Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3440/2023 30.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən iddiaçı "xxxx" MMC-yə ödənilməmiş qalıq borc olan ƏDV daxil 32339,22 manatı, müqaviləin 6.6-cı maddəsinə əsasən ödəniş gecikdirildiyi üçün əlavə 5% hesablanmaqla 2981,57 manat məbləğində pul vəsaiti, 5000 manat əldən çıxmış fayda, ümumilikdə cəmi 40320,79 manat pul məbləği və iddia ərizəsinə görə iddiaçı tərəfindən ödənilmiş 211 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası 30 avqust 2023-cü il tarixə təyin edilmişdir. xx.xx.2023-cü il tarixində iddiaçının nümayəndəsi Vəkil və xx.xx.2023-cü il tarixində cavabdehin nümayəndəsi X2 tərəfindən EMİS vasitəsi ilə məhkəməyə ərizələr və xx.xx.2023-cü il tarixli barışıq sazişi təqdim edilmişdir. Həmin ərizələrdə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və icraata xitam verilməsi barədə qərardadın çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və icraata xitam verilməsi barədə qərardadın çıxarılmasını xahiş etdi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı “İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: (A) Cavabdeh və İddiaçı arasında xx.xx.2021 -ci il tarixli **********314 saylı Alqı-satqı müqaviləsi üzrə Cavabdehin İddiaçıya 32339,22 (otuz iki min üç yüz otuz doqquz manat iyirmi iki qəpik) manat (ƏDV daxil) məbləğində borcu yaranmışdır; (B) İddiaçı Bakı Kommersiya Məhkəməsinə (‘‘Məhkəmə”) müraciət edərək Cavabdehdən aşağıdakıları tələb edib: (C) 32339,22 (otuz iki min üç yüz otuz doqquz manat iyirmi iki gəpik) manat (ƏDV daxil) əsas borc (“Əsas Borc”); (D) 2981.57 (iki min doqquz yüz səksən bir manat əlli yeddi qəpik) manat cərimə (“Cərimə") (E) İddiaçı Məhkəməyə müraciət edərək X5 kimi Cavabdehin bank hesablarına həbs qoyulmasını istəmişdir (“X5”). (C) Cavabdeh Əsas borcun 2 hissəyə bölünərək ödənilməsini. Cərimənin güzəşt edilməsini və İddiaçının X5 tələbini Məhkəmədən geri götürməyini xahiş etmişdir. (D) İddiaçı Cavabdehin yuxarıda qeyd etdiyi borcun məbləğini və Cavabdehin verdiyi təklifləri aşağıdakı şərtlərlə qəbul edir.
1. X3 Qüvvəyə minmə tarixindən sonra İddiaçı dərhal məhkəməyə müraciət edərək X3 preambulasının (B) bəndində göstərilmiş X5 tələbinin Məhkəmədən geri götürülməsinə nail olacaqdır və İddiaçı bunu etdikdən sonra Tərəflər X3 təsdiqlənməsini Məhkəmədən xahiş edəcəklər.
2. İddiaçı X3 1-ci bəndində göstərilən öhdəliyi yerinə yetirdikdən sonra Cavabdeh İddiaçıya Əsas Borcu aşağıdakı qrafik əsasında ödəyəcəkdir: Aylar üzrə Ödəniş məbləği, AZN (ƏDV ödəniş xaric) tarixi İyul. 2023- 13.703.00 cü il Avqust, 13.703.06 2023-cü il
3. Mübahisə X6 çərçivəsində həll olunarsa İddiaçı Cavabdehə Cərimə tətbiq etməyəcəkdir. Cavabdeh X6 üzrə öz öhdəliklərini yerinə yetirmədikdə İddiaçı Cavabdehə əsaslandırılmış məbləğdə cərimə tətbiq etmək hüququnu özündə saxlayır.
4. Barışıq Sazişinin 2-ci maddəsində nəzərdə tutulan öhdəliklərin Cavabdeh tərəfindən tam yerinə yetirilməsi İddiaçının bütün tələblərinin xitamı olacaqdır və İddiaçı Cavabdehə qarşı Müqavilə və yaxud qanun ilə heç bir tələb irəli sürməyəcəkdir.
5. Hər bir Tərəf X9ni vicdanla və qeyd-şərtsiz icra etməyi öhdəsinə götürür.
6. X6 24 iyun 2023-cü il tarixdən qüvvəyə minir.
7. X9 Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir, şərh edilir və icra olunur.
8. X4 icrasından və yaxud ondan irəli gələn digər mübahisələr Azərbaycan Respublikası məhkəmələri tərəfindən həll olunur.
9. X7 3 əsl nüsxədə Azərbaycan dilində imzalanmışdır. Tərəflər təsdiq edir ki, onların hər biri Barışıq Sazişinin 1 əsl nüsxəsini əldə etmişlər. Nüsxələrdən biri Məhkəməyə təqdim olunur. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Günay Namazova