Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3401/2021 15.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-də 16397,75 manat əsas borcun və 3491,60 manat ƏDV borcunun, ödənişin gecikdirilməsinə görə 5722,3 manat dəbbə pulunun, 30 manat dövlət rüsumunun və hüquqi xidmətin göstərilməsinə görə vəkilə ödənilmiş 420 manat pul vəsaitinin əvəzinin alınaraq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, icraçı İddiaçı MMC ilə sifarişçi Cavabdeh MMC arasında 10 aprel 2019-cu ildə müqavilə bağlanılmış, həmin müqaviləyə görə sifarişçi mallara görə icraçı tərəfindən təqdim edilmiş hesab-fakturalara və elektron qaiməfakturalara uyğun olaraq aldığı malların dəyərini icraçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə görə hazırki müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar. 10.04.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən 14.01.2021-ci il tarixə ödənilməmiş 16397,75 (19397,75-3000) manat əsas borcun və 3491,60 manat ƏDV borcu yaranmışdır. Qeyd olunan alqı-satqı müqaviləsi üzrə 16397,75 manat əsas borcun və 3491,60 manat ƏDV borcunun ödənilməsi dəfələrlə şifahi qaydada tələb olunmuş, təəsüf ki, keçən müddət ərzində borcun ödənilməsi istiqamətində hər hansı addım atılmamışdır. Sonuncu dəfə aidiyyəti üzrə məhkəmələrə müraciət edilməsi, vəkil ilə müqavilə bağlanılması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumunun ödənilməsi, hesablanmış dəbbə pulunun və digər əlavə xərclərin tutulacağı barədə 22.07.2020-ci il tarixli və 08.04.2021-ci il tarixli pretenziya məktubları cavabdehə göndərilsə də, həmin xəbərdarlığa əhəmiyyət verilməmişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra edərək, cavabdehi tikinti üçün tələb olunan mal-material ilə təmin etmiş, cavabdeh isə aldığı malların dəyərini iddiaçıya tam ödəməmişdir. 15 sentyabr 2021-ci tarixdə İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə 15.09.2021-ci il tarixli barışıq sazişini təqdim edərək, tərəflər arasında barışıq sazişi imzalandığını, həmçinin sazişin 10-cu bəndində qeyd edilən kimi şərtlərinin və hüquqi nəticələrinin tərəflərə aydın olunduğunu bildirmiş, barışıq sazişinin təsdiq olunmasını məhkəmədən xahiş edərək, bu barədə ərizə təqdim etmişdir. Tərəflər məhkəməyə təqdim etdikləri ərizələrində, aşağıdakı şərtlərlə 14.07.2021-ci il tarixdə barışıq sazişini imzaladıqlarını bildirərək, həmin sazişin təsdiq edilməsini məhkəmədən xahiş etmişlər:
1. “Cavabdeh” tərəf “İddiaçı”nın “xidmət müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiasım 16397,75 manat (on altı min üç yüz doxsan yeddi manat,yetmiş beş qəpik) manat əsas borcun və 3491,60 (üç min dörd yüz doxsan bir manat altmış qəpik) ƏDV məbləğinin, habelə 400 manat məbləğində vəkilə ödənilən borcun 200 manat hissəsini ödəməyi qəbul edir;
2. Cavabdeh yaranmış borcu 4 (dörd) dəfəyə hissə-hissə, hər ayın 24-dək aşağıdakı məbləğlərdə ödəyəcəkdir (ƏDV ilə birgə məbləğlər): - Sentyabr 2021 - 5022,33 manat; - Oktyabr 2021 - 5022,33 manat; - Noyabr 2021 - 5022,33 manat; - Dekabr 2021 - 5022,33 manat.
3. “Cavabdeh” ilk ödənişi bu barışıq sazişinin hər iki tərəfdən imzalanaraq təsdiq edildiyi gündən etibarən 5 (beş) iş günü müddətində “İddiaçı”ya bank köçürməsi yolu ilə ödəməyi öhdəsinə götürür;
4. “İddiaçı” tərəf “Cavabdeh”in ona olan borcunun bu Sazişin 1-ci bəndində göstərilən məbləğdə olduğunu qəbul (təsdiq) edir (bütün vergi və digər ödənişlər daxil olmaqla), və gələcəkdə hazırki mübahisə ilə bağlı “Cavabdeh”ə qarşı heç bir əlavə iddia və tələb irəli sürməyəcəyini bildirir;
5. “İddiaçı” “Cavabdeh” tərəfindən bu barışıq sazişi hər iki tərəfdən imzalandıqdan sonra Bakı Kommersiya Məhkəməsinə iddia tələbindən və həmin iddianın təmin edilməsi tədbiri üzrə iddiasından imtina edir.
6. Cavabdeh bu Sazişin 2-ci bəndində göstərilən qrafik üzrə ödənişlərin edilməsindən imtina edərsə, iddiaçı məhkəməyə müraciət edərək barışıq sazişinin təsdiq edilməsi barədə yekun məhkəmə qərardadı əsasında icra vərəqəsinin verilməsini və tələbin icraya yönəldilməsini tələb edə bilər.
7. Bu Sazişin 2-ci bəndində göstərilən məbləğ tam ödənilib qurtaranadək Bakı Kommersiya Məhkəməsinin 10.08.2021 -ci il tarixli 2-2(113)-3401 /2021 saylı qərardadı ilə cavabdehə məxsus 2012-ci il istehsalı olan “Toyota Camry” markalı ** PJ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi qüvvədə qalır.
8. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir;
9. X1 imzaları ilə, məhkəməyə təqdim edildikdə isə məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir;
10. Bu Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar; Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilir. Məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə iş üzrə materiallarını araşdırıb və yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürərək, hesab edir ki, tərəflərin 15.09.2021-ci il tarixli barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ:
İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair barədə kommersiya mübahisəsinə dair işlə bağlı 15.09.2021-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlər daxilində təsdiq olunsun:
1. “Cavabdeh” tərəf “İddiaçı”nın “xidmət müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiasım 16397,75 manat (on altı min üç yüz doxsan yeddi manat,yetmiş beş qəpik) manat əsas borcun və 3491,60 (üç min dörd yüz doxsan bir manat altmış qəpik) ƏDV məbləğinin, habelə 400 manat məbləğində vəkilə ödənilən borcun 200 manat hissəsini ödəməyi qəbul edir.
2. Cavabdeh yaranmış borcu 4 (dörd) dəfəyə hissə-hissə, hər ayın 24-dək aşağıdakı məbləğlərdə ödəyəcəkdir (ƏDV ilə birgə məbləğlər): - Sentyabr 2021 - 5022,33 manat. - Oktyabr 2021 - 5022,33 manat. - Noyabr 2021 - 5022,33 manat. - Dekabr 2021 - 5022,33 manat.
3. “Cavabdeh” ilk ödənişi bu barışıq sazişinin hər iki tərəfdən imzalanaraq təsdiq edildiyi gündən etibarən 5 (beş) iş günü müddətində “İddiaçı”ya bank köçürməsi yolu ilə ödəməyi öhdəsinə götürür.
4. “İddiaçı” tərəf “Cavabdeh”in ona olan borcunun bu Sazişin 1-ci bəndində göstərilən məbləğdə olduğunu qəbul (təsdiq) edir (bütün vergi və digər ödənişlər daxil olmaqla), və gələcəkdə hazırki mübahisə ilə bağlı “Cavabdeh”ə qarşı heç bir əlavə iddia və tələb irəli sürməyəcəyini bildirir. e-2-2(113)-3401/2021 nömrəli iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Emin Əliyev