Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3483/2025 19.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə üzrə pulun tutulması) X6 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 4299 (dörd min iki yüz doxsan doqquz) manat məbləğində borcuvnə 62.30 (altmış iki manat otuz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 4361.30 (dörd min üç yüz altmış bir manat otuz qəpik) pul vəsaitinin alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“Satıcı”) ilə Cavabdeh MMC (“Alıcı”) arasında xx.xx.2024-cü il tarixli, EC-24/132/D7 nömrəli Məhsul və Xidmətin Alqı-satqı müqaviləsi (bundan sonra – Alqı-satqı müqaviləsi) bağlanmışdır. Müqavilənin Əlavələri olan X1 uyğun olaraq müxtəlif tarixlərdə Cavabdeh tərəfindən verilmiş müvafiq malların və xidmətlərin sifarişləri edilmiş və həmin sifarişlər İddiaçı tərəfindən lazımi qaydada icra edilmişdir. Bu sifarişlərdən biri olan 4 saylı X3 əsasən, ümumi dəyəri (ƏDV daxil) 10,803 manat təşkil edən havalandırma sistemləri və ehtiyat hissələri Cavabdeh şirkət tərəfindən satın alınmışdır. Mallar İddiaçı tərəfindən təhviltəslim aktı və elektron qaimə-faktura sənədləri əsasında lazımi qaydada və yüksək keyfiyyətlə Cavabdehə təqdim edilmişdir. Buna baxmayaraq, Alıcı tərəfindən təhvil alınmış malların qiymətinin 4,299 (dörd min iki yüz doxsan doqquz) manat hissəsi bu günə qədər ödənilməmişdir. Bu ödənişin yerinə yetirilməməsi ilə Cavabdeh MMC, tərəflər arasında bağlanmış Alqı-satqı müqaviləsinin şərtlərini kobud şəkildə pozmuşdur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
6. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
9. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2024-cü il tarixli, EC- 24/132/D7 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən "Satıcı" "Alıcı"-ya onun sifarişi əsasında bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan "X2"-nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə sahib vəziyyətdə olan məhsullar və görülmüş iş (bundan sonra "Mal" və "Xidmət" adlandırılacaq) satır, "Alıcı" isə həmin Malı və Xidməti qəbul edir və bunun müqabilində bu Müqavilə ilə razılaşdırılmış məbləğdə Malın və Xidmətin dəyərini "Satıcı"-ya ödəməyi öz öhdəsinə götürür.. - 2.1-ci bəndinə əsasən mal və Xidmətin qiyməti, ödəniş qaydası və ödəniş müddəti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan "X5" ilə müəyyən edilir. - 3.4.1-ci bəndinə əsasən malı qəbul edib qarşılığında müəyyən edilmiş pul məbləğini (mal və xidmətin qiymətini) bu Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək alıcının vəzifəsidir. - 5.1- ci bəndinə əsasən müqaviləyə əsasən "Alıcı" tərəfindən Mal və Xidmətin dəyərinin ödənilməsi hesab faktura təqdim olunduqdan sonra köçürmə yolu ilə həyata keçirilir. - 5.2 - ci bəndinə əsasən Ödəmələr Azərbaycan Respublikasının milli valyutası olan manatla həyata keçirilir. - 5.3 - cü bəndinə əsasən Mal və Xidmətin dəyərinin ödənilməsi üzrə öhdəliyin icrası günü istirahət və ya bayram gününə düşərsə, ödəmə bu tarixdən sonrakı ilk iş günü həyata keçirilməlidir. - 5.4 cü bəndinə əsasən ödəniş "Alıcı" tərəfindən köçürmə yolu ilə "Satıcı"-nın hesablaşma hesabına daxil olduğu an ödəniş öhdəliyinin icra edilməsi anı hesab olunur. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli X3 əsasən müqavilə üzrə qiymət 10803 manat məbləğində müəyyən edilmişdir.
10. İddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli yerinə yetiirlmiş xidmətlərin təhviltəslim aktı imzalanmışdır.
11. İddiaçı tərəfindən verilmiş borc haqqında arayışa əsasən xx.xx.2025-ci il tarixə cavabdehin iddiaçıya 4299 manat borcu var.
12. İddiaçı tərəfindən cavabdehə MT2406 10602219 nömrəli xx.xx.2024-cü il tarixli 10803 manat məbləğində elektron qaimə göndərilmişdir. V. Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
VI. Məhkəmənin mövqeyi:
15. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
16. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2024-cü il tarixli, EC-24/132/D7 saylı alq-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı sifariş edilmiş malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə İddiaçı MMC-yə borcunun olması iş materiallarına əlavə edilmiş alqı-satqı müqaviləsi, qiymət razılaşdırma protokolu, elektron qaimə və digər sübutlarla sübuta yetirilir.
17. Belə olan halda məhkəmə mübahisəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən 4299 manat tutularaq İddiaçı MMCyə ödənilməlidir.
18. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 62.30 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
19. Məhkəmə hesab edirki, iddia təmin edildiyindən 62.30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 4299 (dörd min iki yüz doxsan doqquz) manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumu kimi 62.30 (altmış iki manat otuz qəpik) manat məbləğ tutularaq iddiaçı "xxxx" MMC -nin xeyrinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
. Hakim Günay Həşimova