Məhkəmə qərarları › İş №e-2-2(113)-3487/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3487/2025

10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3487/2025 10.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC -yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, malları göndərmə müqaviləsi, dəbbə pulu, illik 5%) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borc tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı "Royal Foods” MMC iddia tələbi daha sonra iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 28862 manat məbləğində pul, ödənilmiş 211,85 manat dövlət rüsumunun, hüquqi xidmət haqqına 500 manat məbləği, gecikdirilmiş vaxt üçün illik beş faizi tətbiq etməklə müəyyən olunan 1356,12 manat pulun, xx.xx.2023-cü il tarixli, RF 21-23 nömrəli Alqı-satqı müqaviləsinin 3.2-ci bəndinə uyğun icranın gecikmə müddəti üçün hesablanmış 9899,67 manat məbləğində penyanın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bir tərəfdən İddiaçı MMC-nin direktoru X2 şəxsində, digər tərəfdən Cavabdeh MMC-nin direktoru X1 şəxsində xx.xx.2023-cü il tarixli, RF 21-23 nömrəli Alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilənin 1-ci fəslinə əsasən, satıcı müqavilənin 2-ci fəslində göstərilən malı alıcının mülkiyyətinə verməyi,alıcı isə bunun müqabilində malı qəbuledib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci fəslinə əsasən, bu müqaviləyə əsasən alqı-satqı obyekti olan malın adı və miqdarı fakturaya əsasən müəyyən olunur. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqavilə üzrə malın qiyməti fakturaya əsasən müəyyən olunur. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən, Alıcı malın dəyərinin ödənilməsini özündən müvafiq bank qeydlərini əks etdirən köçürmə sənədləri ilə və nəğd ödəməni təsdiq edən hər hansı sənədlə təsdiq etməlidir. Alıcı malların dəyərini nəğdsiz qaydada ödədiyi halda, köçürmə sənədlərində malların ona aid olmasının əsası olan qaimə-fakturanın tarixini və nömrəsini göstərməlidir. İddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə qədər əməkdaşlıq mövcud olmuş və bu dövrdə alqısatqı müqaviləsinə uyğun olaraq göndərilmiş məhsulların ümumi dəyəri 90719,21manat təşkil etmişdir. Cavabdeh tərəfindən isə 10695,68 manat dəyərində malları geri qaytarmış, ümumilikdə cavabdeh tərəfindən ödənilən məbləğ 51681,81 (ədv daxil olmaqla) manat olmuşdur. Cavabdehin iddiaçıya olan 03 mart 2025-ci il tarixinə hazırki borcu 28862 manat təşkil edir.Nəzərinizə çatdırmaq istəyirəm ki, iddiaçı tərəfindən tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtələrindən irəli gələn bütün öhdəliklər yerinə yetirilərək verilməli olan mal bütün dövr ərzində lazımı qaydada təhvil edilmişdir. Buna baxmayaraq, cavabdeh öz öhdəliklərini tam şəkildə yerinə yetirməmiş və alqı-satqı müqaviləsi üzrə ödəməli olduğu pul məbləğini tam şəkildə ödəməmiş və eyni zamanda da öhdəliyinin icrasını gecikdirmişdir. Cavabdehin öhdəliyin icrasının gecikdirilməsinə yönəlik hərəkətlərison nəticədə iddiaçının mülki hüquqlarının pozulması ilə nəticələnmişdir. cavabdehin iddiaçıya olan 03 mart 2025-ci il tarixinə hazırki borcu 28862 manat təşkil edir. İddiaçı tərəfindən tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtlərindən irəli gələn bütün öhdəliklər yerinə yetirilərək verilməli olan mal bütün dövr ərzində lazımı qaydada təhvil edilmişdir. Buna baxmayaraq, cavabdeh öz öhdəliklərini tam şəkildə yerinə yetirməmiş və alqı-satqı müqaviləsi üzrə ödəməli olduğu pul məbləğini tam şəkildə ödəməmiş və eyni zamanda da öhdəliyinin icrasını gecikdirmişdir. Cavabdehin öhdəliyin icrasının gecikdirilməsinə yönəlik hərəkətləri son nəticədə iddiaçının mülki hüquqlarının pozulması ilə nəticələnmişdir. İş üzrə cavabdehin bağlanmış alqı-satqı müqaviləsi üzrə müəyyən edilmiş məbləği gecikdirmədən ödəmək öhdəliyi cavabdehin alqı-satqı müqaviləsi əsasında əmələ gəlmiş vəzifəsindən irəli gəlir. Belə ki, tərəflər arasında bağlanmış alqısatqı müqaviləsinin 3.2-ci bəndində qeyd edilir ki, malın dəyəri nəğdsiz qaydada satıcının hesabına ödənilir və ödəniş malın müvafiq sənədlər əsasında təqdim olunduğu gündən 10 gün ərzində həyata keçirilməlidir. Müstəsna hallarda tərəflərin qarşılıqlı razılığına əsasən ödəniş malın alıcı tərəfindən faktiki realizə olunduğu tarixdə, lakin malın ona təqdim olunduğu tarixdən 30 gün müddətindən gec olmamaqla həyata keçirilə bilər. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən, Alıcı malın dəyərinin ödənilməsini özündən müvafiq bank qeydlərini əks etdirən köçürmə sənədləri ilə və nəğd ödəməni təsdiq edən hər hansı sənədlə təsdiq etməlidir. Alıcı malların dəyərini nəğdsiz qaydada ödədiyi halda, köçürmə sənədlərində malların ona aid olmasının əsası olan qaimə-fakturanın tarixini və nömrəsini göstərməlidir. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən,əgər Alıcı ona Satıcı tərəfindən təqdim olunmuş bu müqavilənin 3.2-ci bəndindən nəzərdə tutulmuş müddətdə malın dəyərini ödəməzsə, hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğım 0.1% miqdarımda penya ödəməlidir. Bundan əlavə, Satıcı Alıcıya xəbərdarlıq etmədən əsas borc və hesablanmış penya tam ödənilənədək bu müqaviləyə xitam verə bilər. İddiaçı şirkətin direktoru X2 şəxsində, digər tərəfdən Cavabdeh MMC-nin direktoru X1 şəxsində bağlanmış xx.xx.2023-cü il tarixli, RF 21-23 nömrəli Alqı-satqı müqaviləsinin 3.2-ci bəndində qeyd edilir ki, malın dəyəri nəğdsiz qaydada satıcının hesabına ödənilir və ödəniş malın müvafiq sənədlər əsasında təqdim olunduğu gündən 10 (on) gün ərzində həyata keçirilməlidir. Nəzərinizə çatdırmaq istəyirəm ki, iddiaçı "xxxx" MMC tərəfindən tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtələrindən irəli gələn bütün öhdəliklər yerinə yetirilərək verilməli olan mal bütün dövr ərzində lazımı qaydada təhvil verilsə də, Cavabdeh MMC öz öhdəliklərini tam şəkildə yerinə yetirməmiş və alqı-satqı müqaviləsi üzrə ödəməli olduğu pul məbləğini tam şəkildə ödəməmiş və eyni zamanda da öhdəliyinin icrasını gecikdirmişdir. Cavabdeh MMC-nin öhdəliyin icrasının gecikdirilməsinə yönəlik hərəkətləri son nəticədə iddiaçının mülki hüquqlarının pozulması ilə nəticələnmişdir.Beləliklə, hal-hazırda cavabdehin iddiaçıya olan 13 iyun 2025-ci il tarixinə borcu 28.862 manat təşkil edir.Məlumdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icram gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.Belə ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh MMCyə sonuncu dəfə xx.xx.2024-cü il tarixli, **********9 nömrəli Malların Təhvil-Qəbul Aktına görə, ümumilikdə 388,80 manat (ƏDV daxil) dəyərində mallar təhvil verilmişdir. Lakin cavabdeh Alqı-satqı müqaviləsinin 3.2-ci bəndinin tələbini pozaraq həmin Malların Təhvil- Qəbul Aktı ilə mallar təqdim olunduğu gündən 10 gün ərzində ödəniş etməmişdir. Bu səbəbdən Cavabdeh MMC tərəfindən icranın gecikdirilməsinin başlanğıc tarixi xx.xx.2024cü il tarixindən, 10 gün müddətindən sonra, xx.xx.2024-cu il tarixindən sonrakı gün xx.xx.2024-cu il tarixi hesab olunur.Həmçinin diqqətinizə çatdırım ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh MMC-nin ünvanına xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli pretenziya məktubları göndərilərək yaranmış borcun ödənilməsi üçün daha 10 gün müddət müəyyən olunsa, bu müddət ərzində də Cavabdeh MMC borcun ödənilməsi istiqamətində hər hansı bir addım atmamış, öhdəliyinin icrasının gecikdirilməsini davam etdirmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.1, 443.2, 443.5, 445.1, 445.2, 445.2.2, 445.3, 445.7-cü maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, əlavə olaraq bildirmişdir ki, aktları qarşı tərəfin məsul şəxsləri imzalamışdır. Tərəflər arasında bu müqavilədən öncə də əməkdaşlıq münasibətləri olmuşdur. Qalıq məbləğ ola bilsin ki maddi cəhətdən sıxıntı çəkdikləri üçün ödənilməmiş məbləğdir. Qarşı tərəf iş məhkəmənin icraatında olarkən iddiaçı tərəflə 2 dəfə əlaqə saxlayaraq ödənişləri edəcəklərini bildirmişdir. Həmçinin müəyyən mallar onlara qaytarılmışdır. Qaytarılması barədə qarşı tərəfdə sübut olmasa da, onlar vicdanlılıq prinsipinə əsasən tərəfdən əlavə ödənişlər tələb etmirlər. Sonda məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RF 21- 23 nömrəli Alqı-satqı müqaviləsinə əsasən satıcı müqavilənin 2-ci fəslində göstərilən malı alıcının mülkiyyətinə verməyi,alıcı isə bunun müqabilində malı qəbuledib əvəzində müəyyən edilmiş pulməbləğini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən Bu müqavilə üzrə malın qiyməti fakturaya əsasən müəyyən olunur. Müqavilənin 3.2-ci bəndinə əsaəsn malın dəyəri nəğdsiz qaydada satıcının hesablaşma hesabına ödənilir və ödəniş malın müvafiq sənədlər əsasında təqdim olunduğu gündən 10 (on) gün ərzində həyata keçirilməlidir. Müstəsna hallarda tərəflərin qarşılıqlı razılığına əsasən ödəniş malın alıcı tərəfindən faktiki realizə olunduğu tarixdə, lakin malın ona təqdim olunduğu tarixdən 30 (otuz) gün müddətindən gec olmamaqla həyata keçirilə bilər. Müqavilənin 5.2-ci bəndinə əsasən əgər Alıcı ona Satıcı tərəfindən təqdim olunmuş bu Müqavilənin 3.2 bəndindən nəzərdə tutulmuş müddətdə malın dəyərini ödəməzsə, hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0,1% miqdarında penya ödəməlidir. Bundan əlavə, Satıcı Alıcıya xəbərdarlıq etmədən əsas borc və hesablanmış penya tam ödənilənədək bu müqaviləyə xitam verə bilər. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC -nin Cavabdeh MMC -yə xx.xx.2025-ci il tarixinə olan əsas borcu 28862 manat, penya 9899,67 manat, illik 5% ilə hesablanmış pul vəsaiti 1356,12 manat, cəmi 40829,64 manat təşkil edir. EBDR seriyalı, 684460 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 636,26 manat, EBDR seriyalı, 684040 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 4742,88 manat, EBDT seriyalı, 817575 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2508,79 manat MT2403 seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 622,43 manat MT2403 seriyalı, 00212251 nömrəli, xx.xx.2024cü il tarixli elektron qaiməyə əsasən 2780,82 manat, MT2403 seriyalı, 00212443 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 70,24 manat MT2403 seriyalı, 00213490 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 1816,73 manat MT2404 seriyalı, 00026231 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 4333,83 manat MT2405 seriyalı, 11176087 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 3462,13 manat MT240S seriyalı, 11176082 nömrəLi, xx.xx.2024 cü il tarixli elektron qaiməyə əsasən 2284,98 manat MT2406 seriyalı, 11546441 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 162,23 manat MT2406 seriyalı, 11544939 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 2687,55 manat MT2406 seriyalı, 11545080 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 388,79 manat MT2406 seriyalı, 11546371 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 1848,75 manat dəyərində mallar İddiaçı MMC tərəfindən İddiaçı MMC -yə ödənilməsi üçün təqdim edilmişdir. İddiaçı MMC xx.xx.2023-cü il tarixli, **********0 nömrəli malların təhvil-təslim aktına əsasən ümumilikdə 636,25 manat (ƏDV daxil); xx.xx.2023-cü il tarixli, **********9 nömrəli malların təhvil-təslim aktına əsasən ümumilikdə 4742,89 manat (ƏDV daxil); xx.xx.2023-cü il tarixli, **********6 nömrəli malların təhvil-təslim aktına əsasən ümumilikdə 2599,02 manat (ƏDV daxil); xx.xx.2024-cü il tarixli, təhvil-təslim aktına əsasən ümumilikdə 2780,84 manat (ƏDV daxil); xx.xx.2024-cü il tarixli, **********6 nömrəli təhvil-təslim aktına əsasən ümumilikdə 622,44 manat (ƏDV daxil); xx.xx.2024-cü il tarixli, **********2 nömrəli malların təhvil-təslim aktına əsasən ümumilikdə 2115,84 manat (ƏDV daxil); xx.xx.2024-cü il tarixli, **********3 nömrəli Malların təhvil-təslim aktına əsasən ümumilikdə 176,71 manat (ƏDV daxil);xx.xx.2024-cü il tarixli, **********1 nömrəli malların təhvil-təslim aktına əsasən ümumilikdə 4353,52 manat (ƏDV daxil); xx.xx.2024-cü il tarixli, **********3 nömrəli malların təhvil-təslim aktına əsasən ümumilikdə 3462,14 manat (ƏDV daxil); xx.xx.2024-cü il tarixli, **********4 nömrəli malların təhvil-təslim aktına əsasən ümumilikdə 2284,99 manat (ƏDV daxil); xx.xx.2024-cü il tarixli, **********6 nömrəli malların təhvil-təslim aktına əsasən ümumilikdə 1848,75 manat (ƏDV daxil);xx.xx.2024-cü il tarixli, **********7 nömrəli malların təhvil-təslim aktına əsasən ümumilikdə 162,24 manat (ƏDV daxil); xx.xx.2024-cü il tarixli, **********8 nömrəli malların təhvil-təslim aktına əsasən ümumilikdə 2687,57 manat (ƏDV daxil); xx.xx.2024-cü il tarixli, **********9 nömrəli malların təhvil-təslim aktına əsasən ümumilikdə 388,80 manat (ƏDV daxil) məbləğində olan məhsulları Cavabdeh MMC-yə təhvil vermişdir. xx.xx.2023-cü il 000İPX********** saylı ödəniş tapşırığına əsasən 4237,29 manat, xx.xx.2023-cü il 000İPX123157177E saylı ödəniş tapşırığına əsasən 4237,29 manat, xx.xx.2023-cü il 000İPX1232582B23 saylı ödəniş tapşırığına əsasən 4745,76 manat, xx.xx.2023-cü il 000İPX123198385C saylı ödəniş tapşırığına əsasən 1694,92 manat, xx.xx.2023-cü il 000İPX1232613AFD saylı ödəniş tapşırığına əsasən 3701,2 manat, xx.xx.2023-cü il 000İPX1232790E29 saylı ödəniş tapşırığına əsasən 635 manat, xx.xx.2023-cü il OOOİPX123279171F saylı ödəniş tapşırığına əsasən 3880,71 manat, xx.xx.2023-cü il 000İPX123292740C saylı ödəniş tapşırığına əsasən 302,81 manat, xx.xx.2023-cü il 000İPX123292740D saylı ödəniş tapşırığına əsasən 674,72 manat xx.xx.2023-cü il 000İPX123292740E saylı ödəniş tapşırığına əsasən 2022,47 manat xx.xx.2023-cü il 000İPX12329939FB saylı ödəniş tapşırığına əsasən 62 manat xx.xx.2023-cü il 000İPX12329939F8 saylı ödəniş tapşırığına əsasən 368,27 manat xx.xx.2023-cü il 000İPX********** saylı ödəniş tapşırığına əsasən 3129,05 manat xx.xx.2023-cü il 000İPX********** saylı ödəniş tapşırığına əsasən 2126,09 manat xx.xx.2024-cü il 000İPX1240732A4B saylı ödəniş tapşırığına əsasən 2450,53 manat xx.xx.2024-cü il OOOİPX124087CO3C saylı ödəniş tapşırığına əsasən 3896,24 manat xx.xx.2024-cü il 000İPX124088043D saylı ödəniş tapşırığına əsasən 3091,38 manat xx.xx.2024-cü il 000İPX********** saylı ödəniş tapşırığına əsasən 2542,4 manat Cavabdeh MMC tərəfindən İddiaçı MMC -yə məbləğində ödəniş olunmuşdur. İddiaçı MMC tərəfindən təqdim edilmiş cədvəldə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi müxtəlif tarixlərdə ümumi olaraq 90719,12 manat məbləğində göndərilmiş məhsulların dəyəri İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. İddiaçı MMC tərəfindən təqdim edilmiş cədvəldə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi müxtəlif tarixlərdə vurulmuş e-qaimələrə əsasən cəmi 10695,68 manat dəyərində mallar Cavabdeh MMC tərəfindən geri qaytarıldığı qeyd edilmişdir. Cavabdeh MMC xx.xx.2023-cü il tarixdə Azərbaycan Beynəlxalq Bankı vasitəsilə 5000 manat, xx.xx.2023-cü il tarixdə 5000 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 5600 manat;xx.xx.2023-cü il tarixdə 4367,42 manat, xx.xx.2023-cü il tarixdə 749,30 manat, xx.xx.2023-cü il tarixdə 4579,24 manat, xx.xx.2023-cü il tarixdə 357,32 manat, xx.xx.2023-cü il tarixdə 796,17 manat, xx.xx.2023-cü il tarixdə 2386,51 manat, xx.xx.2023-cü il tarixdə Paşa Bank vasitəsilə 3692,28 manat, xx.xx.2023-cü il tarixdə 434,56 manat, xx.xx.2023-cü il tarixdə 73,16 manat, xx.xx.2023-cü il tarixdə 2508,79 manat, xx.xx.2024-cü il tarixdə Azərbaycan Beynəlxalq Bankı vasitəsilə 2891,63 manat, xx.xx.2024-cü il tarixdə 4597,56 manat, xx.xx.2024-cü il tarixdə 3647,83 manat, xx.xx.2024-cü il tarixdə 3000,03 manat ödənişlər edilmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı MMC ilə Nümayəndə1 arasında hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanılmışdır. MT2553 seriyalı, 10572169 nömrəli, xx.xx.2025-cİ il tarixli elektron qaiməyə əsasən xx.xx.2025-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən 500 manat məbləğ “Fides”Vəkil Bürosu tərəfindən İddiaçı MMC -yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2025-ci il ödəniş tapşırığına əsasən Royal Foods” MMC tərəfindən “Fides”Vəkil Bürosunun hesabına 500 manat məbləğində ödəniş olunmuşdur. İddiaçı MMC tərəfindən Cavabdeh MMC -yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubunda 28323,31 manat borcun 10 (gün) iş günü ərzində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 35 manat, xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 177 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdehlə aralarında imzalanmış müqavilələrə uyğun olaraq müvafiq həcmdə məhsulları təhvil vermiş, lakin cavabdeh müqavilələr üzrə öhdəliyini yerinə yetirməyərək aldığı məhsulların dəyərini müəyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (təhvil-təslim aktları və elektron qaimələr və s.) öz təsdiqini tapmışdır. Cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilələr üzrə öhdəliklərini icra etmədiyini, yəni aldığı malların dəyərindən 28862 manat pul məbləğini ödəmədiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını, satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, 28862 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən xx.xx.2023-cü il tarixli, RF 21-23 saylı alqısatqı müqaviləsi üzrə 9899,67 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq xx.xx.2023-cü il tarixli, RF 21-23 saylı alqı-satqı müqaviləsi üzrə 1450 manat müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, malların dəyərinin ödənilməsini xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək 343 gün gecikdirdiyinə görə iddiaçının borca hesablanmış illik beş faiz vəsait ödənilməsini tələb etmək hüququ vardır. Buna görə də iddia həmin hissədə də təmin olunmalı və cavabdehdən həmin müqavilə üzrə illik 5% ilə hesablanmış (28862x5%x343gün/365) 1356,12 manat məbləğində vəsait tutulmalıdır. Məhkəmə iddianın qismən təmin edildiyini, vəkil xərcinin ağlabatan olduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş 211,85 manat dövlət rüsumunun 185 manat məbləğində hissəsi, həmçinin hüquqi yardıma görə ödənilmiş 500 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh MMC-dən 28862 manat əsas borc, 1450 manat cərimə, illik 5 faiz məbləğində hesablanmaqla 1356,12 manat pul vəsaiti, ümumilikdə 31668 (otuz bir min altı yüz altmış səkkiz) manat 12 (on iki) qəpik borc, ödənilmiş hüquqi yardıma görə 500 (beş yüz) manatın və ödənilmiş dövlət rüsumunun 185 (yüz səksən beş) manatının əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar