Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3429/2021 24.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı “xxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı 13.03.2020-ci il tarixdə bağlanmış O000732954 saylı alqı-satqı müqaviləsi üzrə 7026,3 manat məbləğində borc və köçürülmüş dövlət rüsumuna görə 30 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və cavabdeh tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etdilər. Eyni zamanda tərəflər barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin onlara aydın olduğunu bildirdilər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və iddiaçının möhürü ilə təsdiqlənmiş 24 sentyabr 2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər təsdiq edirlər ki, cavabdehin borcu 6000 (altı min) manat təşkil edir və tərəflər Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.4-cü və 191 -ci maddəsinə uyğun olaraq hazırkı Barışıq Sazişi ilə 6000 (altı min) manat borcun hissə-hissə ödənilməsi məqsədilə aşağıdakı qaydada razılığa gəlirlər: 1.1 Cavabdeh 6000 (altı min) manat borcu 2021 -ci ilin oktyabr ayından başlayaraq hər ayın sonunadək 300 (üç yüz) manat olmaqla 20 ay müddətində İddiaçıya ödəyir. 1.2 Bu Barışıq Sazişinin 1.1-ci maddəsində müəyyən olunmuş qaydada əsas borcun Cavabdeh tərəfindən İddiaçıya tam ödənilməsindən sonra, Cavabdehin İddiaçı qarşısındakı ödəniş öhdəlikləri tam həcmdə icra edilmiş hesab edilir. 1.3 Cavabdeh tərəfindən ödəniş bu Barışıq Sazişinin 1.1-ci maddəsində göstərilən qaydada hər ayın sonunadək həyata keçirilmədikdə İddiaçı ona ödənilməmiş əsas borcun ödənilməsi barədə icra vərəqəsinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. 1.4 Hazırkı Barışıq Sazişi Bakı Kommersiya Məhkəməsinə bir ədəd və Tərəflərdən hər birinə bir ədəd təqdim edilməklə üç eyni hüquqi qüvvəyə malik nüsxədə Azərbaycan dilində tərtib edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: Tərəflər təsdiq edirlər ki, cavabdehin borcu 6000 (altı min) manat təşkil edir və tərəflər Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.4-cü və 191 -ci maddəsinə uyğun olaraq hazırkı Barışıq Sazişi ilə 6000 (altı min) manat borcun hissəhissə ödənilməsi məqsədilə aşağıdakı qaydada razılığa gəlirlər: 1.1 Cavabdeh 6000 (altı min) manat borcu 2021 -ci ilin oktyabr ayından başlayaraq hər ayın sonunadək 300 (üç yüz) manat olmaqla 20 ay müddətində İddiaçıya ödəyir. 1.2 Bu Barışıq Sazişinin 1.1-ci maddəsində müəyyən olunmuş qaydada əsas borcun Cavabdeh tərəfindən İddiaçıya tam ödənilməsindən sonra, Cavabdehin İddiaçı qarşısındakı ödəniş öhdəlikləri tam həcmdə icra edilmiş hesab edilir. 1.3 Cavabdeh tərəfindən ödəniş bu Barışıq Sazişinin 1.1-ci maddəsində göstərilən qaydada hər ayın sonunadək həyata keçirilmədikdə İddiaçı ona ödənilməmiş əsas borcun ödənilməsi barədə icra vərəqəsinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. 1.4 Hazırkı Barışıq Sazişi Bakı Kommersiya Məhkəməsinə bir ədəd və Tərəflərdən hər birinə bir ədəd təqdim edilməklə üç eyni hüquqi qüvvəyə malik nüsxədə Azərbaycan dilində tərtib edilmişdir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3429/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3429/2021
24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver