Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3481/2022 20.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 560913,26 (beş yüz altmış min doqquz yüz on üç manat iyirmi altı qəpik) manat borc, 272343,99 (iki yüz yetmiş iki min üç yüz qırx üç manat doxsan doqquz qəpik) manat cərimə, 160 (yüz altmış) manat vəkil xərci, 723,26 manat dövlət rüsumu olmaqla, cəmi 834140,51 manat (səkkiz yüz otuz dörd min yüz qırx manat əlli bir qəpik) məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmiş, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin ona aydın olduğunu bildirmişdir. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edilərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsi xahiş edilmişdir. Sözügedən ərizə həm iddiaçı, həm də cavabdeh tərəfindən tərtib edilərək imzalanmışdır. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş 05 sentyabr 2022-ci il tarixli barışıq sazişindən görünür ki:
1. İddiaçı iddia tələbi üzrə bütün cərimə məbləğini, məhkəmə xərclərini (vəkil xərci və dövlət rüsumu) cavabdehə güzəşt edir və həmin məbləğdən qeyd-şərtsiz imtina edir.
2. İddiaçı razılaşır və cavabdeh öhdəsinə götürür ki, bu Sazişin 2-ci bəndində qeyd olunan məbləği müvafiq ayın son iş gününədək aşağıda göstərilmiş qaydada və məbləğdə iddiaçıya ödəyəcək:
Aylar üzrə Əsas borc ƏDV CƏMİ məbləği (AZN) (AZN) (AZN) Sentyabr 2022-ci il 50,000.00 27,577.00 77,577.00 Oktyabr 2022-ci il 85,000.00 33,877.00 118,877.00 Noyabr 2022-ci il 85,000.00 33,877.00 118,877.00 Dekabr 2022-ci il 90,000.00 34,778.00 124,778.00 Yanvar 2023-cü il 86,633.00 34,171.00 120,804.00 CƏMİ: 560,913.00
3. İddiaçı cavabdehin ona ödəməli olduğu pul vəsaitinin 560913 (beş yüz altmış min doqquz yüz on üç) manat məbləğində olmasını təsdiq edir, cavabdehə qarşı yuxarıda göstərilən iddiası üzrə digər tələblərindən imtina edir və bu Saziş imzalandığı tarixədək yaranmış öhdəliklər üzrə cavabdehə qarşı heç bir əlavə tələb irəli sürmür.
4. Cavabdeh tərəfindən ödənişin bu Sazişin 3-cü bəndində göstərildiyi kimi, hər ayın son iş gününədək həyata keçirilməməsi Saziş üzrə öhdəliklərin icra edilməməsi kimi qiymətləndirilir və bu hal iddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır. Eyni zamanda, cavabdeh tərəfindən bu Sazişin 3-cü bəndində göstərilmiş cədvəl üzrə ödənişlər gecikdirildiyi halda iddiaçı cavabdehdən gecikdirilmiş hər bir gün üçün 3-cü bənddə göstərilmiş borc məbləğinin 560913 (beş yüz altmış min doqquz yüz on üç) 0,1 %-i miqdarında cərimə məbləğinin ödənilməsini tələb edə bilər.
5. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.
6. Tərəflər təsdiq edirlər ki, bu Saziş iddiaçının və cavabdehin səlahiyyətli şəxsləri tərəfindən imzalanır.
7. Bu Saziş tərəflərin imzaladığı və Bakı Kommersiya Məhkəməsi tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir və Saziş üzrə öhdəliklər tam həcmdə icra edildiyi tarixədək qüvvədədir.
8. Bu Sazişə bütün əlavə və dəyişikliklər yalnız qarşılıqlı razılaşma əsasında yazılı formada edilə bilər və Tərəflər imzaladıqda qüvvəyə minir.
9. Bu Saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olan 3 (üç) əsl nüsxədə tərtib edilir və Tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanır. Nüsxələrin biri iddiaçıda, ikincisi isə cavabdehdə saxlanılır. Üçüncü nüsxə təsdiq edilməsi üçün Bakı Kommersiya Məhkəməsinə təqdim olunur. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və kommersiya iş üzrə icraata xitam verilsin:
1. İddiaçı iddia tələbi üzrə bütün cərimə məbləğini, məhkəmə xərclərini (vəkil xərci və dövlət rüsumu) cavabdehə güzəşt edir və həmin məbləğdən qeyd-şərtsiz imtina edir.
2. İddiaçı razılaşır və cavabdeh öhdəsinə götürür ki, bu Sazişin 2-ci bəndində qeyd olunan məbləği müvafiq ayın son iş gününədək aşağıda göstərilmiş qaydada və məbləğdə İddiaçıya ödəyəcək:
Aylar üzrə Əsas borc ƏDV CƏMİ məbləği (AZN) (AZN) (AZN) Sentyabr 2022-ci il 50,000.00 27,577.00 77,577.00 Oktyabr 2022-ci il 85,000.00 33,877.00 118,877.00 Noyabr 2022-ci il 85,000.00 33,877.00 118,877.00 Dekabr 2022-ci il 90,000.00 34,778.00 124,778.00 Yanvar 2023-cü il 86,633.00 34,171.00 120,804.00 CƏMİ: 560,913.00
3. İddiaçı cavabdehin ona ödəməli olduğu pul vəsaitinin 560913 (beş yüz altmış min doqquz yüz on üç) manat məbləğində olmasını təsdiq edir, cavabdehə qarşı yuxarıda göstərilən iddiası üzrə digər tələblərindən imtina edir və bu Saziş imzalandığı tarixədək yaranmış öhdəliklər üzrə cavabdehə qarşı heç bir əlavə tələb irəli sürmür.
4. Cavabdeh tərəfindən ödənişin bu Sazişin 3-cü bəndində göstərildiyi kimi, hər ayın son iş gününədək həyata keçirilməməsi Saziş üzrə öhdəliklərin icra edilməməsi kimi qiymətləndirilir və bu hal iddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır. Eyni zamanda, cavabdeh tərəfindən bu Sazişin 3-cü bəndində göstərilmiş cədvəl üzrə ödənişlər gecikdirildiyi halda İddiaçı cavabdehdən gecikdirilmiş hər bir gün üçün 3-cü bənddə göstərilmiş borc məbləğinin 560913 (beş yüz altmış min doqquz yüz on üç) 0,1 %-i miqdarında cərimə məbləğinin ödənilməsini tələb edə bilər.
5. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.
6. Tərəflər təsdiq edirlər ki, bu Saziş iddiaçının və cavabdehin səlahiyyətli şəxsləri tərəfindən imzalanır.
7. Bu Saziş tərəflərin imzaladığı və Bakı Kommersiya Məhkəməsi tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir və Saziş üzrə öhdəliklər tam həcmdə icra edildiyi tarixədək qüvvədədir.
8. Bu Sazişə bütün əlavə və dəyişikliklər yalnız qarşılıqlı razılaşma əsasında yazılı formada edilə bilər və tərəflər imzaladıqda qüvvəyə minir.
9. Bu Saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olan 3 (üç) əsl nüsxədə tərtib edilir və tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanır. Nüsxələrin biri iddiaçıda, ikincisi isə cavabdehdə saxlanılır. Üçüncü nüsxə təsdiq edilməsi üçün Bakı Kommersiya Məhkəməsinə təqdim olunur. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova