Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3417/2021 11.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı Holcim (Azərbaycan) ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Holcim (Azərbaycan) ASC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, 17.03.2012-ci il tarixində bağlanmış O000734190 saylı alqı-satqı müqaviləsi üzrə 60802,5 manat məbləğində əsas borcun, 15804,5 manat məbləğində cərimənin və köçürülmüş dövlət rüsumuna görə 30 manat məbləğində pulun cavabdeh "xxxx" MMC–dən tutularaq iddiaçı “Holcim (Azərbaycan)” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə “Holcim (Azərbaycan)” ASC arasında 17.03.2012-ci il tarixində bağlanmış O000734190 saylı alqısatqı müqaviləsinə əsasən iddiaçı cavabdehə müqavilədə qeyd edilmiş məhsulları satmağı, cavabdeh isə təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə qeyd edilmiş məhsulları cavabdehə məhsulları göndərmişlər. Lakin cavabdeh göndərilmiş məhsulların dəyərini tam olaraq ödəməmişdir. 60802,5 manat məbləğində pul indiyədək ödənilməmiş qalmışdır. Şirkət cavabdehə pretenziya məktubu ünvanlayaraq, borc məbləğinin ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Cavabdehlə 17.03.2012-ci il tarixində bağlanmış O000734190 saylı alqı-satqı müqaviləsinin 7.2-ci maddəsinə əsasən, satıcı həmin müqavilədə göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı hallarda hər bir gecikdirilmiş günə 0.1% cərimə və bundan yarana biləcək administrativ xərclər tətbiq və tələb etmək hüququna malikdir. Cavabdehin həmin alqı-satqı müqaviləsi üzrə ödənişi gecikdirməsinə görə indiki tarixədək yaranmış cərimə məbləği 15804,5 manat təşkil edir. Cavabehə göndərilmiş elektron qaimə-fakturalar təsdiq edilmişdir. Cavabdeh həmçinin malların qəbul edilməsi barədə yük-nəqliyyat qaimələriniimzalayıb möhürləmişdir. Cavabdeh 31.12.2020-ci il tarixli üzləşmə aktını imzalamış və 60802,5 maant məbləğində borcunu təsdiq etmişdir. İş materiallarında olan alqı-satqı müqaviləsi, elektron qaimə-faktura, yük-nəqliyyat qaimələri, üzləşmə aktı və digər sənədlər iddianın əsaslılığını təsdiq edir. Sonradan iddiaçı iddianı təmin etmə tədbirinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC–yə məxsus olan Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə-2, ev 5, 37 saylı mənzili; Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S. Bağırov küçəsi, döngə-2, ev 5, 41 saylı mənzili; Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S. Bağırov küçəsi, döngə-2, ev 5, 42 saylı mənzili;Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S. Bağırov küçəsi, döngə-2, ev 5, 46 saylı mənzili; Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S. Bağırov küçəsi, döngə-2, ev 5, 47 saylı mənzilinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 24.09.2021-ci il tarixdə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizə qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC–yə məxsus Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə-2, ev 5, 37 saylı və Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S. Bağırov küçəsi, döngə-2, ev 5, 41 saylı mənzillərinin özgəninkiləşdirilməsi qadağan edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Holcim (Azərbaycan) ASC şirkəti (satıcı) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (alıcı) arasında 17 mart 2020-ci il tarixli O000734190 saylı malların alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən hazırkı müqavilə əsasında satıcı 3-cü maddədə göstərilən və gələcəkdə mal adlandırılacaq sement növünü alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir. 2.2-ci bəndinə əsasən malın qəbul məntəqəsi müqaviləyə edilən əlavələrdə və yüknəqliyyat qaimələrində göstərilir. Malın qəbul məntəqəsi yeni ünvanla əvəz edilirsə və ya yeni ünvan əlavə edilərsə alıcı satıcıya müraciət etməlidir, həmin yeni ünvan bu müqaviləyə əlavə edilməli və yük nəqliyyat qaimələrində öz əksini tapmalıdır. 3.2-ci bəndinə əsasən Müqavilə dövründə alınacaq malın miqdarı: sement kisə: 10,000 ton, sement qalaq: 30,000 ton müəyyən edilmişdir. 3.3.1-ci bəndinə əsasən ödəniş alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla əvvəlcədən satıcının bank hesabına ödəmə yolu ilə həyata keçirilir. 6.1-ci bəndində əsasən müqavilə 17 mart 2020-ci il tarixində qüvvəyə minir və 31 dekabr 2020-ci il tarixinədək qüvvədə olur. 7.2-ci bəndinə əsasən ödəniş bu müqavilədə və ya onun əlavəsində göstərilən müddətdən gecikdirildiyi hər bir günə görə əsas borcdan 0,1% qədər cərimə və bundan yarana biləcək administrativ xərcləri ödəmək. Holcim (Azərbaycan) ASC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ƏDV daxil 45.376,30 manat dəyərində malın verilməsinə dair 24.06.2020-ci il tarixli, EBAL seriyalı, 547558 saylı; ƏDV daxil 13.823,28 manat dəyərində malın verilməsinə dair 25.06.2020-ci il tarixli, EBAL seriyalı, 612047 saylı, ƏDV daxil 1.611,23 manat dəyərində malın verilməsinə dair 20.07.2020-ci il tarixli, EBAM seriyalı, 616393 saylı elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 17 mart 2020-ci il tarixli O000734190 saylı alqı-satqı müqaviləsinə 17 mart 2020-ci il tarixli, 1 saylı əlavəsində malın qəbul məntəqəsinin adı, məhsulun adı, çatdırılma daxil, ƏDV xaric, həmçinin çatdırılma və ƏDV daxil olmaqla məhsulun qiyməti göstərilmişdir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. A********** saylı, 24.06.2020-ci il tarixli yük-nəqliyyat qaiməsinə əsasən müəyyən edilir ki, “Holcim (Azərbaycan)” ASC-dən "xxxx" MMC-yə çəkisi 30.96 ton olan CEM İİ/A-L 42,5 R Ekspert Qalaq markalı material təqdim edilmişdir.Qaimə hər iki tərəfin imza və möhürləri ilə təsdiq edilmişdir. A********** saylı, 24.06.2020-ci il tarixli yük-nəqliyyat qaiməsinə əsasən müəyyən edilir ki, “Holcim (Azərbaycan)” ASC-dən "xxxx" MMC-yə çəkisi 30.96 ton olan CEM İİ/A-L 42,5 R Ekspert Qalaq markalı material təqdim edilmişdir.Qaimə hər iki tərəfin imza və möhürləri ilə təsdiq edilmişdir. A********** saylı, 24.06.2020-ci il tarixli yük-nəqliyyat qaiməsinə əsasən müəyyən edilir ki, “Holcim (Azərbaycan)” ASC-dən "xxxx" MMC-yə çəkisi 31.64 ton olan CEM İİ/A-L 42,5 R Ekspert Qalaq markalı material təqdim edilmişdir.Qaimə hər iki tərəfin imza və möhürləri ilə təsdiq edilmişdir. A********** saylı, 23.06.2020-ci il tarixli yük-nəqliyyat qaiməsinə əsasən müəyyən edilir ki, “Holcim (Azərbaycan)” ASC-dən "xxxx" MMC-yə çəkisi 31.18 ton olan CEM İİ/A-L 42,5 R Ekspert Qalaq markalı material təqdim edilmişdir.Qaimə hər iki tərəfin imza və möhürləri ilə təsdiq edilmişdir. A********** saylı, 23.06.2020-ci il tarixli yük-nəqliyyat qaiməsinə əsasən müəyyən edilir ki, “Holcim (Azərbaycan)” ASC-dən "xxxx" MMC-yə çəkisi 31.88 ton olan CEM İİ/A-L 42,5 R Ekspert Qalaq markalı material təqdim edilmişdir.Qaimə hər iki tərəfin imza və möhürləri ilə təsdiq edilmişdir. A********** saylı, 23.06.2020-ci il tarixli yük-nəqliyyat qaiməsinə əsasən müəyyən edilir ki, “Holcim (Azərbaycan)” ASC-dən "xxxx" MMC-yə çəkisi 30.12 ton olan CEM İİ/A-L 42,5 R Ekspert Qalaq markalı material təqdim edilmişdir.Qaimə hər iki tərəfin imza və möhürləri ilə təsdiq edilmişdir. A********** saylı, 23.06.2020-ci il tarixli yük-nəqliyyat qaiməsinə əsasən müəyyən edilir ki, “Holcim (Azərbaycan)” ASC-dən "xxxx" MMC-yə çəkisi 30.58 ton olan CEM İİ/A-L 42,5 R Ekspert Qalaq markalı material təqdim edilmişdir.Qaimə hər iki tərəfin imza və möhürləri ilə təsdiq edilmişdir. A********** saylı, 23.06.2020-ci il tarixli yük-nəqliyyat qaiməsinə əsasən müəyyən edilir ki, “Holcim (Azərbaycan)” ASC-dən "xxxx" MMC-yə çəkisi 30.34 ton olan CEM İİ/A-L 42,5 R Ekspert Qalaq markalı material təqdim edilmişdir.Qaimə hər iki tərəfin imza və möhürləri ilə təsdiq edilmişdir. A********** saylı, 23.06.2020-ci il tarixli yük-nəqliyyat qaiməsinə əsasən müəyyən edilir ki, “Holcim (Azərbaycan)” ASC-dən "xxxx" MMC-yə çəkisi 31.44 ton olan CEM İİ/A-L 42,5 R Ekspert Qalaq markalı material təqdim edilmişdir.Qaimə hər iki tərəfin imza və möhürləri ilə təsdiq edilmişdir. A********** saylı, 23.06.2020-ci il tarixli yük-nəqliyyat qaiməsinə əsasən müəyyən edilir ki, “Holcim (Azərbaycan)” ASC-dən "xxxx" MMC-yə çəkisi 30.38 ton olan CEM İİ/A-L 42,5 R Ekspert Qalaq markalı material təqdim edilmişdir.Qaimə hər iki tərəfin imza və möhürləri ilə təsdiq edilmişdir. A********** saylı, 23.06.2020-ci il tarixli yük-nəqliyyat qaiməsinə əsasən müəyyən edilir ki, “Holcim (Azərbaycan)” ASC-dən "xxxx" MMC-yə çəkisi 30.28 ton olan CEM İİ/A-L 42,5 R Ekspert Qalaq markalı material təqdim edilmişdir.Qaimə hər iki tərəfin imza və möhürləri ilə təsdiq edilmişdir. A********** saylı, 23.06.2020-ci il tarixli yük-nəqliyyat qaiməsinə əsasən müəyyən edilir ki, “Holcim (Azərbaycan)” ASC-dən "xxxx" MMC-yə çəkisi 31.16 ton olan CEM İİ/A-L 42,5 R Ekspert Qalaq markalı material təqdim edilmişdir.Qaimə hər iki tərəfin imza və möhürləri ilə təsdiq edilmişdir. A********** saylı, 23.06.2020-ci il tarixli yük-nəqliyyat qaiməsinə əsasən müəyyən edilir ki, “Holcim (Azərbaycan)” ASC-dən "xxxx" MMC-yə çəkisi 30.76 ton olan CEM İİ/A-L 42,5 R Ekspert Qalaq markalı material təqdim edilmişdir.Qaimə hər iki tərəfin imza və möhürləri ilə təsdiq edilmişdir. “Holcim (Azərbaycan)” ASC ilə "xxxx" MMC arasında 31.12.2020-ci il tarixli üzləşdirmə aktında "xxxx" MMC-nin “Holcim (Azərbaycan)” ASC-yə 60.802,53 manat məbləğində borcun olduğu qeyd olunmuşdur. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir “Holcim (Azərbaycan)” ASC pretenziya qaydasında məktubla "xxxx" MMC-yə müraciət edərək, 60802,5 manat əsas borc, gecikdirməyə görə hesablanmış 15.804 manat 50 qəpik dəbbə pulunun borc öhdəliyi 22 iyun 2020-ci il tarixədək icra edilməsini tələb etmiş, əks halda həmin məbləğin məcburi qaydada tutulması üçün məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “Holcim (Azərbaycan)” ASC ilə "xxxx" MMC arasında 17 mart 2020-ci il tarixli O000734190 saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək cavabdehin sifarişi əsasında malları təqdim etmişdir. Cavabdeh "xxxx" MMC isə təqdim olunmuş malların dəyərini tam şəkildə ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 60802,5 manat məbləğində borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 60802,5 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, əsas borcun tutulması hissəsində iddia təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 60802,5 manat məbləğində pul tutularaq “Holcim (Azərbaycan)” ASC-yə ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 15804,5 manat dəbbə məbləğində pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Dəbbə pulunun ödənilməsinə dair iddia tələbinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göründüyü kimi cavabdeh "xxxx" MMC-nin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 3000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə xərclərinə gəldikdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq tərəflər arasında bölünməli, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia verilərkən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 60.802,5 (altmış min səkkiz yüz iki manat əlli qəpik) məbləğində əsas borc, 3000 (üç min) manat məbləğində dəbbə pulu, cəmi 63.802,50 (altmış üç min səkkiz yüz iki manat əlli qəpik) məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Holcim (Azərbaycan) ASC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. . Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3417/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3417/2021
11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver