Məhkəmə qərarları › İş №e-2-2(113)-3429/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3429/2023

19.06.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3429/2023 19.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, Ərizəçinin iştirakı olmadan, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 12680,15 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 673,27 manat, İşsizlikdən sığorta fonduna olan 26,9 manat, İcbari Tibbi Sığorta Fonduna olan 111,02 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZEAA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 4615,8 manat məbləğində (o cümlədən, vergilər üzrə 4417,03 manat, faizlər üzrə 198,77 manat) “SUPER SERVİSE PLUS" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 429,42 manat, İşsizlikdən sığorta fonduna 17,15 manat, İcbari Tibbi Sığorta Fonduna 71,34 manat, dövlət büdcəsinə 0 manat məbləğində (o cümlədən,) "xxxx" MMC-nin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 3,19 manat, İcbari Tibbi Sığorta Fonduna 13,36 manat, Dövlət Sosial Müdafiə Fonduna 79,73 manat, dövlət büdcəsinə 0 manat məbləğində (o cümlədən), Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 0 manat, dövlət büdcəsinə 8064,35 manat məbləğində (o cümlədən, vergilər üzrə 7351,28 manat, faizlər üzrə 713,07 manat), İcbari Tibbi Sığorta Fonduna 0 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 3,28 manat, İcbari Tibbi Sığorta Fonduna 13,16 manat, dövlət büdcəsinə 0 manat məbləğində (o cümlədən), Dövlət Sosial Müdafiə Fonduna 82,06 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 82,06 manat, İşsizlikdən sığorta fonduna 3,28 manat, dövlət büdcəsinə 0 manat məbləğində (o cümlədən), İcbari Tibbi Sığorta Fonduna 13,16 manat olmaqla, ümumilikdə 13491,34 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********044300, xx.xx.2022-ci il tarixli **********094300, xx.xx.2022-ci il tarixli **********093600, xx.xx.2022-ci il tarixli **********092900, xx.xx.2022-ci il tarixli **********900700, xx.xx.2022-ci il tarixli **********297200, xx.xx.2022-ci il tarixli **********296500, xx.xx.2022-ci il tarixli **********901400, xx.xx.2022-ci il tarixli **********356000, xx.xx.2022-ci il tarixli **********107800, xx.xx.2022-ci il tarixli **********355300, xx.xx.2022-ci il tarixli **********413200, xx.xx.2022-ci il tarixli **********353700, xx.xx.2022-ci il tarixli **********412500, xx.xx.2022-ci il tarixli **********414900, xx.xx.2022-ci il tarixli **********627200, xx.xx.2022-ci il tarixli **********415600 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu Maraqlı şəxs Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi, ev 51/4 ünvanında yaşayır. Maraqlı şəxs məhkəmə iclasında iştirak edərək izahatında bildirdi ki, sadalanan şirkətlərlə bağlı heç bir əlaqəsi yoxdur. İşə düzəlltmək adı ilə onun etibarından sui-istifadə etmiş, adından etibarnamə verilmişdir. İşlə təmin olunmaqla bağlı ona vəd vermiş, lakin işlə təmin olunmamışdır. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Maraqlı şəxs Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi, ev 51/4 ünvanında qeydiyyatdadır. Fiziki şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü digər qruplara daxil edilməyən ixtisaslaşdırılmamış topdan satışı olan Maraqlı şəxs vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarsində qeydiyyatdadır. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü metal və qeyrimetal tullantıları və qırıntıları təkrar emal olunmalı olan metalların topdan satışı olan "xxxx" MMC vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarsində qeydiyyatdadır və Maraqlı şəxs "xxxx" MMC-nin rəhbəridir. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü proqramla idarə olunan dəzgahların topdan satışı olan "xxxx" MMC vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarsində qeydiyyatdadır və Maraqlı şəxs "xxxx" MMC-nin rəhbəridir. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü ətirlərin və kosmetika mallarının topdan satışı olan "xxxx" MMC vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarsində qeydiyyatdadır və Maraqlı şəxs "xxxx" MMC-nin rəhbəridir. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü ofis mebellərinin topdan satışı olan "xxxx" MMC vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarsində qeydiyyatdadır və Maraqlı şəxs "xxxx" MMC-nin rəhbəridir. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü ticarət palatalarının, qildiyaların və analoji təşkilatların fəaliyyəti olan olan "xxxx" MMC vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarsində qeydiyyatdadır və Maraqlı şəxs "xxxx" MMC-nin rəhbəridir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən Maraqlı şəxs ünvanlanmış xx.xx.2022-ci il tarixli **********5 nömrəli bildirişə əsasən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 75 manat, faizlər üzrə 8,04 manat məbləğində, xx.xx.2022-ci il tarixli **********4 nömrəli bildirişə əsasən icbari tibbi sığorta haqları üzrə 12 manat, faizlər üzrə 1,27 manat məbləğində, xx.xx.2022-ci il tarixli **********5 nömrəli bildirişə əsasən vergilər üzrə 7351,28 manat, faizlər üzrə 345,51 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********2 nömrəli bildirişə əsasən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 403,15 manat, faizlər üzrə 43,20 manat məbləğində, xx.xx.2022-ci il tarixli **********2 nömrəli bildirişə əsasən işsizlikdən sığorta haqları üzrə 16,10 manat, faizlər üzrə 1,73 manat məbləğində, xx.xx.2022-ci il tarixli **********9 nömrəli bildirişə əsasən icbari tibbi sığorta haqları üzrə 64,50 manat, faizlər üzrə 6,84 manat məbləğində, xx.xx.2022-ci il tarixli **********4 nömrəli bildirişə əsasən vergilər üzrə 2855,65 manat, faizlər üzrə 179,91 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********4 nömrəli bildirişə əsasən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 75 manat, faizlər üzrə 3,38 manat məbləğində, xx.xx.2022-ci il tarixli **********5 nömrəli bildirişə əsasən icbari tibbi sığorta haqları üzrə 12 manat, faizlər üzrə 0,52 manat məbləğində, xx.xx.2022-ci il tarixli **********4 nömrəli bildirişə əsasən vergilər üzrə 7327,37 manat, faizlər üzrə 373,70 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********2 nömrəli bildirişə əsasən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 75 manat, faizlər üzrə 8,56 manat məbləğində, xx.xx.2022-ci il tarixli **********6 nömrəli bildirişə əsasən icbari tibbi sığorta haqları üzrə 12 manat, faizlər üzrə 1,36 manat məbləğində, xx.xx.2022-ci il tarixli **********0 nömrəli bildirişə əsasən vergilər üzrə 6973,97 manat, faizlər üzrə 439,36 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********2 nömrəli bildirişə əsasən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 75 manat, faizlər üzrə 3,38 manat məbləğində, xx.xx.2022-ci il tarixli **********9 nömrəli bildirişə əsasən vergilər üzrə 7210,18 manat, faizlər üzrə 1061 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********4 nömrəli bildirişə əsasən vergilər üzrə 4417,03 manat, faizlər üzrə 198,77 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Maraqlı şəxs (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, hüquqi şəxsin xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna ödənilməmiş borcu vardır. "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, hüquqi şəxsin xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş borcu vardır. "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, hüquqi şəxsin xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş borcu vardır. "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, hüquqi şəxsin xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş borcu vardır. "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, hüquqi şəxsin xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş borcu vardır. "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, hüquqi şəxsin xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə ödənilməmiş borcu vardır. Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsinin vergi ödəyicisinin vergi borcu barədə xx.xx.2023-cü il tarixli məlumat çıxarışından görünür ki, vergi ödəyiciləri Maraqlı şəxs (VÖEN: **********) xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə olan hazırki borcu 9836,01 manat təşkil edir. Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsinin vergi ödəyicisinin vergi borcu barədə xx.xx.2023-cü il tarixli məlumat çıxarışından görünür ki, vergi ödəyicisi "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə olan hazırki borcu 13575,53 manat təşkil edir. Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsinin vergi ödəyicisinin vergi borcu barədə xx.xx.2023-cü il tarixli məlumat çıxarışından görünür ki, vergi ödəyicisi "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə olan hazırki borcu 46658,25 manat təşkil edir. Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsinin vergi ödəyicisinin vergi borcu barədə xx.xx.2023-cü il tarixli məlumat çıxarışından görünür ki, vergi ödəyicisi "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə olan hazırki borcu 43752,37 manat təşkil edir. Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsinin vergi ödəyicisinin vergi borcu barədə xx.xx.2023-cü il tarixli məlumat çıxarışından görünür ki, vergi ödəyicisi "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə olan hazırki borcu 45972,26 manat təşkil edir. Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsinin vergi ödəyicisinin vergi borcu barədə xx.xx.2023-cü il tarixli məlumat çıxarışından görünür ki, vergi ödəyicisi "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə olan hazırki borcu 15379,37 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan hüquqi şəxslər və fiziki şəxs Maraqlı şəxs, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin və "xxxx" MMC-nin vergi öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onların dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən ona vergi borcunun ödənilməsinə dair bildirişlər ünvanlanaraq 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində hüquqi şəxslər və fiziki şəxs tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Odur ki, borclu hüquqi şəxslərin və fiziki şəxsin dövlət büdcəsinə və müvafiq fondlara olan vergi borcunun ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur. Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddəsinə görə vergi orqanları vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.1-ci maddəsinə əsasən, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. 355-7.3-cü maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. 355-7.5-ci maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.2-ci maddəsinə uyğun olaraq tərəflərə verilir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, vergi ödəyiciləri olan şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 12680,15 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 673,27 manat, İşsizlikdən Sığorta Fonduna olan 26,9 manat, İcbari Tibbi Sığorta Fonduna olan 111,02 manat məbləğində borcunun ödənilməsini təmin etmək vergi ödəyicisi olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur. Hazırkı halda ərizəçinin dövlət rüsumunu ödəməkdən azad olunduğunu, eləcə də hazırkı qətnamə ilə xüsusi icraat qaydasında verilmiş ərizənin təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Vergi ödəyicisi olan hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 12680,15 (on iki min altı yüz səksən manat on beş qəpik) manat, Dövlət Sosial Müdafiə Fonduna olan 673,27 (altı yüz yetmiş üç manat iyirmi yeddi qəpik) manat, İşsizlikdən Sığorta Fonduna olan 26,9 (iyirmi altı manat doxsan qəpik) manat, İcbari Tibbi Sığorta Fonduna olan 111,02 (yüz on bir manat iki qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün "xxxx" MMC-nin (VÖEN: **********), "xxxx" MMC-nin (VÖEN: **********), "xxxx" MMC-nin (VÖEN: **********), Maraqlı şəxs (VÖEN:**********), "xxxx" MMC-nin (VÖEN:**********), "xxxx" MMC-nin (VÖEN:**********) icra orqanının rəhbəri olan - Maraqlı şəxs (xx.xx.1997-ci il tarixdə ünvan 4 ünvanında olan, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) barəsində ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılsın. Ərizənin verilməsinə görə ödənilməli olan 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar