Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3464/2021 10.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdehnə qarşı müqavilənin ləğvi, lizinq predmetinin qaytarılması və pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanımış 31.01.2019-ci il tarixli 2365-GL/17, 31.01.2019-ci il tarixli 391-GL/18 və 29.01.2019-cu il tarixli 97-GL/19 nömrəli müqavillərin ləğv olunması, lizinq predmeti olan A3004468 şassi nömrəli, CD6068L36420 mühərrik nömrəli Class Axion 820 markalı təkərli traktor, 4E-400365 şassi nömrəli Karataş markalı Çalaqazan, 284139 şassi nömrəli Lemken Solitar 12 markalı səpin apreqatı, ZAMO123860 şassi nömrəli Amazone ZA-M 1001 (Ruza 151) markalı gübrəsəpən, 433197 şassi nömrəli Europal 5+1 markalı kotan, 431974 şassi nömrəli Rubin 9 markalı diskli kultivator və A3004247 şassi nömrəli, CD**********9 mühərrik nömrəli Claas Axion 820 markalı təkərli traktorun saz vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya qaytarılması və 52551 manat gecikdirilmiş əsas borc və 14616,12 manat cərimə borcu və 30 manat dövlət rüsumunun Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətndan tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq "xxxx" ASC ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağlanmış 31.01.2019-ci il tarixli 2365- GL/17, 31.01.2019-ci il tarixli 391-GL/18 və 29.01.2019-cu il tarixli 97-GL/19 nömrəli müqavillərə əsasən lizinq predmetlərini lizinqə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Hər üç müqavilə üzrə götürdüyü 52551 manat gecikdirilmiş əsas borc və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə 14616,12 manat cərimə borcu qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki bağlanmış müqavilənin 2.2.2.-ci bəndinə əsasən borclu lizinq ödənişlərinin vaxtında və tam həcmdə ödənməyi öhdəsinə götürmüşdür. Bununla da borclu "xxxx" ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin qrafik üzrə vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmiş, İddiaçı ASC-nin nümayəndəsi isə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini və iş üzrə yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5 və 185.6-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin və iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17.08.2020-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmış, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçir. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçdiyindən həmin tarixdən sonra yaranmış lizinq müqavilələri üzrə hüquq və öhdəliklərindən irəli gələn tələblərlə (lizinq müqavilələrinin ləğvi, lizinq predmetinin qaytarılması və digər) bağlı iddianın qaldırılmasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin subyektiv hüququ yoxdur. Belə ki, hazırki tələblə bağlı iddianı yalnız Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi qaldıra bilər. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, İddiaçı ASC-nin Cavabdehnə qarşı müqavilənin ləğvi, lizinq predmetinin qaytarılması və pul tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdehnə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanımış 31.01.2019-ci il tarixli 2365-GL/17, 31.01.2019-ci il tarixli 391-GL/18 və 29.01.2019-cu il tarixli 97-GL/19 nömrəli müqavillərin ləğv olunması, lizinq predmeti olan A3004468 şassi nömrəli, CD6068L36420 mühərrik nömrəli Class Axion 820 markalı təkərli traktor, 4E- 400365 şassi nömrəli Karataş markalı Çalaqazan, 284139 şassi nömrəli Lemken Solitar 12 markalı səpin apreqatı, ZAMO123860 şassi nömrəli Amazone ZA-M 1001 (Ruza 151) markalı gübrəsəpən, 433197 şassi nömrəli Europal 5+1 markalı kotan, 431974 şassi nömrəli Rubin 9 markalı diskli kultivator və A3004247 şassi nömrəli, CD**********9 mühərrik nömrəli Claas Axion 820 markalı təkərli traktorun saz vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya qaytarılması və 52551 manat gecikdirilmiş əsas borc və 14616,12 manat cərimə borcu və 30 manat dövlət rüsumunun Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətndan tutularaq İddiaçı ASC-yə ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3464/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3464/2021
10.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver