Məhkəmə qərarları › İş №e-2-2(113)-3468/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3468/2024

21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3468/2024 21.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə Həsənağa oğlunun iştirakları ilə, İddiaçı "xxxx" Şirkətinin Cavabdeh MMC-yə qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Şirkəti Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən borclu olduğu 75.962,81 ABŞ dolları məbləğində əsas borc məbləğinin, 420 manat dövlət rüsumunun tutularaq "xxxx" Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh məhkəməyə barışıq sazişi təqdim edilməklə, iddiaçı ilə aralarında bağlanmış sazişinin təsdiq edilməsini, işin icraatına xitam verilməsini xahiş etmiş və barışıq sazişinin təsdiq edilməsinin nəticələrinin onlara aydın olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə Həsənağa oğlu barışıq sazişinin təsdiq edilməsinin MPM-in 191ci maddəsində nəzərdə tutulmuş nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 29 may 2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər (iddiaçı və cavabdeh) aşağıdakı şərtlərlə barışığa gəlmişlər: Tərəflər Cavabdeh MMC-nin İddiaçınə 75.962,81 ABŞ dolları məbləğində bordu olduğunu qarşılıqlı surətdə təsdiq edirlər.

2. Cavabdeh MMC İddiaçınə bordu olduğu 75.962,81 ABŞ dollar məbləğində pulu xx.xx.2024-cü il tarixədək İddiaçınə ödəyir.

3. Borc ödənişinin son tarixi xx.xx.2024-cü il ildir.

4. AR Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci və 262.4-cü maddələri ilə nəzərdə tutulmuş barışıq sazişinin bağlanması ilə mülki ış üzrə icraata xitam verilməsinin nəticələn tərəflərə aydındır. Tərəflər tam başa düşürlər ki, X2 məhkəmə tərəfindən təsdiq edildikdən sonra hazırki iş üzrə icraata xıtanı veriləcəkdir. İşin icraatına xitam verildikdə) eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir,

5. X1 imzalandığı andan hiiquqi qüvvəyə minir.

6. X2 3 (üç) nüsxədə tərtib edilir və hər biri eyni hüquqi qüvvəyə malikdir Hər bir Tərəfə bir nüsxə verilir, bir nüsxə isə təsdiq edilmək uçun məhkəməyə təqdim edilir.

7. Yuxanda qeyd edilənləri nəzərə alaraq Tərəflər X2ni imzalayır və sazişin təsdiq olunmasını, Sazişin bütün bəndlərində göstərilən müddəaları təsdiq və ehtiva edən qərardad çıxarılmasını məhkəmədən xahiş edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı "xxxx" Şirkətinin Cavabdeh MMC-yə qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış 29 may 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin. Tərəflər Cavabdeh MMC-nin İddiaçınə 75.962,81 ABŞ dolları məbləğində boru olduğunu qarşılıqlı surətdə təsdiq edirlər.

2. Cavabdeh MMC İddiaçınə bordu olduğu 75.962,81 ABŞ dollar məbləğində pulu xx.xx.2024-cü il tarixədək İddiaçınə ödəyir.

3. Borc ödənişinin son tarixi xx.xx.2024-cü il ildir.

4. AR Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci və 262.4-cü maddələri ilə nəzərdə tutulmuş barışıq sazişinin bağlanması ilə mülki ış üzrə icraata xitam verilməsinin nəticələn tərəflərə aydındır. Tərəflər tam başa düşürlər ki, X2 məhkəmə tərəfindən təsdiq edildikdən sonra hazırki iş üzrə icraata xıtanı veriləcəkdir. İşin icraatına xitam verildikdə) eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir,

5. X1 imzalandığı andan hiiquqi qüvvəyə minir.

6. X2 3 nüsxədə tərtib edilir və hər biri eyni hüquqi qüvvəyə malikdir Hər bir Tərəfə bir nüsxə verilir, bir nüsxə isə təsdiq edilmək uçun məhkəməyə təqdim edilir.

7. Yuxanda qeyd edilənləri nəzərə alaraq Tərəflər X2ni imzalayır və sazişin təsdiq olunmasını, Sazişin bütün bəndlərində göstərilən müddəaları təsdiq və ehtiva edən qərardad çıxarılmasını məhkəmədən xahiş edirlər. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar