Məhkəmə qərarları › İş №e-2-2(113)-3404/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3404/2021

03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3404/2021 03.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X2 Fərzalı oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iddiaçının xeyrinə 507 saylı, 13.04.2020-ci il tarixli “Avtonəqliyyat (taksi) xidmətlərinin göstərilməsi” haqqında müqavilə üzrə ödənilməmiş 528.84 (beş yüz iyirmi səkkiz manat səksən dörd qəpik) AZN borcun, 621.99 AZN (altı yüz iyirmi bir manat doxsan doqquz qəpik) gecikmə ilə bağlı cərimə məbləğinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz manat) AZN pulun, cəmi 1180.83 AZN (min yüz səksən manat səksən üç qəpik) pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya işinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddiaçının xeyrinə 507 saylı, 13.04.2020-ci il tarixli “Avtonəqliyyat (taksi) xidmətlərinin göstərilməsi” haqqında müqavilə üzrə ödənilməmiş 528.84 (beş yüz iyirmi səkkiz manat səksən dörd qəpik) AZN borcun, 621.99 AZN (altı yüz iyirmi bir manat doxsan doqquz qəpik) gecikmə ilə bağlı cərimə məbləğinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz manat) AZN pulun, cəmi 1180.83 AZN (min yüz səksən manat səksən üç qəpik) pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş, həmçinin işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iddiaçının xeyrinə 507 saylı, 13.04.2020-ci il tarixli “Avtonəqliyyat (taksi) xidmətlərinin göstərilməsi” haqqında müqavilə üzrə ödənilməmiş 528.84 (beş yüz iyirmi səkkiz manat səksən dörd qəpik) AZN borcun, 621.99 AZN (altı yüz iyirmi bir manat doxsan doqquz qəpik) gecikmə ilə bağlı cərimə məbləğinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz manat) AZN pulun, cəmi 1180.83 AZN (min yüz səksən manat səksən üç qəpik) pulun tutulması tələbinə dair kommersiya işi baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar