Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3489/2021 31.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X1 Fərzalı oglunun katibliyi ilə, İddiaçının qanuni təmsilçisi X2 oglunun, İddiaçının nümayəndəsi və vəkili X3 oglunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən 39800 manat məbləğində xidmət haqqı və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 39830 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi tələbinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 39800 manat məbləğində xidmət haqqı və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 39830 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında 01.04.2020ci il tarixdə AVC/01-20 saylı məsləhət və nəzarət xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1.1 və 1.2-ci bəndlərinə əsasən İcraçı (İddiaçı MMC) müəyyən etdiyi əməkdaşını və ya müəyyən etdiyi üçüncü şəxsi Sifarişçinin inzibati heyətinin yerləşdiyi yerdə daimi yerləşdirmək, habelə zərurət olduqda digər əməkdaşlarla rabitə əlaqəsi vasitəsilə həmin xidmətlərin göstərilməsini, Sifarişçi (Cavabdeh MMC) isə İcraçı tərəfindən inzibati heyətin olduğu yerdə yerləşdirilmiş işçini bütün zəruri vasitələrlə təchiz etməyi və göstərilən xidmətlərin müqabilində bu Müqavilə ilə müəyyənləşdirilmiş məbləği müəyyən olunmuş müddət ərzində ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda sözügedən Müqavilənin 4.1, 4.3, 4.4, 5.1 və 6.3-cü bəndlərinə əsasən tərəflərin razılığına əsasən müqavilədə nəzərdə tutulan xidmətlərin dəyəri aylıq 6330 manat məbləğində müəyyən edilir. Sifarişçi müqavilədə nəzərdə tutulan məbləği xidmətlər bitdikdən, təhvil-təslim aktı və müvafiq qanunvericiliyə uyğun tələb olunan digər sənədlər imzalandıqdan sonra İcraçının təqdim etdiyi hesab-fakturaya əsasən hər hansı uyğunsuzluq aşkarlanmadığı halda 5 (beş) iş günü ərzində nağdsız formada onun bak hesabına ödəməlidir. İcraçı tərəfindən təqdim edilən hesablaşma və təhvil-təslim sənədlərində hər hansı bir uyğunsuzluq aşkar edilərsə, Sifarişçi bu barədə İcraçıya uyğunsuzluğun aşkar edildiyi gündən 2 (iki) iş günü ərzində yazılı və ya şifahi olaraq məlumat verməlidir. Müqavilə Tərəflər imzaladığı andan hüquqi qüvvəyə minir və 1 (bir) il müddətinə etibarlıdır. Təhvil-təslim aktını və digər müvafiq sənədləri alan Sifarişçinin sənədlərdə qeyd edilənlərlə bağlı heç bir etirazı olmazsa, sənədləri imzalayıb bir nüsxəsini 2 (iki) iş günü ərzində İcraçıya qaytarmalıdır. Sifarişçi etirazı sənədlərin ona təqdim edildiyi gündən etibarən İcraçıya 2 (iki) iş günü ərzində bildirməzsə, xidmətlər qəbul edilmiş hesab edilir və İcraçı Sifarişçidən bu Müqavilə ilə müəyyənləşdirilmiş məbləğ tələb edə bilər. Cavabdeh ilə iddiaçı arasında 01.04.2020-ci il tarixdə AVC/01-20 saylı məsləhət və nəzarət xidmətlərinin göstərilməsi barədə müqavilə üzrə öhdəliklər İcraçı tərəfindən tam həcmdə lazımınca yerinə yetirilmiş və bu fakt tərəflərin imzaladığı təhvil-təslim aktları ilə öz təsdiqini tapmışdır. Adıçəkilən müqavilə üzrə Sifarişçi tərəfindən onun üzərinə düşən öhdəliklər lazımınca yerinə yetirilməmişdir. Belə ki, müqavilə üzrə xidmətlər hər ay İcraçı tərəfindən tam şəkildə hər hansı bir qüsur olmadan həyata keçirilərək Sifarişçiyə təhvil verilsə də, Sifarişçi müqavilənin 4.3-cü bəndində nəzərdə tutulmuş müddətdə və qaydada aylıq xidmət haqqı məbləğini İcraçıya ödəməmiş, bununla da müqavilə üzrə öhdəliyinin icrasını gecikdirmişdir. Müqavilə üzrə Sifarişçi tərəfindən İcraçıya 2020-ci ilin iyul ayında göstərilən xidmətlər üçün aylıq xidmət haqqı məbləğinin 4510 manat hissəsi ödənilmiş, 2020-ci ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr və 2021-ci ilin yanvar aylarında göstərilən xidmətlər üçün aylıq xidmət haqları ümumiyyətlə ödənilməmişdir. Müqavilə üzrə Sifarişçinin İcraçıya 21.05.2021-ci il tarixə ödəməli olduğu xidmət haqqı məbləği 39800 manat təşkil edir. İddiaçının nümayəndəsi və vəkili X3 oglu məhkəmə iclasında iddia ərizəsinin məzmununa uygun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında baglanmış 01.04.2020-ci il tarixdə AVC/01-20 saylı məsləhət və nəzarət xidmətlərinin göstərilməsi barədə müqavilədən görünür ki, İcraçı (İddiaçı MMC) müəyyən etdiyi əməkdaşını və ya müəyyən etdiyi üçüncü şəxsi Sifarişçinin inzibati heyətinin yerləşdiyi yerdə daimi yerləşdirmək, habelə zərurət olduqda digər əməkdaşlarla rabitə əlaqəsi vasitəsilə həmin xidmətlərin göstərilməsini, Sifarişçi (Cavabdeh MMC) isə İcraçı tərəfindən inzibati heyətin olduğu yerdə yerləşdirilmiş işçini bütün zəruri vasitələrlə təchiz etməyi və göstərilən xidmətlərin müqabilində bu Müqavilə ilə müəyyənləşdirilmiş məbləği müəyyən olunmuş müddət ərzində ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə nəzərdə tutulan xidmətlərin dəyəri aylıq 6330 manat məbləğində müəyyən edilmişdir. Xidmətlərin təhvil təslimi haqqında 7 ədəd aktlardan görünür ki, iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlərin ümumi dəyəri 44310 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 01.04.2020-ci il tarixdə AVC/01-20 saylı məsləhət və nəzarət xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmış və müqaviləyə əsasən İcraçı müəyyən etdiyi əməkdaşını və ya müəyyən etdiyi üçüncü şəxsi Sifarişçinin inzibati heyətinin yerləşdiyi yerdə daimi yerləşdirmək, habelə zərurət olduqda digər əməkdaşlarla rabitə əlaqəsi vasitəsilə həmin xidmətlərin göstərilməsini, Sifarişçi isə İcraçı tərəfindən inzibati heyətin olduğu yerdə yerləşdirilmiş işçini bütün zəruri vasitələrlə təchiz etməyi və göstərilən xidmətlərin müqabilində bu Müqavilə ilə müəyyənləşdirilmiş məbləği müəyyən olunmuş müddət ərzində ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə nəzərdə tutulan xidmətlərin dəyəri aylıq 6330 manat məbləğində müəyyən edilmişdir. İddiaçı tərəfindən 44310 manat məbləgində işlər görülərək cavabdehə təhvil verilmiş, bu barədə tərəflər arasında xidmətlərin təhvil-təslimi haqqında akt tərtib olunmaqla təsdiq olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya göstərilən xidmətlərin dəyərindən 4510 manat ödənilmişdir. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi iki tərəfin podratçının və sifarişçinin bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, İddiaçı tərəfindən 44310 manat məbləgində işlər görülərək cavabdehə təhvil verilmiş bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia əsaslı oldugundan təmin edilməli 39800 manat pul məbləgi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 39800 (otuz doqquz min səkkiz yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3489/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3489/2021
31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver