Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3459/2021 08.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiaçı X1 cavabdeh X4 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 (bundan sonra – iddiaçı) cavabdeh “X4 (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 15191,56 manat əsas borc, 1055,81 manat məbəğində əldən çıxmış faydanın, 1100 manat məbləğində ödənilmiş vəkil qonorarının və ödənilmiş dövlət rüsumu olaraq 30 manat, ümumilikdə, 17377,77 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə 08.09.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında tərəflərin səlahiyyətli nümayəndələri məhkəməyə tərəflər arasında imzalanmış barışıq sazişini təqdim edərək, sazişin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini və bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişinin məzmununa görə:
1. Cavabdeh hazırda iddiaçıya 5116 manat məbləğində borcunun olmasını etiraf edir.
2. Cavabdeh iddiaçıya olan borcunu 01.10.2021-ci il tarixinə kimi ödəməyi öz öhdəsinə götürür.
3. Cavabdeh iddiaçıya olan borcunu vaxtında və ya tam şəkildə ödəmədiyi təqdirdə hər gecikdirilmiş gün üçün iddiaçıya ödəniləcək məbləğin 1 % miqdarında dəbbə pulu ödəyəcəyini öz öhdəsinə götürür.
4. İddiaçı borc ona tam ödənildiyi halda, cavabdehə qarşı hazırkı mübahisəyə dair gələcəkdə hər hansı iddia və tələb irəli sürməyəcəyini öz öhdəsinə götürür.
5. İddiaçı bu müqavilənin şərtləri cavabdeh tərəfindən pozulduğu halda yenidən cavabdehə qarşı borcun ödənilməmiş hissəsini, habelə 1 % miqdarında dəbbə pulunu, gecikmə faizlərini, əldə çıxmış fayda və digər zərərin tələb edilməsinə dair iddia ilə məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır.
6. Cavabdeh, bu Müqavilənin şərtləri pozulması səbəbindən ona qarşı “borc tələbinə dair” iddiaçı tərəfindən iddia irəli sürüldükdə, “iddia müddətinin tətbiq edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət etməməyi öz öhdəsinə götürür. Barışıq Razılaşması hər iki tərəfin möhürü və səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiq olunmuşdur. Məhkəmə barışıq sazişini müzakirə edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı X3 və cavabdeh X6 arasında bağlanmış barışıq sazişinin aşağdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin və iş üzrə icraata xitam verilsin:
7. Cavabdeh X6 hazırda iddiaçı X2 5116 (beş min yüz on altı) manat məbləğində borcunun olmasını etiraf edir.
8. Cavabdeh X6 iddiaçı X2 olan borcunu 01.10.2021-ci il tarixinə kimi ödəməyi öz öhdəsinə götürür.
9. Cavabdeh X6 iddiaçı X2 olan borcunu vaxtında və ya tam şəkildə ödəmədiyi təqdirdə hər gecikdirilmiş gün üçün iddiaçı X2 ödəniləcək məbləğin 1 (bir) faizi miqdarında dəbbə pulu ödəyəcəyini öz öhdəsinə götürür.
10. İddiaçı X3 borc ona tam ödənildiyi halda, cavabdeh X4 qarşı hazırkı mübahisəyə dair gələcəkdə hər hansı iddia və tələb irəli sürməyəcəyini öz öhdəsinə götürür.
11. İddiaçı X3 bu müqavilənin şərtləri cavabdeh X8 tərəfindən pozulduğu halda yenidən cavabdeh X4 qarşı borcun ödənilməmiş hissəsini, habelə 1 (bir) faiz miqdarında dəbbə pulunu, gecikmə faizlərini, əldə çıxmış fayda və digər zərərin tələb edilməsinə dair iddia ilə məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır.
12. Cavabdeh X6 bu müqavilənin şərtlərinin pozulması səbəbindən ona qarşı “borc tələbinə dair” iddiaçı X3 tərəfindən iddia irəli sürüldükdə, “iddia müddətinin tətbiq edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət etməməyi öz öhdəsinə götürür. İddiaçı X3 və cavabdeh X4 izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Ülkər Həsənova