Məhkəmə qərarları › İş №e-2-2(113)-3466/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-3466/2025

24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3466/2025 24.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 53166,13 manat (əlli üç min yüz altmış altı manat on üç qəpik) borcun (45056,04 manat əsas borc və 8110,09 manat ƏDV olmaqla), iddia ərizəsinin verilməsi üçün ödənilmiş 250 manat dövlət rüsumunun və 500 manat vəkilin xidmət haqqının tutularaq “iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 090823 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı İddiaçı MMC plastik qapı və pəncərə və PVC materiallarından işlərin görülməsi və xidmətlərin göstərilməsi, alıcı Cavabdeh MMC isə sifariş əsasında satıcı tərəfindən təqdim olunacaq hesab-fakturada göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malların satıcıdan alınması və malın müqabilində satıcıya müqavilə ilə nəzərdə tutulmuş qiymətin (haqqın) ödənilməsi öhdəliyini üzərinə götürmüşlər. Müqavilənin 2.1 və 2.2 bəndlərində göstərilmişdir ki, müqavilənin ümumi məbləği alıcının sifarişi əsasında satıcı tərəfindən təqdim olunacaq hesab-fakturalar əsasında müəyyən olunacaqdır. Alıcı malı partiyalar şəklində hissə-hissə sifariş verərək təhvil alacaqdır. Müqavilənin 4.3 və 4.4 bəndlərinə əsasən mal təhvil verilərkən tərəflər təhvil-təslim aktını imzalayır və/və ya təhvil-təslimi təsdiq edən müvafiq qaiməni (qaimələri) imzalayırlar. Müqavilənin 5.2-ci bəndinə əsasən və müqavilənin digər şərtlərinə uyğun olaraq iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş və nəzərdə tutulmuş plastik qapı, pəncərə və PVC materiallarından işləri görüb, xidmətləri göstərib cavabdehə təhvil vermiş, cavabdeh isə malları anbardan qəbul edərək, bu barədə müvafiq sənədlərə imza etmişdir. Malların dəyəri və 18% ƏDV məbləğinin ödənilməsi üçün aşağıda sadalanan “malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura”lar cavabdehə təqdim edilmiş və onun tərəfindən qəbul edilmişdir: xx.xx.2024-cü il tarixli, seriya EBDM, nömrə 074813 – 31714,25 manat; xx.xx.2023-cü il tarixli, seriya EBDO, nömrə 896838 – 21451,88 manat. Malların dəyəri 18% ƏDV məbləği daxil olmaqla, cəmi 53166,13 manat təşkil etmişdir (45056,04 manat əsas borc + 8110,09 manat ƏDV). İddiaçının üzərinə götürdüyü öhdəliyi tam icra etməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və elektron qaimədə göstərilən məbləği ödəməmişdir. Buna görə cavabdehə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi vasitəsi ilə pretenziya məktubu göndərilmiş və pretenziyanı aldıqdan sonra 3 gün ərzində müqavilə şərtlərinə əməl etməklə, elektron qaimələrdə göstərilən cəmi 53166,13 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi, əks təqdirdə müqavilənin 8.3 bəndinə əsasən borcun və öhdəliyin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzini ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin cavabdeh bundan sonra da borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmiş, cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki: - Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 090823 nömrəli alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı plastik qapı, pəncərə və PVC materiallarından işlər görür və xidmət göstərir. Alıcı isə sifariş əsasında satıcı tərəfindən təqdim olunacaq hesab-fakturada göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir; 2.1-ci bəndinə əsasən müqavilənin ümumi məbləği alıcının sifarişi əsasında satıcı tərəfindən təqdim olunacaq hesab-fakturalar əsasında müəyyən olunacaqdır; 4.3-cü bəndinə əsasən mal təhvil verilərkən tərəflər təhvil-təslim aktını imzalayır və/və ya təhvil-təslimi təsdiq edən müvafiq qaiməni (qaimələri) imzalayırlar; 5.4.2-ci bəndinə əsasən alıcının malın qiymətini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək vəzifəsi daşıyır; 8.1-ci bəndinə əsasən bu müqaviləyə və bu müqavilədən irəli gələn münasibətlərə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq olunur; 8.3-cü bəndinə əsasən mübahisələr danışıqlar yolu ilə həll olunmursa, bu halda mübahisə maraqlı tərəfin müraciəti ilə Azərbaycan Respublikasının müvafiq məhkəməsində həll olunur. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq olunmuşdur. - xx.xx.2023-cü il tarixli, EBDM seriyalı, 074813 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 21451,88 manat təşkil edir. - xx.xx.2023-cü il tarixli, EBDO seriyalı, 896838 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 31714,25 manat təşkil edir. - İddiaçı MMC tərəfindən tərtib edilmiş “Prefabrik MMC-yə göndərilən “anbar qaimələri” adlı sənədin məzmunundan müəyyən olunur ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasında Cavabdeh MMC-yə göndərilmiş mallar üzrə yekun borc (44984,60 əsas və 8097,23 ƏDV olmaqla) 53081,83 manat təşkil edir. - İddiaçı MMC tərəfindən iş materiallarına qaimələr əlavə olunmuşdur. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış 53166,13 manat borcun 3 (üç) gün ərzində ödınilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən satıcı plastik qapı, pəncərə və PVC materiallarından işlərin görülməsi və xidmətlərin göstərilməsini öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə razılaşdırılmış qaydada iddiaçı tərəfindən cavabdehə mallar göndərilmiş, cavabdeh tərəfindən təhvil alınmışdır. Lakin cavabdeh tərəfindən ödəniş öhdəlikləri yerinə yetirilməmiş, nəticədə iddiaçıya borc yaranmışdır. Borcun mövcudluğu iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. Belə ki, İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EBDM seriyalı, 074813 nömrəli və xx.xx.2023-cü il tarixli, EBDO seriyalı, 896838 nömrəli elektron qaimələr əsasında müəyyən edilir ki, Cavabdeh MMC-yə verilmiş malların ümumi dəyəri 53166,13 (21451,88 +31714,25) manat təşkil edir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, cavabdehin qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli, 090823 nömrəli alqı-satqı müqaviləsinə əsasən 53166,13 manat (əlli üç min yüz altmış altı manat on üç qəpik) məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 249,50 manat (iki yüz qırx doqquz manat əlli qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 45056,04 manat əsas borc, 8110,09 manat ƏDV olmaqla, cəmi 53166,13 manat (əlli üç min yüz altmış altı manat on üç qəpik) borc, ödənilmiş dövlət rüsumuna görə 249,50 manat (iki yüz qırx doqquz manat əlli qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar