Məhkəmə qərarları › İş №e-2-2(113)-3461/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3461/2024

28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3461/2024 28.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı ASC-nin Cavabdeh Əlibaba oğluna qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC və Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 234 nömrəli “Kənd təsərrüfati texnikasının lizinqə verilməsi” barədə müqavilənin və bu müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə xx.xx.2020-ci il tarixli Şəki-004 nömrəli üçtərəfli Sazişin ləğv edilməsi, 19689,86 manat gecikdirilmiş əsas borcun və 150 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, cavabdehin istifadəsində olan lizinq predmetini təşkil edən 1 ədəd Karataş 10049 traktor ön yükləyici, 1 ədəd 3,5 tonluq lafet və 1 ədəd 4/12 standart kotan cavabdehdən alınaraq saz və işlək vəziyyətdə hazırki mülkiyyətçi olan İddiaçı ASC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi (baş direktoru) Nicad Bağırov xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə/vəsatət ilə müraciət edərək bildirmişdir ki, İddiaçı ASC tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət edilərək "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 234 nömrəli müqavilənin və xx.xx.2020-ci il tarixli Şəki- 004 nömrəli üçtərəfli Sazişin ləğv edilməsi, 19689,86 (on doqquz min altı yüz səksən doqquz manat 86 qəpik) manat gecikdirilmiş əsas borcun və 150 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, cavabdehin istifadəsində olan lizinq predmetlərinin cavabdehdən alınaraq saz və işlək vəziyyətdə hazırki mülkiyyətçi olan İddiaçı ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı gedişatında tələb edilən məbləğ cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Bildirir ki, borcun ödənilməsi ilə bağlı iddiadan tamamilə imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş edir. Xitamın nəticələri aydındır. Məhkəmə iclası xx.xx.2024-cü il tarixə saat 09:30-a təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 52.5-ci maddəsində iddiaçının iddiadan imtina etməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. - 261.0 və 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. İddiaçının nümayəndəsinin iddiadan imtina etməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə hesab edir ki, iddiadan imtina qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh Əlibaba oğluna qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddia ərizəsi verilərkən ********** saylı qəbzə əsasən ödənilmiş 150 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar