Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3485/2024 05.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “dəbbə pulunun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: dəbbə pulu tələbi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsinin iştirakı olmadan, Cavabdehin nümayəndələri Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “dəbbə pulunun tutulması” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 1(001)-184/2021 saylı qanuni qüvvəyə minmiş hökmü ilə xx.xx.2019-cu il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanında yerləşən İddiaçı MMC-yə məxsus İddiaçı Ticarət Mərkəzində sığort hadisəsinin baş verdiyi xx.xx.2019-cu il tarixdən Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən 130 saylı inkasso sərəncamının qoyulduğu xx.xx.2023-cü il tarixədək keçən 3 il 5 ay 9 gün ərzində sığortalıya ödənilməli olan sığorta ödənişinin (1.250.000 manat) gecikdirildiyi təxminən 1226 gün üçün 1.532.500 manat dəbbə pulu cavabdeh "xxxx" ASC-dən alınaraq bizə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 1(001)-184/2021 saylı hökmü ilə xx.xx.2019-cu il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanında yerləşən İddiaçı Ticarət Mərkəzində yanğın hadisəsi baş verməsi, həmin hadisə nəticəsində İddiaçı MMC-yə məxsus İddiaçı Ticarət Mərkəzindəki obyektlərə külli miqdarda ziyan dəyməsi müəyyən edilmişdir. Bununla bağlı, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X3 xx.xx.2023-cü il tarixli Qərarı ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021-038 nömrəli, xx.xx.2021-c il tarixli icra sənədi üzrə İcraata başlamaq haqqında Qərar qəbul etmiş, icra tədbirlərinə başlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Məhəmməd Qaragözov təqdimatla məhkəməyə müraciət edərək İddiaçı MMC-nin "xxxx" ASC-də olan sığorta üçün nəzərdə tutulmuş pul vəsaitinin üzərinə tələb həcmində həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə tələb ödənilmədiyi üçün aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, borclu İddiaçı MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında yerləşən daşınmaz əmlaka dair "xxxx" ASC tərəfindən İcbari Sığorta Şəhadətnaməsi verilərək ******* manat vəsait nəzərdə tutulmuş və həmin şəhadətnamə üzrə vəsaitdən hazırki vaxta qədər heç bir sığorta əməliyyatı aparılmamışdır. Belə olan halda icra sənədi üzrə tələbi təmin etmək məqsədi ilə həmin pul vəsaitinin üzərinə tələb həcmində həbs qoyulması məqsədəmüvafiqdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 8(001)-376/2023 saylı qərardadına əsasən (hakim Etibar Əliyev) icra məmurunun təqdimatı təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin olunması məqsədilə İddiaçı MMC-nin "xxxx" ASCdə olan RAZ********** nömrəli sığorta şəhadətnaməsi üzrə sığorta üçün nəzərdə tutulmuş ******* manat pul vəsaitinin üzərinə həbs qoyulmuşdur. Həmin qərardad xx.xx.2023-cü il tarixdə icra olunması üçün Binəqədi İcra Şöbəsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(103)-172/2023 saylı qərardadına əsasən, "xxxx" ASC-nin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)-376 /2023 saylı qərardadından verdiyi şikayət təmin edilməmiş və qərardad dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra, "xxxx" ASC-nin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Məhəmməd Qaragözovun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə şikayətlə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)-457/2023 saylı qərardadı (hakim İlkin Əliyev) ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Məhəmməd Qaragözovun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə "xxxx" ASC-nin şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(103)-319/2023 saylı qərardadına əsasən (sədrlik edən Azad İmanov), Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)-457/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi sığorta hadisəsi xx.xx.2019-cu il tarixdə baş vermiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 1(001)- 184/2021 saylı icra sənədinin icrasının təmin olunması məqsədilə İddiaçı MMC-nin "xxxx" ASC-də olan RAZ********** nömrəli sığorta şəhadətnaməsi üzrə sığorta üçün nəzərdə tutulmuş üzərinə həbs qoyulmuş ******* manat pul vəsaiti xx.xx.2023-cü il tarixdə icra məmuru M.Qaragözov tərəfindən “borcludan tutulmuş pul məbləğlərinin tələbkarlar arasında bölüşdürülməsi haqqında” qəbul edilmiş qərarla və tələbkarların öz aralarında olan razılığına əsasən ******* manat pul vəsaiti onlar arasında bölünmüşdür. Sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəddir. İş materiallarında olan sığorta şəhadətnaməsindən görünür ki, sığortaçı "xxxx" ASC ilə sığortalı İddiaçı MMC arasında xx.xx.2019- cu il tarixdən xx.xx.2020-ci il tarixədək daşınmaz əmlakın icbari sığorta müqaviləsi üzrə müqavilə münasibətləri olmuş və Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən İddiaçı tikinti materialları bazarının yalnız 2-ci mərtəbəsi(2000 kv.m) ******* manat məbləğində sığorta olunmuşdur.
3. Cavabdehin nümayəndəsinin etirazı onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülki-hüquqi məsuliyyət tədbiridir. Lakin mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur. Başqa sözlə, borclu öhdəliyin pozulmasına görə məsuliyyət daşımadıqda, kreditor dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malik deyil. İşin mübahisəsiz halıdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən xx.xx.2019-cu il tarixində Cavabdeh ASC tərəfindən İddiaçı MMC-yə BA seriyalı, 957787 nömrəli sığorta şəhadətnaməsi blankı verilmək yolu ilə sığorta müqaviləsi bağlanılmışdır. Sığorta şəhadətnaməsinə əsasən Bakı ş., Binəqədi ray., Sulutəpə qəs., ünvanında yerləşən ticarət mərkəzinin 2-ci (ikinci) mərtəbəsinin 2000 (iki min) kv. metr sahəsi qismən sığorta olunmuşdur. Münasibətləri tənzimləyən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən sığortalının vəzifələri aşağıdakılardır: 22.2.5. sığorta hadisəsi hesab edilə bilən hal baş verdikdə, zərərçəkən(lər)ə müvafiq icbari sığorta müqaviləsinin mövcudluğu barədə məlumat vermək; 22.2.7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi yerdə və ya zərər dəymiş əmlakda sığortaçı və ya onun nümayəndəsi və (və ya) digər səlahiyyətli şəxslər onlara baxış keçirənədək heç bir dəyişiklik etməmək; 22.2.8. zərər dəymiş və (və ya) zərər dəyməsinə səbəb olmuş əmlaka baxış keçirilməsi, baş vermiş hadisənin səbəblərinin, nəticələrinin, zərərin dərəcəsi və ya miqdarının araşdırılması üçün imkanları daxilində sığortaçıya şərait yaratmaq, habelə sığorta ödənişi verildikdə və müvafiq hallarda subroqasiya hüququnun həyata keçirilməsi üçün onda olan bütün lazımi sənədləri sığortaçıya təqdim etmək; 22.2.9. baş vermiş, sığorta hadisəsi hesab edilə bilən halla əlaqədar özünə qarşı irəli sürülmüş bütün tələblər və iddialar barədə sığortaçıya məlumat vermək. Bundan başqa qeyd olunur ki, daşınmaz əmlakın zədələnməsi ilə bağlı sığorta ödənişinin verilməsi sözügedən qanunun 17-ci maddəsinə istinadən aşağıdakı sənədlər əsasında həyata keçirilir: 17.1.1. sığorta tələbi; 17.1.1.7. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində dəyən zərərin təsviri və əgər mümkündürsə, ehtimal olunan zərərin məbləği; 17.1.2. sığorta şəhadətnaməsinin surəti; 17.1.3. sığorta şəhadətnaməsində göstərilən əmlakla bağlı mülkiyyət hüququnu, yaxud ondan istifadə və ya ona sərəncam hüququnu təsdiqləyən sənədin surəti; 17.1.4. bu Qanunun Xüsusi bölməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış (o cümlədən elektron formada); 17.1.5. müvafiq hallarda sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı zərərin məbləğini təsdiqləyən sənəd; 17.1.10. faydalanan şəxs fiziki şəxs olduqda onun şəxsiyyət vəsiqəsinin surəti, hüquqi şəxs olduqda isə onun nümayəndəsinə verilmiş müvafiq etibarnamə və həmin nümayəndənin şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18.1 - ci maddəsində qeyd olunub ki, bu Qanunun 17.1 -ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmiakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Həmin qanunun 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1 -ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Yuxarıda sadalanan hüquq normalarının təhlilindən görünür ki, daşınmaz əmlakın icbari sığorta növü üzrə sığorta hadisəsi baş verdikdə sığortalı birinci növbədə hadisə haqqında sığorta şirkətinə məlumat verməlidir, dəymiş zərərin müəyyən ediməsi üçün şərait yaratmalıdır. Daha sonra qanunun 17-ci maddəsində göstərilən sənədlər sığorta şirkətinə təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməlidir. Göstərilən bütün bu mərhələlərin sonunda sığortaçı təqsirli olaraq 7 iş günündən gec olmayaraq sığorta ödənişini vermədiyi halda hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməli olur. Qeyd olunanlara əsasən cavabdeh iddia ərizəsinin rədd olunmasını məhkəmədən xahiş etmişdir.
4. Cavabdehin nümayəndəsinin xx.xx.2024-cü il tarixli iddia müddətinin tətbiqi barədə ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 1 (001 )-184/2021 saylı qanuni qüvvəyə minmiş hökmü ilə xx.xx.2019-cu il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanında yerləşən İddiaçı MMC-yə məxsus İddiaçı Ticarət Mərkəzində sığorta hadisəsinin baş verdiyi xx.xx.2019-cu il tarixdən Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən 130 saylı inkasso sərəncamının qoyulduğu xx.xx.2023-cü il tarixədək keçən 3 il 5 ay 9 gün ərzində sığortalıya ödənilməli olan sığorta ödənişinin (1.250.000 manat) gecikdirildiyi təxminən 1226 gün üçün 1.532.500 manat dəbbə pulunun Cavabdeh ASC-dən alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən dəbbə pulu əsas öhdəliklə sıx bağlıdır və dəbbə pulunun tutulmasına dair tələb hüququ əsas öhdəlik üzrə tələb hüququ ilə eyni vaxtda yaranır. İddiaçı iddia ərizəsini müdafiə edərək göstərmişdir ki, sığorta hadisəsinin baş verdiyi xx.xx.2019-cu il tarixdən 130 saylı inkasso sərəncamının qoyulduğu xx.xx.2023-cü il tarixədək keçən 3 il 5 ay 9 gün ərzində sığortalıya ödənilməli olan pul məbləği qəsdən verilməmişdir. Göründüyü kimi, İddiaçı MMC yanğın hadisəsinin baş verdiyi xx.xx.2019-cu il tarixini sığorta ödənişinin verilməli olduğu müddətin başlanğıcı kimi qəbul edir və inkasso sərəncamının qoyulduğu xx.xx.2023-cü il tarixədək sığorta ödənişinin gecikdirildiyini bildirir. Lakin iddiaçı dəbbə pulu ilə bağlı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu halda belə bir sual yaranır ki, iddiaçı hüququnun pozulduğu gündən 5 (beş) il 1 (bir) ay 10 (on) gün sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçinin nümayəndəsi Nümayəndə1 xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək təqdim etmiş sənədlər əsasında işə mahiyyəti üzrə baxaraq iddianın təmin edilməsi barədə yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 məhəməyə təqdim edilmiş etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizələrin məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi.
5. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
7. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. BA957787 saylı Daşınmaz əmlakın icbari sığortası haqqında şəhadətnaməyə əsasən ünvan 3 ünvanında yerləşən Eurohome tikinti materilları bazarının yalnız ikinci mərtəbəsi 2000 kv.m. xx.xx.2019-xx.xx.2020-ci il aralığında sığortalanmış və sığorta məbləği 1.250.000 manat müəyyən edilmişdir.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)- 184/2021 saylı hökmü ilə X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə; X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və İddiaçı MMC-dən və onun direktorundan baş vermiş yanğın nəticəsində zərərçəkmiş şəslərə müvafiq məbləğlərdə pul vəsaitlərinin ödənilməsi (Təqsirləndirilən şəxslər (mülki cavabdehlər) X8 və X9 və İddiaçı MMC-dən müştərək qaydada 391 891 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X13 ödənilməsi; Təqsirləndirilən şəxslər (mülki cavabdehlər) X8 və X9 və İddiaçı MMC-dən müştərək qaydada 389 974 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X15 ödənilsi; Təqsirləndirilən şəxslər (mülki cavabdehlər) X8 və X9 və İddiaçı MMC-dən müştərək qaydada 135 800 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X4 ödənilməsi; Təqsirləndirilən şəxslər (mülki cavabdehlər) X8 və X9 və İddiaçı MMC-dən müştərək qaydada 193 465 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X17 ödənilsi; Təqsirləndirilən şəxslər (mülki cavabdehlər) X8 və X9 İddiaçı MMC-dən müştərək qaydada 193 909 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X2 ödənilsi; Təqsirləndirilən şəxslər (mülki cavabdehlər) X8 və X9 və İddiaçı MMC-dən müştərək qaydada 324 866 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X10 ödənilsi; Təqsirləndirilən şəxslər (mülki cavabdehlər) X8 və X9 və İddiaçı MMC-dən müştərək qaydada 115 083 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X16 ödənilsi; Təqsirləndirilən şəxslər (mülki cavabdehlər) X8 və X9 və İddiaçı MMC-dən müştərək qaydada 191 704 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X11 ödənilsi; Təqsirləndirilən şəxslər (mülki cavabdehlər) X8 və X9 və İddiaçı MMC-dən müştərək qaydada 107 804.48 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X5 ödənilsi; Təqsirləndirilən şəxslər (mülki cavabdehlər) X8 və X9 müştərək qaydada 40 190 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X6 ödənilsi; Təqsirləndirilən şəxslər (mülki cavabdehlər) X8 və X9 müştərək qaydada 30 534 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X7 ödənilsi hökm edilmişdir.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(001)- 376/2023 saylı qərardadı ilə təqdimat təmin edilmiş və məhkmənin xx.xx.2021-ci il tarixli, 1(001)-184/2021 saylı icra sənədiin icrasının təmin olunması məqsədilə İddiaçı MMC-nin "xxxx" ASC-də olan RAZ********** nömrəli sığorta şəhadətnaməsi üzrə sığorta üçün nəzərdə tutulmuş ******* manat pul vəsaitinin üzərinə həb qoyulması qərara alınmışdır.
11. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır.
12. Belə ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 1(001)-184/2021 saylı hökmü ilə xx.xx.2019-cu il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanında yerləşən İddiaçı Ticarət Mərkəzində yanğın hadisəsi baş verməsi, həmin hadisə nəticəsində İddiaçı MMC-yə məxsus İddiaçı Ticarət Mərkəzindəki obyektlərə külli miqdarda ziyan dəyməsi müəyyən edilmişdir. Bununla bağlı, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X3 xx.xx.2023-cü il tarixli Qərarı ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021-038 nömrəli, xx.xx.2021-c il tarixli icra sənədi üzrə İcraata başlamaq haqqında Qərar qəbul etmiş, icra tədbirlərinə başlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 8(001)-376/2023 saylı qərardadı ilə təqdimat təmin edilmiş və məhkmənin xx.xx.2021-ci il tarixli, 1(001)-184/2021 saylı icra sənədiin icrasının təmin olunması məqsədilə İddiaçı MMC-nin "xxxx" ASC-də olan RAZ********** nömrəli sığorta şəhadətnaməsi üzrə sığorta üçün nəzərdə tutulmuş ******* manat pul vəsaitinin üzərinə həbs qoyulması qərara alınmışdır.
13. Hal-hazırda iddiaçı ödənilmiş sığorta ödənişinin onlara ödənilməsində gecikmələrə yol verildiyi əsası ilə dəbbə pulunun ödənilməsini məhkəmədə mübahisələndirmişdir.
14. Məhkəmə hesablanmış dəbbə məbləği ilə bağlı aşağıdakı məqamları qeyd etməyi zəruri hesab edir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
16. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Həmin Məcəllənin 883.1-ci maddəsində sığorta müqaviləsinin anlayışı açıqlanaraq göstərilir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Mülki Məcəllənin 884.2-ci maddəsinə görə, sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin subyektləridir. Bu Məcəllənin 884.3 və 884.4-cü maddələri sığortaçını və sığortalını sığorta müqaviləsinin tərəfi kimi göstərmişdir.
19. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Sığorta fəaliyyəti haqqında” Qanun) 1-ci maddəsində sığorta hüququnun bir sıra əsas məfhumların anlayışı təsbit edilmişdir. Həmin Qanunun 1.1.3, 1.1.4 və 1.1.5-ci maddələrində sığortaçı - bu Qanun əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda icbari sığorta qanunlarında və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs, sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi, sığorta olunan isə sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs kimi müəyyən edilmişdir.
20. “Sığorta fəaliyyəti haqqında” Qanunun 1.1.14-cü maddəsinə əsasən isə sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir.
21. Mülki Məcəllənin 888.1-ci maddəsinə görə, əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir.
22. Həmin Məcəllənin 888.2-ci maddəsində göstərildiyi kimi, əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır.
23. Sığorta müqaviləsi yazılı və elektron sənəd formasında olur. Mülki Məcəllənin 899.1.1-899.1.3-cü maddələrinə müvafiq olaraq, sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır:
24. - tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə;
25. - müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə;
26. - icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər qaydada.
27. Beləliklə, sığorta şəhadətnaməsi sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd kimi çıxış edir. Bu, həmçinin Mülki Məcəllənin 901.1-ci maddəsinin məzmunundan irəli gəlir. Belə ki, həmin maddəyə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, sığortaçı sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd - sığorta şəhadətnaməsi verməlidir.
28. Mülki Məcəllənin 903.4 və 903.5-ci maddələrinə uyğun olaraq, müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq, yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər. Həmin maddəyə əsasən, hər bir halda, sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.
29. Həmin Məcəllənin 929-cu maddəsinə əsasən, sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.
30. Mülki Məcəllənin sığorta təminatının qüvvədə olduğu dövrü müəyyən edən 906.1-ci maddəsinə görə, icbari sığorta qanunlarında və ya könüllü sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsi halında, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və icbari sığorta qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır.
31. “Sığorta fəaliyyəti haqqında" Qanunun 1.1.18-ci maddəsinə müvafiq olaraq, sığorta müqaviləsinin zəruri şərtlərindən olan sığorta riski sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlikdir.
32. Mülki Məcəllənin 922.1-ci maddəsində sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal kimi göstərilmişdir.
33. Həmin Məcəllənin 924.1-ci maddəsinə əsasən sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir.
34. Həmin Məcəllənin 924.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir.”
35. Həmin Məcəllənin 926.1-ci maddəsinə görə, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
36. Beləliklə, sığorta təminatının müddəti ərzində sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranması ilə şərtlənən sığorta hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən maliyyə kompensasiyası, yəni sığorta ödənişi həyata keçirilir.
37. Mülki Məcəllənin 933.1-ci maddəsinə əsasən sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər.
38. Həmin Məcəllənin 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.
39. Həmin Məcəllənin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
40. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır.
41. Həmin Qanunun 17.1.4ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış (o cümlədən elektron formada); ...”
42. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.
43. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
44. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən bu Qanunda müəyyən edilmiş subroqasiya hüququnun əsaslarına aid olan hallar istisna edilməklə, sığorta ödənişindən imtinanın Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı icbari sığorta müqavilələri üzrə aşağıdakı hallarda da sığorta ödənişi verilmir. 21.1.5. bu Qanunun 36.3-cü maddəsində nəzərdə tutulmuş hallarda.
45. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur: 36.3.1. sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər.
46. Məhkəmə hesab edir ki, iddiaçının dəlillərinin ətraflı araşdırılması məqsədilə icbari sığorta qanunvericiliyinin müvafiq normaları işin mübahisə olunmayan halları ilə birlikdə qarşılıqlı şəkildə təhlil olunmalıdır.
47. “İcbari sığortalar haqqında” Qanunun 18-ci maddəsində qeyd olunub ki, bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.
48. Normanın məzmunundan da göründüyü kimi, sığortaçı tərəfindən sığorta ödənişinin verilməsi və ya bundan yazılı şəkildə imtina edilməsi üçün nəzərdə tutulmuş müddətin (7 iş günü) axımı təqdim edilməli olan sənədlərdən məhz sonuncusunun verildiyi andan başlanır.
49. Lakin hazırkı iş üzrə iddiaçı tərəfin belə sığorta ödənişinin ödənilməsi ilə bağlı cavabdeh sığorta şirkətinə hər hansı müraciət işdən müəyyən olunmur. Bundan əlavə baş vermiş yanğın hadisədində də iddiaçı MMC-nin təqsirli hesab olunması və zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi halı da məhkəmə hökmü ilə müəyyən edilmişdir.
50. Qeyd olunanlardan göründüyü kimi iddiaçının cavabdehdən gecikdirilmiş sığorta məbləğinə görə dəbbə pulunu tələb etmədən öncə sığorta məbləğinin ödənilməsi ilə bağlı müraciət etmiş olması, qanunvericilikdə həmin sənədləri təqdim edilmiş olması və digər hal isə həmin zərərdə təqsirsizliyi sübuta yetirilməsi halı mövcud olmalı olduğu halda, bu hallar olmamış və yekun olaraq iddiaçı hüquqi şəxs baş vermiş yanğında təqsirli hesab olunmuşdur.
51. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, iddiaçının mübahisələndiridiyi dəbbə pulu məbləği sığorta ödənişlərinin gecikdirilməsi halı ilə bağlı nəzərdə tutulmuşdur. Halbuki hazırkı işin mübahisə edilməyən hallarından göründüyü kimi cavabdeh sığorta şirkətində olan məbləğ iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada irəli sürdüyü iddiaçıya ödənilməli olan sığorta məbləği kimi deyil, məhkəmə aktının (hökmünün) məcburi icrası istiqamətində müvafiq icra qurumu tərəfindən görülmüş tədbirlər nəticəsində tutulmuşdur.
52. İcra haqqında Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: - 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; - 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; - 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; - 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; - 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər.
53. Qeyd olunan maddi hüquq normalarından və iş materiallarından göründüyü kimi iddiaçının hazırkı iddia tələbi ilə “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun və Mülki Məcəllənin sığorta ödənişləri bağlı normaları əsasında cavabdeh qurumdan hər hansı sığorta ödənişinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi tələbini irəli sürməsi qanunsuz və əsassızdır, buna görə də təmin edilə bilməz.
54. Qeyd edilənlərdən əlavə, məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə dair hüquqi dəyərləndirmə apararaq hesab edir ki, sığorta şirkətinin ərizəsi də əsaslıdır.
55. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
56. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
57. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
58. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.”
59. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
60. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
61. Göründüyü kimi, İddiaçı MMC yanğın hadisəsinin baş verdiyi xx.xx.2019-cu il tarixini sığorta ödənişinin verilməli olduğu müddətin başlanğıcı kimi qəbul edir və inkasso sərəncamının qoyulduğu xx.xx.2023-cü il tarixədək sığorta ödənişinin gecikdirildiyini bildirir. Lakin iddiaçı dəbbə pulu ilə bağlı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu halda iddiaçı hüququnun pozulduğu gündən 5 (beş) il 1 (bir) ay 10 (on) gün sonr məhkəməyə müraciət etmiş və qanunvericlikdə müqavilələr üzrə nəzərdə tutulmuş 3 illik müddəti ötürmüşdür.
62. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2-ci maddə).
63. Göründüyü kimi iddiaçı iddia ərizəsində bir sıra dəlillər irəli sürməsi, həmin faktlarını məhkəmədə sadəcə şifahi (heç bir sübut təqdim edilmədən) müdafiə etməsi, onun hazırkı mübahisə predmeti üzrə haqlı olması anlamına gəlməməlidir.
64. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.
65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
66. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
67. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
68. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
69. Məhkəmə hesab edir ki, iddia tələbi tam rədd olunduğu üçün işə baxılması ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçı tərəfin özünə aid edilməlidir.
70. Nəticə:
71. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
Q Ə T E T D İ:
İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 1(001)-184/2021 saylı qanuni qüvvəyə minmiş hökmü ilə xx.xx.2019-cu il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanında yerləşən İddiaçı MMC-yə məxsus İddiaçı Ticarət Mərkəzində sığort hadisəsinin baş verdiyi xx.xx.2019-cu il tarixdən Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən 130 saylı inkasso sərəncamının qoyulduğu xx.xx.2023-cü il tarixədək keçən 3 il 5 ay 9 gün ərzində sığortalıya ödənilməli olan sığorta ödənişinin (1.250.000 manat) gecikdirildiyi təxminən 1226 gün üçün 1.532.500 (bir milyon beş yüz otuz iki min beş yüz) manat dəbbə pulunun cavabdeh "xxxx" ASC-dən alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova