artmasına xidmət edir. Lakin mülki hüquq pozuntusu (delikt) törətmiş cavabdehin hərəkətləri ilə hüquqlarının pozulması nəticəsində təşkilat olaraq bazar subyektləri arasında işgüzar nüfuzlarına və təsərrüfat fəaliyyətinə zərbə dəymişdir. Buna görə də qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasan cavabdehdən hüquqa zidd əməlləri ilə vurmuş olduğu maddi zərərin əvəzi kimi 1000 manat tələb edir. 3.xx.xx.2024-cü il iddiaçı iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə təqdim edərək, müqavilə üzrə əsas öhdəliyin icra edilməməsinə görə 8248.24 manat, həmin borca hesablanmış ƏDV-yə görə 1484.69 manat, əsas borca hesablanmış faizə görə 1362,6 manat, öhdəliyin vaxtında icra edilməməsinə görə dəymiş maddi ziyana görə 1000 manat, hüquqi yardım üçün vəkilə ödənilən xidmət haqqına görə 300 manat, ilkin mediasiya sessiyasında iştiraka görə ödənilən 110 manat, ödənilmiş dövlət rüsumuna görə 130 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 verdiyi izahatda bildirdi, əsas borc və ƏDV borcu ilə bağlı tələbi qəbul edir. Lakin hazırda ödəniş həyata keçirməyə imkanı yoxdur. Yalnız hissə-hissə ödəyə bilər.
Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6.Bir tərəfdən bundan sonra “satıcı” adlandırılacaq İddiaçı MMC ilə digər tərəfdən bundan sonra “alıcı” adlandırılacaq Cavabdeh MMC arasında bağlanmış 04 aprel 2019-cu il tarixli, 095 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən Spesifikasiyalarda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürür. 2.1. Müqavilənin qiyməti Azərbaycan manatı ilə 18% ƏDV nəzərə alınmaqla hesablanır və razılaşma protokolunda göstərilir. Alıcıya faktik təhvil verilən malın ( müxtəlif tikinti materialları) həcmi üçün təhvil-təslim aktı tərtib edilir. Yalnız təhvil-təslim aktına əsasən alıcıya təhvil verilən malın faktiki həcminə görə alıcı satıcıya haqq ödəyir. Alıcı təhvil təslim aktı ilə satıcıdan malın sifarişə əsasən keyfiyyəti və ya kəmiyyəti aşağı olduqda, mallara görə satıcının ödəniş tələb etmək hüququ yoxdur. Ödəniş edilməsi üçün satıcı alıcıya təhvil-təslim aktı, hesab-fakturaları təhvil verir. 2.2. Ödənişlər satıcının təqdim edəcəyi ödəniş sənədlərinə əsasən həmin sənədlər təqdim edildiyi gündən 7 iş günü ərzində nəğd və ya köçürmə şəklində aparılır. 4.1. Malın təhvil verilməsi anı satıcı və alıcı arasında təhvil-təslim aktı tərtib edilir və bu aktın tərtib edilməsi ilə alıcı malı təhvil almış hesab edilir. 7.İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 578.27 manat təşkil edən EAAS seriyalı 691972 nömrəli xx.xx.2019-cu il tarixli, 589.76 manat təşkil edən EBAB seriyalı 892659 nömrəli xx.xx.2019-cu il tarixli, 767.59 manat təşkil edən EBAP seriyalı 811857 nömrəli xx.xx.2020-ci il tarixli, 731.60 manat təşkil edən EBAQ seriyalı 541762 nömrəli xx.xx.2020-ci il tarixli, 1069.08 manat təşkil edən EBAT seriyalı 346132 nömrəli xx.xx.2020-ci il tarixli, 1052.60 manat təşkil edən EBAT seriyalı 666204 nömrəli xx.xx.2020-ci il tarixli. 1200.63 manat təşkil edən EBAT seriyalı 790321 nömrəli xx.xx.2020-ci il tarixli, 1139.70 manat təşkil edən EBAV seriyalı 179042 nömrəli xx.xx.2020-ci il tarixli, 1427.89 manat təşkil edən EBAW seriyalı 962536 nömrəli xx.xx.2021-ci il tarixli, 1837.26 manat təşkil edən EBAW seriyalı 963954 nömrəli xx.xx.2021-ci il tarixli, 442.24 manat təşkil edən EBAW seriyalı 965192 nömrəli xx.xx.2021ci il tarixli, 1928.83 manat təşkil edən EBBA seriyalı 551708 nömrəli xx.xx.2021-ci il tarixli, 1216.23 manat təşkil edən EBBA seriyalı 577138 nömrəli xx.xx.2021-ci il tarixli, 1339.12 manat təşkil edən EBBA seriyalı 581661 nömrəli xx.xx.2021-ci il tarixli, 1236.64 manat təşkil edən EBBA seriyalı 582456 nömrəli xx.xx.2021-ci il tarixli, 1394.05 manat təşkil edən EBBA seriyalı 582136 nömrəli xx.xx.2021-ci il tarixli, 413 manat təşkil edən EBBG seriyalı 801284 nömrəli xx.xx.2021-ci il tarixli, 2539.15 manat təşkil edən EBBH seriyalı 099292 nömrəli xx.xx.2021-ci il tarixli, 531 manat təşkil edən EBBH seriyalı 532147 nömrəli xx.xx.2021-ci il tarixli, 101.48 manat təşkil edən EBBJ 868763 nömrəli xx.xx.2021-ci il tarixli. 1054.45 manat təşkil edən EBBL seriyalı 162166 nömrəli xx.xx.2021-ci il tarixli, 82.60 manat təşkil edən EBBM seriyalı 720133 nömrəli xx.xx.2021-ci il tarixli, 403.56 manat təşkil edən EBBM seriyalı 733296 nömrəli xx.xx.2021-ci il tarixli, 223.02 manat təşkil edən EBBS seriyalı 436664 nömrəli, xx.xx.2022-ci il tarixli, 150.33 manat təşkil edən EBBS seriyalı 923978 nömrəli xx.xx.2022-ci il tarixli, 72.28 manat təşkil edən EBBT seriyalı 242415 nömrəli xx.xx.2022-ci il tarixli, 80.24 manat təşkil edən EBBT seriyalı 242741 nömrəli xx.xx.2022-ci il tarixli, 261.04 manat təşkil edən EBBU seriyalı 076448 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimələr göndərilmiş. Sözügedən qaimələr Cavabdeh MMC tərəfindən təsdiqlənmişdir.
8. İddiaçı MMC tərəfindən tərtib edilmiş cədvəldən görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixli EBBA 551708 nömrəli, xx.xx.2021-ci il tarixli EBBA 582136 nömrəli, xx.xx.2021-ci il tarixli EBBA 582456 nömrəli, xx.xx.2021-ci il tarixli EBBA 581661 nömrəli, xx.xx.2021-ci il tarixli EBBA 577138 nömrəli, xx.xx.2021-ci il tarixli EBBH 099292 nömrəli, xx.xx.2022-ci il tarixli EBBS 436664 nömrəli, xx.xx.2022-ci il tarixli EBBS 923978 nömrəli, xx.xx.2022-ci il tarixli EBBT 242415 nömrəli, xx.xx.2022-ci il tarixli EBBT 242471 nömrəli, xx.xx.2022-ci il tarixli EBBU 076448 nömrəli elektron qaimələr üzrə 8248.24 manat əsas borc və 1484.69 manat məbləğində ƏDV borcu ödənilməmiş qalmışdır.
9. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçı qarşısında satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 095 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. 10.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir, 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 11.Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 04 aprel 2019-cu il tarixli, 095 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı üzərinə düşən öhdəliyi lazımı qaydada icra edərək cavabdehə ümumi dəyəri ƏDV daxil 23863.64 manat təşkil edən malları (müxtəlif tikinti materiallarıa) təhvil verilmiş, lakin cavabdeh öhdəliyini lazımı qaydada icra etməyərək mallarının dəyərinin bir hissəsini, yəni 8248.24 manat və 1484.69 manat ƏDV olmaqla, cəmi 9732.93 manat məbləğində pulun ödənişini həyata keçirməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 verdiyi izahatda İddiaçı MMC-yə borcu olması faktını təsdiqləmiş, əsas və ƏDV borcuna münasibətdə iddia tələbini qəbul etmişdir. 12.Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərinin icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 8248.24 manat əsas borc və 1484.69 manat ƏDV borcu tutularaq İddiaçıya ödənilməlidir.
13. Bundan əlavə iddiaçı tələbində cavabdehdən 1154.75 manat məbləğində faiz borcunun ödənilməsini də irəli sürür.
14. AR Mülki Məcəllənin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır.
15. Həmin Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
16. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir.
17. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir.
18. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd amuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin dənilməsi imkanı MM-in 445.7-ci maddəsindən kəli gəlk. Həmin normada pul . öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdk'ilmosinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7,443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
19. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə bu hissədə də iddia tələbini əsaslı hesab edir.
20. İddiaçının tələbinin 1000 manat məbləğində maddi ziyanın ödənilməsi hissəsinə münasibətdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra-MM) zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1). MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). AR Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə (21.2-ci maddə) hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. 21.Göründüyü kimi, hazırki iş üzrə delikt üzrə məsuliyyətin yaranmasının şərti zərərin mövcudluğu öz təsdiqini tapmır. Maddi zərər, zərərə məruz qalmış şəxsin əmlakında zərər vurulduqdan sonra meydana gələn vəziyyətlə bu zərər vurmadan əvvəl mövcud olan vəziyyət arasındakı fərqi ifadə edir. Maddi zərərin mövcudluğu üçün zərər vurmadan əvvəlki vəziyyətə nəzərən zərər vurmadan sonra şəxsin əmlakında bir azalmanın meydana gəlməsi tələb olunur (MM-in 21 və 1096-cı maddələr). Bir sözlə, maddi zərər şəxsin əmlak vəziyyətində hüquqa zidd əməl nəticəsində yaranmış itkini nəzərdə tutur və maddi zərərin əvəzinin ödənilməsi məhz bu itkinin aradan qaldırılmasına istiqamətlənməklə şəxsin əmlak vəziyyətində zərər vurulan anadək mövcud olmuş vəziyyətin bərpasına xidmət edir. 22.İddiaçı eyni zamanda 300 manat vəkil xidmət haqqı, 110 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı və 130 manat rüsum ödənilməsi tələbi ilə çıxış edir. 23.AR MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
24. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 25.Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 26.“Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür.
27. Məhkəmə vəkil xidmət haqqı, mediasiyada iştirak və rüsum ödənişinin həyata keçirilməsi ilə bağlı müvafiq sənədləri əlavə edildiyindən bu hissədə tələbi əsaslı hesab edir.
Nəticə:
Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən müqavilə üzrə əsas öhdəliyin icra edilməməsinə görə 8248.24 manat, həmin borca hesablanmış ƏDV-yə görə 1484.69 manat, 1154.75 manat faiz borcu, hüquqi yardım üçün vəkilə ödənilən xidmət haqqına görə 300 manat, mediasiya sessiyasında iştiraka görə ödənilən 110 manat və ödənilmiş dövlət rüsumuna görə 130 manat olmaqla, cəmi 11427.68 (on bir min dörd yüz iyirmi yeddi, altmış səkkiz) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlham Əhmədov