Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3457/2022 06.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı QSC-nin cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən əsas borc üzrə 342763,47 manat, ƏDV üzrə 56297,45 manat olmaqla ümumilikdə 399060,92 manat məbləğdə borcun, 4500 manat məbləğində hüquqi yardımla bağlı xərclərinin, 400 manat məbləğində mediasiya xərclərinin və 293 manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 04 iyun 2021-ci il tarixində İddiaçı MMC (indiki İddiaçı QSC) ilə "xxxx" ASC arasında AA 154/0621 nömrəli alğı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən, iddiaçı satır, cavabdeh isə malları iddiaçıdan alır və malın müqabilində İddiaçıya razılaşdırılmış qiymətə əsasən müvafiq məbləği ödəyir. Müqavilənin 5.2.5-ci maddəsinin tələblərinə əsasən, malın qiymətini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək cavabdehin vəzifəsidir. Buna baxmayaraq, cavabdeh əsas borc üzrə 342763,47 manat, ƏDV üzrə 56297,45 manat olmaqla ümumilikdə 399060,92 manat məbləği satıcıya hələ də ödəməmişdir. Bununla əlaqədar iddiaçı tərəİindən cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə borcunu ödəməkdən yayınmışdır. Sonuncu dəfə 30 mart 2022-ci il tarixində isə cavabdehə rəsmi pretenziya məktubu ünvanlanmış və bildirilmişdir ki, cavabdeh tərəİindən 09 aprel 2022-ci il tarixinədək borc tam şəkildə ödənilmədiyi təqdirdə iddiaçı tərəİindən məhkəməyə müraciət olunacaqdır. İddiaçının son xəbərdarlığına baxmayaraq cavabdeh borcun ödənişini həyata keçirməmiş və bununla müqavilə üzrə öhdəliklərini kobud surətdə pozmuşdur. Beləliklə, indiki halda cavabdeh müqavilə üzrə borcunu hələ də ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi, Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Cavabdeh "xxxx" ASC (elektron kabinet mövcuddur) məhkəməyə etiraz göndərsə də, qanunvericiliklə müəyyən edilmiş müraciət etmə müddətini ötürmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 04 iyun 2021-ci il tarixli AA 154/0621 saylı alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı QSC satır, "xxxx" ASC isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan bu müqaviləyə əlavələrdə göstərilən tərkibdə, həcmdə malları İddiaçı QSC-dən alır və malın müqabilində İddiaçı QSC-yə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə razılaşdırılmış qiymətə əsasən müvafiq məbləği ödəyir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi təqdim olunan elektron qaimələrdən görünür ki, İddiaçı QSC müqavilə ilə müəyyən edilmiş 399060,92 manat məbləğində malları "xxxx" ASC-yə satmışdır. 05 iyun 2022-ci il tarixli İddiaçı QSC ilə "xxxx" MMC arasında bağlanmış 10 noyabr 2021-ci il tarixli xidmət müqaviləsinə 2 saylı əlavədən görünür ki, "xxxx" MMC İddiaçı QSC ilə "xxxx" ASC arasında bağlanılan 04 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə bağlı yaranan mübahisənin həllində mediasiya prosesində və birinci instansiya məhkəməsində İddiaçı QSC-i təmsil etməyi öhdəsinə götürür. Xidmət haqqı isə vergilər xaric 4500 manatdır. Həmçinin sözügedən əlavənin 1.2-ci bəndində 50% avans kimi öncədən qalan hissəsi isə xidmət təhvil verildiyi tarixdən 10 gün müddətində ödəniləcəyi barədə qeyd edilmişdir. 892205 nömrəli EBBY seriyalı xx.xx.2022-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı QSC-dən Akkord şirkətinə qarşı iddianın irəli sürülməsi üçün xidmət haqqının 50%ı, yəni 2250 manat məbləğində vəsaitin, həmçinin hüquqi xidmətlərin göstərilməsi ilə əlaqədar aylıq 2500 manat tələbi ilə bağlıdır. xx.xx.2022-ci il tarixli icra haqqında bank qeydindən görünür ki, 892205 nömrəli EBBY seriyalı xx.xx.2022-ci il tarixli elektron qaimə ilə bağlı 4750 manat məbləğində vəsait İddiaçı QSC-dən "xxxx" MMC-yə ödənilmişdir. 16 may 2022-ci il tarixli MŞB/2-00865 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı QSC ilkin mediasiya sessiyasının keçirilməsi üçün müəyyən edilmiş 400 manat məbləğində mediasiya xərcini ödəmişdir. xx.xx.2022-ci il tarixli ********* nömrəli dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, İddiaçı QSC 295 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi alıcı "xxxx" ASC ilə satıcı İddiaçı QSC arasında alqı-satqı müqaviləsi bağlanmış, İddiaçı QSC müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirərək malları "xxxx" ASC-yə satsa da, "xxxx" ASC satılan malların 399060,92 manat məbləğində hissəsini İddiaçı QSC-yə ödəməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, sözügedən tələbin əsasını təşkil edən elektron qaimələrin çox bir hissəsi sistem tərəfindən deyil, məhz "xxxx" ASC tərəfindən təsdiq edilmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, ƏDV daxil 399060,92 manat məbləğində pul vəsaiti, həmçinin ilkin mediasiya sessiyası və dövlət rüsumu ilə bağlı çəkilən müvafiq olaraq 400 və 295 manat məbləğində xərclərlə bağlı iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı tələb qismən 2250 manat həcmində təmin edilməlidir, belə ki, iddiaçı 4500 manat məbləğində vəsait tələb etsə də, faktiki olaraq 2250 manat məbləğində vəsaitin ödənilməsi barədə sübutu məhkəməyə təqdim etmişdir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən ƏDV daxil 399060,92 manat məbləğində borc, 400 manat mediasiya xərci, dövlət rüsumu kimi ödənilmiş 295 manat və 2250 manat hüquqi yardımla bağlı xərc cəmi 402005,92 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən ƏDV daxil 399060,92 manat məbləğində borc, 400 manat mediasiya xərci, dövlət rüsumu kimi ödənilmiş 295 manat və 2250 manat hüquqi yardımla bağlı xərc cəmi 402005,92 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3457/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3457/2022
06.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver