Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3503/2023 12.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyeva Leyla Rauf qızı İddiaçı MMC-nin cavabdeh ÇAO “X1 İzdeliy Dunay-Pak”a qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh ÇAO “X1 İzdeliy Dunay-Pak”a qarşı borcun ödənilməsi qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1/ İddiaçı MMC tərəfindən xx.xx.2021-ci il tarixli 30-04-21 saylı müqavilə üzrə ÇAO “X1 İzdeliy Dunay-Pak”a müəssisəsinə ödənilmiş 33.184 ABŞ dolları, AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 3.318 ABŞ dolları, cəmi 36.502 ABŞ dolları məbləğində borc, 400 manat mediasiya xərcinin ÇAO “X1 İzdeliy Dunay-Pak”a müəssisəsindən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; 443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə. 450.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. 450.2-ci maddəsinə əsasən tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə alıcı - İddiaçı MMC ilə satıcı - ÇAO “X1 İzdeliy Dunay-Pak” arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir və həmin müqavilənin (7.2-ci bənd)) şərtlərinə görə tərəflər arasında yaranmış mübahisələr üzrə iddialar cavabdehin olduğu (yerləşdiyi) yer üzrə verilə bilər. Hazırki iddia üzrə cavabdeh şirkətin (ÇAO “X1 İzdeliy Dunay-Pak”) olduğu (yerləşdiyi) yer isə Ukraynadır. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə cavabdeh ÇAO “X1 İzdeliy Dunay-Pak” Ukraynada təsis edilmiş və fəaliyyət göstərən xarici hüquqi şəxs olduğundan və tərəflər öz aralarındakı yazılı saziş ilə xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gəldiklərindən və həmin razılıq əsasında mübahisənin cavabdehin ölkəsinin, yəni Ukraynanın səlahiyyətli məhkəməsində baxılmalı olduğundan AR məhkəmələri hazırkı mübahisəyə baxmaqda səlahiyyətli deyillər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinin tələbinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh ÇAO “X1 İzdeliy Dunay-Pak”a qarşı borcun ödənilməsi tələbinə dair işə AR Məhkəmələrində baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya Ukraynanın səlahiyyətli məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh ÇAO “X1 İzdeliy Dunay-Pak”a qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3503/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3503/2023
12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver