Məhkəmə qərarları › İş №e-2-2(113)-3487/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3487/2022

15.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3487/2022 15.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 iyul 2021-ci il tarixli xx/xx/2021İT saylı malların alqı-satqısı müqaviləsi üzrə 4130 manat borcun, hüquqi yardıma görə 500 manat, 60 manat mediasiya xidməti haqqının və məhkəmə rüsumu kimi ödənilmiş 66 manat pul vəsaitinin Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddiaçı MMC-nin direktoru Abdullaeyv Elbrus məhkəməyə xx.xx.2022-ci il tarixli İT 36/22 nömrəli ərizə ünvanlamış və iddia tələbindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsində göstərilir ki, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsində göstərilir ki, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsində göstərilir ki, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin iddiadan imtina etməsi onların sərbəst iradə ifadəsini əks etdirir və həmin imtinanın məhkəmə tərəfindən qəbul edilməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Odur ki, İddiaçı MMC-nin iddiadan imtina etməsi qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Hazırki iş üzrə icraata xitam verilməli olduğundan 07 manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı 13 iyun 2022-ci il tarixli, ********* nömrəli qəbz İddiaçı MMC-yə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə İddiaçı MMC-nin iddiadan imtina etməsi qəbul olunsun və hazırki iş üzrə icraata xitam verilsin. 07 manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı 13 iyun 2022-ci il tarixli, ********* nömrəli qəbz İddiaçı MMC-yə geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar