Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3407/2021 23.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı «müqavilə üzrə əsas borcun, cərimənin və məhkəmə xərclərinin tutulması» tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə əsas borcun, cərimənin və məhkəmə xərclərinin tutulması» tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, "X3" MMC-dən 97894.20 AZN (doxsan yeddi min səkkiz yüz doxsan dörd manat iyirmi qəpik) əsas borcun, 19058.87 AZN (on doqquz min əlli səkkiz manat səksən yeddi qəpik) hesablanmış cərimənin, ümumilikdə 18.06.2021-ci il tarixinə olan 116953.07 manat (yüz on altı min doqquz yüz əlli üç manat yeddi qəpik) pul məbləğinin, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 23.04.1993-cü il tarixdə dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi və Nizamnaməsi əsasında fəaliyyət göstərir. Şirkət Nizamnaməsinin 8.2-ci maddəsinə əsasən Şirkətin əsas fəaliyyət istiqamətləri hər növ inspeksiya xidmətlərinin göstərilməsi, milli və beynəlxalq standartlara, normalara, qanunlara, qaydalara, eləcə də malların idxalı və ixracı barədə müştərinin kontrakt tələblərinə müvafiq olaraq müxtəlif malların keyfiyyətinin, kəmiyyətinin və təhlükəsizliyinin inspeksiyası, nəzarət və sertifikasiyası, istifadə edilən texnologiya, avadanlıq, cihazlar və işçilərin ixtisas səviyyəsi baxımından istehsalın və texnoloji proseslərin auditor yoxlamaları, o cümlədən keyfiyyətə nəzarət sisteminin, nəzarət ölçmə sistemlərinin sertifikasiyası, istehsal texnologiyasının optimallaşdırılmasına dair məsləhət xidmətləri, dünya səviyyəsində qəbul edilmiş İSO standartlarına müvafiq olaraq istehsal şirkətləri və başqa şirkətlər üçün keyfiyyətin təmin edilməsi sistemlərinin yaradılması. İddiaçı MMC ilə cavabdeh "X3" MMC arası 14 oktyabr 2019-cu il tarixdə SA-İND-2019-015 saylı Xidmət Müqaviləsi və həmin Müqaviləyə 1 və 2 saylı Qoşmalar, daha sonra isə 1 saylı Qoşmaya 2 dekabr 2019-cu il tarixdə 001 saylı və 28 fevral 2020-ci il tarixdə 002 saylı Əlavələr bağlanmışdır. Müqavilənin 1.1 bəndinə əsasən İddiaçı MMC "X3" MMC-nin xeyrinə inspeksiya və digər əlavə xidmətləri göstərməyi, Sifarişçi isə həmin xidmətləri qəbul edərək onlara görə hissə-hissə və ya tam şəkildə ödəniş etməyə razılaşmışlar. Daha sonra tərəflər Müqavilənin 1 saylı Qoşmasına 2 dekabr 2019-cu il tarixli 002 saylı və 28 fevral 2020-ci il tarixli 002 saylı Əlavələrə imza etməklə müqavilə üzrə xidmətlərin dairəsini genişləndirməklə, inspeksiya xidmətlərindən əlavə mexaniki (001 saylı Əlavənin 1.1 bəndi) və laborator (test) xidmətlərin (002 saylı Əlavənin 1.1. bəndi) də göstərilməsinə dair razılığa gəlmişlər. Müqavilə üzrə inspeksiya, mexaniki və laborator (test) xidmət haqqları ayrı-ayrılıqda Müqavilənin 1 saylı Qoşmasında (1.1 bəndi), həmin Qoşmaya olan 001 (1.1. bəndi) və 002 saylı Əlavələrdə (1.1. bəndi) ayrı-ayrılıqda müəyyən edilmişdir. Xidmət Müqaviləsinin imzalandığı və qüvvəyə mindiyi tarixdən etibarən İddiaçı MMC tərəfindən "X3" MMC-nin xeyrinə Müqavilə və ona olan Qoşma və Əlavələrdə müəyyən edilmiş xidmətlər lazımi qaydada icra edilərək tələb olunan bütün nəzarət, inspeksiya yoxlamaları, laboratiya işləri görülmüş, bununla bağlı müvafiq hesabatlar tərtib edilərək "X3" MMC-nə təhvil verilmişdir. Müqavilənin 4.5 bəndinə əsasən Sifarişçi tərəfindən edilən bütün ödənişlər hesab-fakturanın verildiyi tarixindən etibarən 30 (otuz) bank günü ərzində Şirkətin hesab-fakturasında göstərilən bank hesabına köçürmə yolu ilə həyata keçirilməlidir. Müqavilənin 4.10-cu bəndinə əsasən Sifarişçi Xidmətlərin təhvil-təslim aktını qəbul etdiyi tarixdən etibarən 5 (beş) iş günü ərzində imzalamalıdır. Şirkətin təqdim etdiyi Xidmətlərin təhvil-təslim aktı 5 (beş) iş günü ərzində Sifarişçi tərəfindən imzalanmadıqda və Sifarişçi Şirkətə yazılı şəkildə əsaslı imtina səbəbi göstərmədikdə, Xidmət Xidmətlərin təhvil-təslim aktında göstərilmiş qiymətlərlə qəbul edilmiş hesab olunur. İddiaçı tərəfindən müqavilə şərtlərinə uyğun olaraq xidmətlər yerinə yetirildikdən sonra görülmüş işlərin təhvil-təslim aktları cavabdehə təqdim edilmiş, lakin cavabdeh Təhvil-Təslim Aktlarını imzalamamış habelə yazılı şəkildə əsaslı imtina səbəbi göstərməmişdir. Belə olan halda, Müqavilənin 4.10 bəndinə əsasən cavabdeh təhvil-təslim aktlarında göstərilmiş xidmətləri və bu xidmətlərin dəyərini qəbul etmiş olur. Bundan başqa, cavabdeh elektron poçt qaydasında (e-mail) göndərdiyi elektron məktublarında da görülmüş işlərin həcmini, bu xidmətlərin lazımi qaydada iddiaçı tərəfindən icra edildiyini, təhvil-təslim aktlarını habelə hesab-fakturaları aldığını bu xidmətləri və sənədləri təsdiq və qəbul etdiyini dəfələrlə etiraf etmişdir .Həmçinin, Tərəflər arasında imzalanmış 11.11.2020ci il tarixli Üzləşmə aktına əsasən həmin dövrə cavabdeh iddiaçıya 116774,20 AZN əsas borcu olduğunu etiraf etmişdir. Lakin bütün bu yazılı, elektron habelə şifahi danışıqlar zamanı etdiyi etiraflara baxmayaraq, "X3" MMC göstərilmiş xidmətlərin qarşılığında bu günədək üzərinə düşən ödənişləri tam şəkildə etməmiş, bununla da Müqavilə üzrə götürdüyü öhdəlikləri kobud şəkildə pozaraq, İddiaçı MMC-nə maddi ziyan vurmuşdur. Beləliklə, yuxarıda qeyd edildiyi kimi, hazırda "X3" MMC-nin “X4 Surveillance Azer LTD” MMC qarşısında göstərilmiş xidmətlər üzrə olan borcu 116953,07 AZN (yüz on altı min doqquz yüz əlli üç manat yeddi qəpik) təşkil etmişdir. 5 aprel 2021-ci il tarixdə cavabdehə sifarişli məktubla və elektron qaydada göndərilən pretenziya nəticəsində cavabdeh iddiaçı şirkətə borclu olduğu məbləğin az bir hissəsini ödəsə də, borcun böyük bir hissəsini ödəməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "X3" MMC-dən 97894.20 manat əsas borcun, 24846,87 manat hesablanmış cərimənin, ümumilikdə 18.06.2021-ci il tarixinə olan 122741,07 manat pul məbləğinin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC ilə "X3" MMC-nin arasında 14 oktyabr 2019-cu il tarixdə SA-İND-2019- 015 saylı bağlanmış müqaviləsidən görünür ki, İddiaçı MMC "X3" MMC-nin xeyrinə inspeksiya və digər əlavə xidmətləri göstərməyi, Sifarişçi isə həmin xidmətləri qəbul edərək onlara görə hissə-hissə və ya tam şəkildə ödəniş etməyə razılaşmışlar. Daha sonra tərəflər Müqavilənin 1 saylı Qoşmasına 2 dekabr 2019-cu il tarixli 002 saylı və 28 fevral 2020-ci il tarixli 002 saylı Əlavələrə imza etməklə müqavilə üzrə xidmətlərin dairəsini genişləndirməklə, inspeksiya xidmətlərindən əlavə mexaniki (001 saylı Əlavənin 1.1 bəndi) və laborator (test) xidmətlərin (002 saylı Əlavənin 1.1. bəndi) də göstərilməsinə dair razılığa gəlmişlər. Müqavilə üzrə inspeksiya, mexaniki və laborator (test) xidmət haqqları ayrı-ayrılıqda Müqavilənin 1 saylı Qoşmasında (1.1 bəndi), həmin Qoşmaya olan 001 (1.1. bəndi) və 002 saylı Əlavələrdə (1.1. bəndi) ayrı-ayrılıqda müəyyən etmişlər. Həmin Müqavilənin 4.5 bəndinə əsasən Sifarişçi tərəfindən edilən bütün ödənişlər hesab-fakturanın verildiyi tarixindən etibarən 30 (otuz) bank günü ərzində Şirkətin hesabfakturasında göstərilən bank hesabına köçürmə yolu ilə həyata keçirilməlidir. Həmin Müqavilənin 4.5 bəndinə əsasən Sifarişçi tərəfindən edilən bütün ödənişlər hesab-fakturanın verildiyi tarixindən etibarən 30 (otuz) bank günü ərzində Şirkətin hesabfakturasında göstərilən bank hesabına köçürmə yolu ilə həyata keçirilməlidir. Tərəflər arasında imzalanmış 11.11.2020-ci il tarixli Üzləşmə aktından görünür ki, "X3" MMC-nin İddiaçı MMC-yə 116774,2 manat qalıq bocunun olması təsdiq olunmuşdur. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş 22.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, "X3" MMC-nin 23.09.2021-ci il tarixinə əsas borcu 97894,2 manat, cərimə borcu 24846,87 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə "X3" MMC-nin arasında 14 oktyabr 2019-cu il tarixdə SA-İND-2019-015 saylı xidmət müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış Müqavilənin predmeti ondan ibarətdir ki, İddiaçı MMC "X3" MMC-nin xeyrinə inspeksiya və digər əlavə xidmətləri göstərməyi, Sifarişçi isə həmin xidmətləri qəbul edərək onlara görə hissə-hissə və ya tam şəkildə ödəniş etməyə razılaşmışlar. Daha sonra tərəflər Müqavilənin 1 saylı Qoşmasına 2 dekabr 2019-cu il tarixli 002 saylı və 28 fevral 2020-ci il tarixli 002 saylı Əlavələrə imza etməklə müqavilə üzrə xidmətlərin dairəsini genişləndirməklə, inspeksiya xidmətlərindən əlavə mexaniki (001 saylı Əlavənin 1.1 bəndi) və laborator (test) xidmətlərin (002 saylı Əlavənin 1.1. bəndi) də göstərilməsinə dair razılığa gəlmişlər. Müqavilə üzrə inspeksiya, mexaniki və laborator (test) xidmət haqqları ayrı-ayrılıqda Müqavilənin 1 saylı Qoşmasında (1.1 bəndi), həmin Qoşmaya olan 001 (1.1. bəndi) və 002 saylı Əlavələrdə (1.1. bəndi) ayrıayrılıqda müəyyən edilmişdir. Bundan sonra cavabdeh tərəfindən müəyyən edilmiş ödənişlər gecikdirildiyindən, bununla əlaqədar olaraq cavabdehə pretenziya məktubu göndərilmişdir. Tərəflər arasında bağlanmış üzləşmə aktı üzrə cavabdehin aktın tərtib edilmə tarixinə ümumilikdə 116774,2 manat borcu olması təsdiq edilmişdir. Lakin bundan sonrada cavabdeh tərəfindən öhdəliklər tam yerinə yetirilmədiyindən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbinin 14 oktyabr 2019-cu il tarixdə SA-İND-2019-015 saylı müqaviləsi üzrə cavabdeh "X3" MMC-dən iddia tələbi üzrə qeyd olunmuş 97894.20 manat əsas borcun iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin 24846,87 manat cərimə borcunun ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb olunan 24846,87 manat cərimə borcunun 2484 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 97894,2 manat (doxsan yeddi min səkkiz yüz doxsan dörd manat iyirmi qəpik) əsas borc, 2484 manat (iki min dörd yüz səksən dörd) hesablanmış cərimə, ümumilikdə 18.06.2021-ci il tarixinə olan 100378,2 (yüz min üç yüz yetmiş səkkiz manat iyirmi qəpik) manat pul məbləği, habelə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 97894.2 manat (doxsan yeddi min səkkiz yüz doxsan dörd manat iyirmi qəpik) əsas borc, 2484 manat (iki min dörd yüz səksən dörd) manat hesablanmış cərimə, ümumilikdə 100378,2 (yüz min üç yüz yetmiş səkkiz manat iyirmi qəpik) manat pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin.. Cavabdeh MMC-dən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3407/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3407/2021
23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver