Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3418/2021 08.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı Cavabdeh MMC-yə qarşı «dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xidmət haqqına görə ödənilmiş 30181.70 (otuz min yüz səksən bir dollar yetmiş sent) ABŞ dollarının, hidrogen xlorid turşusunun yük emalı əməliyyatları və daşınmasına görə ödənilmiş 13327.58 (on üç min üç yüz iyirmi yeddi dollar əlli səkkiz sent) ABŞ dollarının, pul vəsaitinin qanunsuz saxlanılmasına görə 2719.33 (iki min yeddi yüz on doqquz dolllar otuz üç sent) ABŞ dollarıdəymiş ziyanın, hüquqi yardıma görə ödənilmiş 1000 (bir min) ABŞ dolların, ümumilikdə 47228.61 (qırx yeddi min iki yüz iyirmi səkkiz dollar altmı bir sent) ABŞ dollarının və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş üzrə İddiaçı xarici hüquqi şəxs olduğu halda hal-hazırda iddia ərizəsi Vəkil tərəfindən elektron məhkəmə portalında imzalanmışdır. İş materiallarına əlavə edilmiş 30 aprel 2021-ci il tarixli İddiaçı barədə sənəddən görünür ki, qeyd olunan tarixdən X4 Thomas Lewin, Fuad Məmmədov və X6 Herk şirkətin direktorları olduğu qeyd olunmuşdur. Eyni zamanda X2 verilmiş 30.04.2021-ci il tarixli etibarnamədən görünür ki, həmin etibarnamə ilə İddiaçı olaraq X2 Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olan hər hansı vəkil ilə müqavilə bağlamaq səlahiyyəti verilmişdir. Məhkəmə yuxarıda qeyd olunan işin hallarına həmin münasibətləri tənzimləyən maddi hüquq normalarının tələblərini tətbiq edərək bildirir ki, hazırda həmin iş materialları üzrə iddiaçı şirkətin Azərbaycan Respublikası qanunvericiliyə əsasən təmin edilməsi nəzərdə tutulmuş təmsilçilik hüququ düzgün ötürülməmişdir. Belə ki, qüvvədə olan qanunvericliyə əsasən hüquqi şəxsin Azərbaycan Respublikası məhkəmələrində maraqlarının müdafiəsi üçün, hüquqi şəxsin ştat vahidi üzrə işçisinə hüquqi şəxsin adından verilmiş etibarnamə ilə və ya Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan vəkilə hüquqi şəxsin adından verilən etibarnamə və vəkilin müvafiq orderi əsasında həyata keçirilir. Göründüyü kimi hazırda iddiaçı qeyd olunan ardıcıllığa düzgün əməl etməmişdir. Belə ki, hüquqi şəxs tərəfindən onun üç direktorundan biri olan X2 vəkillərlə müqavilə bağlaması üçün etibarnamə verilmişdir. Bu hal X3 tərəfindən Azərbaycan Respublikası ərzazisində vəkillə bağlanmış müqavilə əsasında vəkilin şirkətin maraqlarını müdafiə etməsini mümkünsüz edir. Belə ki, qeyd olunan müqavilə İddiaçı direktoru X3 ilə vəkil arasında bağlanmış, yəni İddiaçı direktoru X1 hüquqlarının müdafiə edilməsinə yönəlmiş olur. Odur ki, məhkəmə hal-hazırda Vəkil tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmiş hüquqi şəxs İddiaçınə aid iddia ərizəsinin səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı müəyyən edir. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi Vəkil X3 tərəfindən etibarnamə verilmişdir. Məhkəmə qeyd edir ki, həmin etibarnamə üzrə X3 özünə aid müvafiq hüquqların yerinə yetirilməsini Vəkil həvalə edə bilər. Belə olan halda qeyd olunan etibarnamə üzrə Vəkil iddiaçı xarici hüquqi şəxs İddiaçı adından hərəkətlər etmək səlahiyyətini istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 73.5. Vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.3-cü maddəsinə əsasən, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3418/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3418/2021
08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver