Məhkəmə qərarları › İş №e-2-2(113)-3453/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3453/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3453/2021 14.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı «müqavilə üzrə öhdəliyin icra olunması» tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə öhdəliyin icra olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.12.2020-ci il tarixli “Malların təchiz olunması və xidmətlərin göstərilməsi haqqında’’ 007/20 nömrəli müqaviləyə və 29.12.2020-ci il tarixli EBAV JVb 566830 hesab-fakturaya əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmiş 34200,00 manat pulun, həmin məbləğə görə 8000,00 (səkkiz min) manat faizlərin, ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdehndən alınaraq İddiaçınə ödənilməsi, EBAV .Ns 566830 hesab-fakturaya əsasən Cavabdeh MMC-yə ödənilmiş 6156,00 manat ƏDV-nin İddiaçı MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 23.12.2020-ci il tarixli “Malların təchiz olunması və xidmətlərin göstərilməsi haqqında" 007/20 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı malı hazırkı müqavilənin bir hissəsi olan əlavələr və qaimə-fakturaya müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə və müvafiq şərtlərlə alıcı tərəfindən verilən sifarişlərə uyğun olaraq və razılaşdırılmış müddətdən (1 aydan) gec olmayaraq alıcıya təhvil verməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə 23 dekabr 2020-ci il tarixli Əlavə N» 1-ə əsasən alıcı malı əlavədə razılaşdırılmış və qaimə-fakturaya müvafiq miqdarda, çeşiddə, qiymətdə və müvafiq şərtlərlə qəbul etməyi, onun müqabilində malın dəyərinin 80%-ni avans ödəməyi, qalan 20%-i isə quraşdırma-sınaq işləri başa çatdıqdan sonra ödəməyi üzərinə götürmüşdür. Həmin müqaviləyə və ona 1 N2-İİ Əlavəyə uyğun olaraq və cavabdeh- “POLYTEC-A" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 29.12.2020-ci il tarixli EBAV 566830 hesab-fakturaya əsasən ümumi qiyməti (ƏDV-siz) 34200,00 manat təşkil edən 2 ədəd (hər birinin qiyməti 17100,0 manat) GRP Su Deposununun dəyəri 30 dekabr 2020-ci il tarixdə cavabdehin “Expressbank ASC"-nin Nəsimi tllialındakı bank hesabına, həmin məbləğin ƏDV- sini təşkil edən 6156,00 manat isə ƏDV sub-hesabına köçürülmüşdür. Dəyəri ödənilmiş həmin mallar cavabdeh tərəfindən iddiaçıya çatdırılmamışdır. Bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı surətdə bildirilsə də, cavabdeh yazılı müraciətə cavab verməmişdir. Halbuki, cavabdehin müqavilə öhdəliklərinin icrasından tam və ya qismən imtina etməyə heç bir əsası olmamışdır. Belə ki, sifariş olunan malların qiymətini, miqdarını cavabdeh öz hesab-fakturasında tam detallı şəkildə göstərmiş və iddiaçı tərəfindən də bu hesab faktura üzrə müəyyən edilmiş ümumi məbləğ və onun ƏVD-si tam olaraq ödənilmişdir. Göründüyü kimi, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmiş və öhdəliklərin icrasından imtina üçün heç bir əsası olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İş materiallarına əlavə edilmiş 23.12.2020-ci il tarixli alqı-satqı müqaviləsinə edilmiş 1 nömrəli əlavədən görünür ki, ümumi dəyəri 20000 ABŞ dolları olan məhsullar cavabdehə satılması razılaşdırılması qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş 001XOH********** nömrəli 30.12.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 34200 manat pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş 30.12.2020-ci il tarixli bildirişdən görünür ki, İddiaçı MMC tərəfindən ƏDV sub-uçot hesabından EBAV 566830 nömrəli qaimə faktura üzrə Cavabdeh MMC-yə 6156 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında 23.12.2020-ci il tarixli müqavilə imzalanmışdır. Qeyd olunan müqaviləyə edilmiş 1 nömrəli əlavə üzrə müəyyən edilmiş mallar ümumi dəyəri 20000 ABŞ dolları təşkil etmişdir. Bunun müqabilində iddiaçı tərəfindən cavabdehə 34200 manat pul ödənilmişdir. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirməsinə baxmayaraq, cavabdeh tərəfindən tərəflər arasında satılması razılaşdırılmış mallar iddiaçıya təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Göründüyü kimi tərəflər arasında müqavilədən irəli gələn hüquq və vəzifələri yaranmışdır. Alıcı müqavilələr üzrə öhdəliyini tam yerinə yetirmiş və malın dəyərini satıcıya təhvil vermişdir. Satıcı isə qeyd olunan malları alıcıya təqdim etməmişdir. Hazırda iddiaçı cavabehin müqavilə üzrə yaranmış 34200 manat əsas, , EBAV .Ns 566830 hesabfakturaya əsasən Cavabdeh MMC-yə ödənilmiş 6156,00 manat ƏDV borcunun tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd olunan maddi hüquq normasının tələblərindən göründüyü kimi tərəflər arasında malların alqı satqısına dair müvafiq razılaşma əldə edilmiş və iddiaçı tərəfindən malların dəyəri tam olaraq ödənilmişdir. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi əsas bocun tutulması hissəsində təmin edilərək, 34200 manat Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda malların alınması üçün iddiaçı tərəfindən EBAV 566830 nömrəli qaimə faktura üzrə Cavabdeh MMC-yə ödnilmiş 6156 manat ƏDV məbləği iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə iddia tələbinin 8000 manat cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb olunan 8000 manat cərimənin 800 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasiv olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 23.12.2020-ci il tarixli “Malların təchiz olunması və xidmətlərin göstərilməsi haqqında” 007/20 nömrəli müqaviləyə və 29.12.2020-ci il tarixli EBAV № 566830 hesabfakturaya əsasən 34200 manat əsas borc, 800 manat faiz borcu, EBAV № 566830 hesabfakturaya əsasən Cavabdeh MMC-yə ödənilmiş 6156 manat ƏDV və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 23.12.2020-ci il tarixli “Malların təchiz olunması və xidmətlərin göstərilməsi haqqında” 007/20 nömrəli müqaviləyə və 29.12.2020-ci il tarixli EBAV № 566830 hesab-fakturaya əsasən 34200 (otuz dörd min iki yüz) manat əsas borc, 800 (səkkiz yüz) manat faiz borcu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. EBAV № 566830 hesab-fakturaya əsasən Cavabdeh MMC-yə ödənilmiş 6156 (altı min yüz əlli altı) manat ƏDV İddiaçı MMC-yə qaytarılsın. Cavabdeh MMC-dən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar