Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3410/2021 01.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbi barədə kiçik iddialara dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbi barədə kiçik iddialara dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 05.03.2020-ci il tarixli AZC/2020-0035 saylı Müqavilə üzrə ödənilmiş 1974,58 manat, 466 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 05.03.2020-ci il tarixdə tərəflər arasında AZC/2020-0035 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1 saylı əlavəsinə əsasən cavabdeh 5 ədəd HP thin client məhsulunu təhvil verməyi, iddiaçı isə qarşılığında 4660,00 AZN (ƏDV daxil) məbləği ödəməyi öhdəsinə götürmüşdür. 1 saylı əlavədə ödənişin 50%-i öncədən, 50%-i isə məhsullar təhvil verildikdən sonra həyata keçirilməsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən 14.04.2020-ci il tarixdə 50% ödəniş (1974.58 AZN ƏDV-siz) həyata keçirilmişdir. Lakin cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş öhdəlikləri icra etməmiş, müqavilə imzalandıqdan sonra məhsulları 3 (üç) gün ərzində təhvil verməli olduğu halda, bu günə qədər təhvil verməmişdir. Cavabdeh daha sonra məhsulları əldə edə bilmədiyi üçün ödənilmiş məbləği geri ödəyəcəyini bildirmiş, lakin məbləği geri ödəməmişdir. Müqavilənin 3.3.1-ci bəndinə əsasən tərəflər razılığa gəlmişlər ki, alıcı tərəfindən aşağıdakı qaydada cərimə tətbiq oluna bilər: satıcı gecikdirdiyi məhsulun Müqavilə üzrə qiymətinin hər gecikdirilən gün üçün 0,1%-i qədər, bir şərtlə ki, maksimal tətbiq ediləcək cərimə ümumi Müqavilə məbləğinin 10%-dən çox olmasın. Borcluya dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilmiş, 16.01.2020-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Daha sonra 08.06.2021-ci il tarixində pretenziya mətubu göndərilmiş və cavabdehin direktoru tərəfindən 09.06.2021-ci il tarixində qəbul edilmişdir. Lakin bütün qeyd edilənlərə baxmayaraq, bu günə kimi nə məhsul təhvil verilməmiş, nə də ödənilmiş avans məbləğ geri ödənilməmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə tələbetmə hüququ barədə mübahisə olduğundan və iddiaçının tələbi digər tərəfin mübahisəsiz vəzifəsinə əsaslanmadığından kiçik iddialara dair işlər üzrə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbayan Respublikası MPM-nin 284-4.1.4-cü maddəsinə görə ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. İddiaçıya izah edilməlidir ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbi barədə kiçik iddialara dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı MMC-yə izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3410/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3410/2021
01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver