Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3454/2023 22.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, Ərizəçinin iştirakı olmadan, maraqlı şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 Saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 Saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 4319,57 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 4319,57 manat məbləğində (o cümlədən, vergilər üzrə 2717,6 manat, faizlər üzrə 1601,97 manat) olmaqla, ümumilikdə 4319,57 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********408000 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır. Maraqlı şəxsin nümayəndəsi məhkəməyə etiraz ərizəsini təqdim edərək bildirmişdir ki, vergi orqanının hesabladığı verginin heç bir əsası yoxdur. Bununla bağlı Vətəndaş Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. e-2-1(112)-10626/2023 saylı həmin işə baxan hakim X1. İkincisi, ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergi İdarəsidir (“İdarə”). Mülki Prosessual Məcəllənin 46-cı maddəsində deyilir: “Tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir.” Prezidentin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə görə İqtisadiyyat Nazirliyi mərkəzi icra hakimiyyəti orqanıdır. Prezidentin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 1.1-ci bəndinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Nazirliyin strukturuna daxil olan qurumdur. Yəni Xidmət dövlət orqanı deyil, onun qurumudur. Buna görə də məhkəmədə tərəf Xidmət deyil, Nazirlikdir. Bununla belə, Xidmətin Prezident tərəfindən təsdiq edilmiş Əsasnaməsinin 3.0.16, 4.0.25-4.0.27 və 4.0.32-ci bəndlərinə əsasən Xidmət məhkəmədə iddia qaldıra və öz adından çıxış edə bilər. İqtisadiyyat nazirinin 13 yanvar 2022-ci il tarixli F-5 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Ərazi Vergilər İdarələrinin Əsasnaməsi”nin 1.3-cü bəndində də deyilir ki, guya İdarə “müstəqil qaydada məhkəmədə tərəf və digər şəxs qismində bilavasitə iştirak edir ”. Lakin bu sənəd Prezidentin Fərmanı ilə təsdiq edilmiş Əsasnamədən fərqli olaraq, normativ hüquqi akt deyil. Buna görə də sırf Nazirliyin və Xidmətin daxili sənədi olaraq üçüncü şəxslərə münasibətdə tətbiq edilə bilməz. O cümlədən məhkəmədə İdarənin tərəf (subyekt) olduğuna dəlalət edə bilməz. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 20-ci maddəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları qərarlar formasında qəbul edilir. Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul edilən təlimatlar, əsasnamələr, nizamnamələr və qaydalar qərarlarla təsdiq edilir. Normativ hüquqi akt mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul olunduqda bu normativ hüquqi aktın qəbulu üçün əsas olmuş akt göstərilməli və həmin aktın icrasını təmin etmək məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir. Göründüyü kimi, İdarənin Əsasnaməsi qərarla deyil, əmrlə təsdiq olunmuşdur. Üstəlik orada onun qəbulu üçün əsas olmuş akt göstərilməyib və həmin aktın icrasını təmin etmək məqsədi ilə qəbul olunduğu qeyd edilməyib. Həmçinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.16, 40.0.4 və 78.1-ci maddələrinə uyğun olaraq normativ hüquqi akt X3 Reyestrinə daxil edilməlidir. İdarənin Əsasnaməsi isə həmin Reyestrə daxil edilməyib. Mülki Prosessual Məcəllənin 73-cü maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Ərizəçi etibarnamə təqdim etməyib. Qeyd edilənləri nəzərə alaraq, ərizənin geri qaytarılmasını (rədd edilməsini) xahiş edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 Saylı Ərazi Vergilər İdarəsi 21 iyun 2023-cü il tarixində məhkəməyə EMİS vasitəsi ilə etiraza münasibət ərizəsi təqdim edərək qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsində qaldırılmış iddia mümkün iddia olmadığından həmin iddia ərizəsi əsas götürülməklə ərizənin təmin edilməməsinə hər hansı maneə törədə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 32.2-ci maddəsində isə qeyd edilmişdir ki: barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş tfə ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt) inzibati aktların mübahisələndirmə haqqında iddianın predmeti ola bilər. Həmçinin qeyd etməliyik ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali X2 3.4-cii bəndində görə isə mübahisələndirmə haqqında iddia qaidırmazdan ewəl iddiaçı yuxan inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qəran mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu isə öz növbəsində iddianın mümkün sayılmamasına əsasdır. İddia ərizəsindən də göründüyü kimi İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 20.04.203-cü il tarixli 30 №-li qərarı ilə Dövlət Vergi Xidmətinin 3 saylı ƏVl-nin xx.xx.2022-ci il tarixli vergilərin hesablanması barədə və Dövlət vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi barədə” 24.02.203-cü il tarixli qərarları dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa etirazda Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin tərəf ola bilməməsi barədə qeyd edilənlərlə bağlı bildirik ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.1-ci bəndinə əsasən nazirliyin Aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair), habelə Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanı nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir. Həmin Əsasnamənin 5.5.3-1-ci bəndinə əsasən iqtisadiyyat naziri nazirliyin yanında dövlət xidmətlərinin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların əsasnamələrini və strukturuna daxil olmayan tabeliyindəki qurumların (nizamnamələri Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hüquqi şəxslər istisna olmaqla) nizamnamələrini təsdiq edir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 5.1-ci bəndinə əsasən Xidmət öz fəaliyyətini Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar vasitəsilə həyata keçirir. Həmin Əsasnamənin 5.5,5-ci bəndinə əsasən xidmətin rəisi xidmətin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların əsasnamələrini və strukturuna daxil olmayan tabeliyindəki qurumların nizamnamələrini təsdiq üçün Nazirliyə təqdim edir. Göründüyü kimi nazirlik və xidmət öz fəaliyyətini strukturunua daxil olan qurumlar vasitəsilə həyata keçirir və bu nöqteyi nəzərdən 3 saylı Ərazi Vergilər İdarəsi ona verilmiş səlahiyyət çərçivəsində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Ərazi Vergilər İdarələrinin Əsasnamə”sinə əsasən müstəqil qaydada tərəf kimi məhkəmədə iştirakı tam əsaslıdır. Daha sonra maraqlı şəxsin nümayəndəsi və vəkili İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergi İdarəsinin (“Ərizəçi”) etirazına təqdim etdiyi münasibətində bildirir ki, əsassız hesablanmış vergi borcu məsələsinə, iddianın mümkünlüyünə və s. Bakı İnzibatı Məhkəməsi qiymət verəcəkdir. Bu, Ərizəçinin səlahiyyətinə daxil deyil. Hər bir halda İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 20 aprel 2023-cü il tarixli 30 №-li qərarının özünün 4-cü bəndində qeyd edilib ki, ondan məhkəməyə şikayət verilə bilər. Hazırda isə əsas məsələ odur ki, ərizəçi məhkəmədə tərəf ola bilməz. Etirazda bunlar əsaslandırılmışdır. Ərizəçi Prezidentin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.5.3-1-ci bəndinə istinad edir. Həmin bənddə nazirin səlahiyyəti qismində qeyd olunur: “Nazirlik yanında dövlət xidmətlərinin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların əsasnamələrini və strukturuna daxil olmayan tabeliyindəki qurumların (nizamnamələri Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hüquqi şəxslər istisna olmaqla) nizamnamələrini təsdiq edir”. Göründüyü kimi, bu bənddə əsasnamələrin nazirin hansı aktı ilə təsdiq edilməsi qeyd olunmayıb. Həmin Əsasnamənin 5.5.3-cü bəndində isə deyilir: “Nazirliyin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) və elmi-texniki şurasının əsasnamələrinin, strukturuna daxil olmayan tabeliyindəki qurumların (nizamnamələri Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hüquqi şəxslər istisna olmaqla) nizamnamələrinin təsdiqi barədə, həmçinin bu Əsasnamənin 5.11-ci bəndində Nazirliyin Kollegiyasının səlahiyyətlərinə aid edilməyən məsələlər barədə normativ hüquqi aktları qərarlar formasında qəbul edir”. Əsasnamənin 5.5.13-cü bəndinə görə isə nazir “əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar qəbul edir”. Yəni əmr qeyri-normativ sənəddir. Beləliklə, əsasnamə əmrlə deyil, normativ hüquqi akt olan qərarla təsdiq olunmalıdır. Bu olmayanadək Ərizəçi məhkəmədə tərəf ola bilməz. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak edərək, etiraza uyğun çıxış edərək ərizənin rədd edilməsini xahiş etdi. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1955-ci il tarixdə Tovuz rayonu, Düz Qırıxlı kəndində anadan olmuş Maraqlı şəxs ünvan 2 ünvanında qeydiyyatdadır. Fiziki şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü mehmanxanalar və oxşar yerlər tərəfindən xidmətlərin göstərilməsi olan Maraqlı şəxs vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 Saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 Saylı Ərazi Vergilər İdarəsi tərəfindən Maraqlı şəxs ünvanlanmış xx.xx.2022-ci il tarixli **********1 saylı bildirişə əsasən vergi borcunun ödənilməsi üzrə 2850,39 manat, faizlər üzrə 1601,96 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Maraqlı şəxs (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, fiziki şəxsin xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 4319,56 manat məbləğinda ödənilməmiş borcu vardır. Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsinin vergi ödəyicisinin vergi borcu barədə xx.xx.2023-cü il tarixli məlumat çıxarışından görünür ki, vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə olan borcu 4319,56 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs vergi borcu üzrə öhdəlikləri qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin öhdəliklərin idarə edilməsi baş idarəsi tərəfindən onlara vergi borcunun ödənilməsinə dair bildiriş ünvanlanaraq 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində fiziki şəxs tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Odur ki, borclu fiziki şəxsin dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etmək məqsədilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur. Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddəsinə görə vergi orqanları vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.1-ci maddəsinə əsasən, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. 355-7.3-cü maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. 355-7.5-ci maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.2-ci maddəsinə uyğun olaraq tərəflərə verilir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 4319,57 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Bundan başqa məhkəmə maraqlı şəxsin nümayəndəsinin etirazında və ərizəçinin etirazına vermiş olduğu qeydlərində 3 saylı Ərazi Vergi İdarəsinin məhkəmədə tərəf ola bilməməsi faktına hüquqi qiymət verərək hesab edir ki, maraqlı şəxsin bu arqumenti əsassızdır. Məhkəmə ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi haqqında Əsasnamənin” 5.5.3-1-ci bəndinə əsasən Nazirlik yanında dövlət xidmətlərinin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların əsasnamələrini və strukturuna daxil olmayan tabeliyindəki qurumların (nizamnamələri Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hüquqi şəxslər istisna olmaqla) nizamnamələrini Nazir təsdiq edir. Qeyd olunandan göründüyü kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Ərazi Vergilər İdarələrinin Əsasnaməsinin nazirin əmri ilə təsdiq edilməsi qanuni olmuşdur. Həmçinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2.9-cü maddəsinə əsasən nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir. Hazırkı iş üzrə ərizəçinin əsasnaməsinin hüquqi qüvvəsi, Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”yə əsasən müəyyən edilir və həmin əsasnamə ilə idarənin əsasnamənin təsdiq edilməsi səlahiyyəti nazirə həvalə edilmişdir. Buna görə də Əsanamənin nazirin əmri ilə təsdiq edilə bilməməsi kimi maraqlı şəxsin irəli sürdüyü dəlili əsassızdır. Digər tərəfdən, məhkəmə yuxarıda qeyd olunan sənədlərə əsasən müəyyən etmişdir ki, maraqlı şəxsin ərizədə göstərilən borcu bugün də mövcüd olaraq qalır. Həmin borcun maraqlı şəxs tərəfindən inzibati qaydada mübahisələndirlməsi ərizənin təmin edilməməsi üçün əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur. Hazırkı halda ərizəçinin dövlət rüsumunu ödəməkdən azad olunduğunu, eləcə də hazırkı qətnamə ilə xüsusi icraat qaydasında verilmiş ərizənin təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 4319,57 (dörd min üç yüz on doqquz manat əlli yeddi qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (xx.xx.1955-ci il tarixdə Tovuz rayonu, Düz Qırıxlı kəndində anadan olan, ünvan 2 ünvanında qeydiyyatda olan, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE0*******) barəsində ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılsın. Ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3454/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3454/2023
22.06.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver