Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3464/2024 15.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, Cavabdeh Müzəffər oğlunun iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh Müzəffər oğluna qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC və Cavabdeh Müzəffər oğlu arasında xx.xx.2019-cu il tarixli 07 nömrəli “Kənd təsərrüfati texnikasının lizinqə verilməsi” barədə müqavilənin və bu müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə xx.xx.2020-ci il tarixli İmişli-005 nömrəli üçtərəfli Sazişin ləğv edilməsi, 4826,96 manat gecikdirilmiş əsas borcun və 69 manat məbləğində dövlət rüsumunun Cavabdeh Müzəffər oğlundan tutularaq ona ödənilməsi, cavabdehin istifadəsində olan lizinq predmetini təşkil edən 1 ədəd Belarus 1221 traktor və 1 ədəd SP- 145 markalı kotanın cavabdehdən alınaraq saz və işlək vəziyyətdə hazırki mülkiyyətçi olan ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh onun tərəfindən borcun tam ödənildiyini, icraata xitam verilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Elektron Məhkəmə informasiya sistemindən ərizə ilə müraciət edərək məhkəmə icraatı gedişatında cavabdehin borcu tam həmcdə ödədiyini, ona görə də iddiadan tamamilə imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Xitamın nəticələrinin ona aydın olduğunu bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçı iddiadan imtina etdiyi üçün iş üzrə icraata xitam verilməli və iddiaçı tərəfindən ödənilmiş 69 manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 261, 262, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin iddiadan imtinası qəbul olunsun. İddiaçı "xxxx" ASC-nin Cavabdeh Müzəffər oğluna qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 69 (altmış doqquz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3464/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3464/2024
15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver