Məhkəmə qərarları › İş №e-2-2(113)-350/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-350/2025

24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-350/2025 24.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC (əvvəlki adı "xxxx" MMC) ilə onun arasında bağlanmış 11 yanvar 2023- cü il tarixli 016 nömrəli müqavilənin dəyəri olan 132219,00 manat, gecikdirilmiş hər bir gün üçün 0,1 faiz cərimə pulu olmaqla 485 gün (sonuncu təhvil vermədən – xx.xx.2023-dən xx.xx.20024-dək) üçün 485 х (132219 х 0.1%) = 64126.22 manat, eləcə də həmin hüquqların müdafiəsi üçün 300 manat vəkil xidmət haqqı xərci, 486,65 manat dövlət rüsumu olmaqla ümumilikdə 197131,87 manat vəsaitin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi, Vəkil ərizə ilə müraciət edərək cavabdehin borcu ödədiyini, ona görə də iş üzrə icraata xitam verilməsini və dövlət rüsumunun geri qaytarılmasını, məhkmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçının nümayəndəsi iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, buna görə də vəsatət təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçı iddiadan imtina etdiyi üçün iş üzrə icraata xitam verilməli və iddiaçı tərəfindən ödənilmiş 488 manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 261, 262, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin nümayəndəsi, Vəkil iddiadan imtinası qəbul olunsun. İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli **********20 nömrəli ödəniş qəbzinə əsasən ödənilmiş 488 (dörd yüz səksən səkkiz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar