Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3504/2025 24.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, əsas borc, dəbbə və dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi/vəkil Nümayəndə iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh - Cavabdehndən 96768,37(doxsan altı min yeddi yüz altmış səkkiz manat, 37 qəpik) manat məbləğində olan borcun, hüquqi yardım üçün ödənilmiş 325 (üç yüz iyirmi beş) manatın və dövlət rüsumu olaraq ödənilmiş 382 (üç yüz səksən iki) manatın tutularaq, İddiaçı - İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında “Qara metal qırıntısının alqı-satqısı haqqında” 08 yanvar 2024-cü il tarixli, ST 01/2024 saylı müqavilə imzalanmışdır. Həmin müqavilənin 4.2-cü bəndinə əsasən “Satıcı” (İddiaçı MMC) təhvil verdiyi malın sənədi və Müqavilənin 4.1-ci bəndi ilə müəyyən edilmiş qiymət əsasında elektron qaimə-fakturanı tərtib edərək “Alıcı”ya (Cavabdeh MMC) təqdim edir. Müqavilənin 4.3-cü bəndinə əsasən “Alıcı” elektron qaimə-fakturanıaldığı tarixdən orada göstərilən məbləği 30 (otuz) gün müddətində “Satıcı”nın bank hesabına köçürür. Sənaye Ticarət” MMC təhvil verdiyi metal qırıntılarının dəyərinin ödənilməsi ilə bağlı Cavabdeh MMC-yə elektron qaimə-fakturalar göndərmiş, lakin Cavabdeh MMC aldığımetal qırıntılarının dəyərini tam həcmdə ödəməmişdir. Hazırda Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödənilməmiş borcu, ƏDV daxil olmaqla, 96768,3(7doxsan altı min yeddi yüz altmış səkkiz manat, 37 qəpik) manat təşkiledir. Dəfələrlə müraciət edilməsinə baxmayaraq,Cavabdeh MMC indiyədək həmin borcu ödəməmişdir. İddiaçı - İddiaçı MMC tərəfindən 31 mart 2025-ci il tarixdə Elektron Məhkəmə Sistemi və Dövlət Vergi Xidməti vasitəsi ilə, elektron qaydada Cavabdeh - Cavabdeh MMC-yəyenidən pretenziya göndərilərək hesablanmış həmin borc məbləğinin 3 (üç) gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə İddiaçı pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı, əlavə xərclər və faizlər də tələb edilməklə, məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh təşkilat həmin pretenziyaya cavab verməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsində qeyd olunub ki, - öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: Həmin Məcəllənin 442-ci maddəsinə əsasən- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-cimaddəsinə əsasən - öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən,zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən - öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Tərəflər arasında bağlanılmış 08 yanvar 2024-cü il tarixli, ST 01/2024 saylı müqavilənin 6.2-ci bəndinə əsasən “Alıcı” hazırki müqavilədə nəzərdə tutulan ödənişlərin gecikdirilməsinə görə “Satıcı” ya hər gecikdirilmiş gün üçün ödəməli olduğu borc məbləğinin 0,05 faizi həcmində dəbbə pulu ödəməlidir.
3. 16.05.2025-ci il tarixində iddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh - Cavabdehndən 96768,37 manat məbləğində olan əsas borcun, həmin borca hesablanmış 483,84 manat məbləğdə dəbbə pulunun, hüquqi yardım üçün ödənilmiş 325 manatın və dövlət rüsumu olaraq ödənilmiş 384 manatın tutularaq, İddiaçı - İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. 18.05.2025-ci il tarixində iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, əsas borc məbləği tərəflər arasında bağlanılmış ST 03/2023 nömrəli, 09 yanvar 2023-cü il tarixli müqavilə üzrə yaranan borcdur. Tərəflər arasında bağlanılmış həmin müqaviləni və həmin müqavilə üzrə təqdim olunmuş mallara görə cavabdehə göndərilən, lakin, ödənilməyən elektron qaimələri də ərizəyə əlavə etmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2021-ci ildən etibarən onların cavabdeh tərəflə bir sıra müqavilələri olmuşdur. 2021-2023-cü illər aralığında bağlanmış müqavilələr də işgüzar münasibətlərin təsdiqi məqsədilə elektron qaydada məhkəməyə təqdim edilmişdir. Lakin 2023-cü ilin son 9 qaimə üzrə cavabdeh tərəfindən ödənişlər edilməmişdir. Tərəflər arasında üzləşmə aktı tərtib edilmişdir, cavabdeh tərəf iddiaçıdan ödənişlərin edilməsi üçün müəyyən bir müddət istədiyi üçün ona bu şəraiti də yaratmışlar, amma heç bir ödəniş edilmədiyi üçün məhkəməyə müraciət etməli olmuşlar. İddia ərizəsində əvvəl 2024-cü il tarixli müqaviləyə istinad etmişlər, lakin sonradan araşdıran zaman məlum oldu ki, həmin borclar 2024-cü ilə yox, 9 yanvar 2023-cü i tarixli müqaviləyə aiddir. Həmin məsələ ilə bağlı da tələblərinə dəqiqləşdirmə ərizəsi təqdim edilmişdir. Daim qarşılıqlı etimad əsasında fəaliyyət göstərilmişdir. Cavabdeh tərəfindən daxil olmuş ərizədə də iddia tələbinə dair heç bir münasibət bildirilməmiş, sadəcə işə onların iştirakı olmadan baxılması xahiş edilmişdir. Təhvil-təslim aktlarının olmaması işgüzar münasibətlərin olmaması kimi qiymətləndirilə bilməz. Belə ki, onların öz texnikaları gəlmiş, sonradan qaimələr tərtib edilmişdir. Qaimələrin bir qismi özləri, digər bir qismi isə sistem tərəfindən təsdiq edilmişdir. Dəqiqləşdirilmə ərizəsinə əsasən, 96768.37 manat əsas borc, 483.84 manat faiz borcu, 325 manat vəkil xidmətlərinə görə, 384 manat isə dövlət rüsumuna dair tələb mövcuddur. Qaimələrin 2023-cü ilin sonları və 2024-cü ilin yanvar və martında verilmişdir. Müqavilənin 6.2-ci maddəsinə əsasən, dəbbə pulu da nəzərdə tutulmuşdur. Vəkilə ödənişlə bağlı qəbzdə 1300 manat məbləğ görünmüşdür, lakin o 4 iş üçün nəzərdə tutulduğundan yalnız 325 manatı tələb edirlər cavabdehdən.
6. 24.07.2025-ci il tarixində cavabdehin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olamadan baxılmasını xahiş etmişdir.
7. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı ilə Cavabdeh arasında “Qara metal qırıntısının alqı-satqısı haqqında” ST 03/2023 nömrəli, 09 yanvar 2023-cüil tarixli müqavilə imzalanmışdır.
10. Müqavilənin 1.1-ci maddəsinə əsasən “Satıcı” istifadəyə yararsız qara metal qırıntılarından, metal boru hissələrindən və müxtəlif avadanlıqlardan ibarət olan əmlakını və əmlakı (bundan sonra “Mal” adlanacaq) “Alıcıy”a verməyi, “Alıcı” isə Malı qəbul edib əvəzində onun hazırkı Müqavilənin 4.1 bəndi ilə müəyyən olunmuş qiymətini ”Satıcı”ya ödəməyi öhdəsinə götürür.
11. Müqavilənin 2.1-ci maddəsinə əsasən satıcının hüquqları:
12. Müqavilənin 2.1.1-ci maddəsinə əsasən müqavilədə göstərilən malı qaiməfaktura əsasında “Satıcı”nın strukturuna daxil olan təşkilatların ərazisindən “Alıcı”ya satır.
13. Müqavilənin 2.1.2-ci maddəsinə əsasən qaimə-fakturanın və hesab-fakturanın “Alıcı”nın özü, yaxud onun müvəkkil etdiyi şəxslər tərəfindən imzalanmasını “Alıcfdan tələb edilir.
14. Müqavilənin 2.1.3-cü maddəsinə əsasən müqavilənin 4.3 bəndi ilə müəyyən edilən müddətdə və qaydada malın dəyərinin ödənilməsini “Alıcı”dan tələb edir.
15. Müqavilənin 2.2-ci maddəsinə əsasən “Satıcının vəzifəsi:
16. Müqavilənin 2.1.1-ci maddəsinə əsasən “Satıcı” malı “Alıcı" ya müqavilənin 3.1 bəndi ilə müəyyən edilən qaydada təhvil verir.
17. Müqavilənin 2.2.2-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra edir.
18. Müqavilənin 3.1-ci maddəsinə əsasən hazırki müqavilə ilə müəyyən olunmuş mal “Satıcının ərazisində “Alıcı”nın qüvvə və vəsaiti hesabına yığılır, doğranır, yüklənir, “Alıcı”ya məxsus avtonəqliyyat vasitəsi ilə və onun hesabına daşınır və hər iki “Tərəfin səlahiyyətli nümayəndələrinin (müvəkkil edilmiş şəxslərin) iştirakı ilə, tərəzidə çəkilməklə, “Alıcı”nın işçi qüvvəsi hesabına boşaldılır, tərəzi göstəricisinin və “Satıcı tərəfindən tərtib, təsdiq və təqdim olunmuş qaimə-faktura əsasında “Alıcı’ya təhvil verilir.
19. Müqavilənin 4.1-ci maddəsinə əsasən malın 1 (bir) tonunun qiyməti, ƏDV də daxil olmaqla, 217.40 (iki yüz on yeddi, 40) manat təşkil edir.
20. Müqavilənin 4.2-ci maddəsinə əsasən “Satıcı” təhvil verdiyi malın sənədi və müqavilənin 4.1 -ci bəndi ilə müəyyən olunmuş qiymət əsasında elektron qaimə-fakturanı tərtib edərək “Alıcı”ya təqdim edir.
21. Müqavilənin 4.3-cü maddəsinə əsasən “Alıcı” elektron qaimə-fakturanı aldığı tarixdən orada göstərilən məbləği 30 (otuz) gün müddətində “Satıcı”nın bank hesabına köçürür.
22. Müqavilənin 6.2-ci maddəsinə əsasən Alıcı hazırkı müqavilədə nəzərdə tutulan ödənişlərin gecikdirilməsinə görə Satıcıya hər gecikdirilmiş gün üçün ödəməli olduğu məbləğin 0,05% həcmində dəbbə pulu ödəməlidir. Dəbbə pulunun yuxarı həddi təhvil verilmiş malın 0,5% həddində müəyyən edilir.
23. İddiaçı tərəfindən cavabdehə satılmış mallara dair xx.xx.2023-cü il tarixli EBDN seriyalı 336513 nömrəli elektron qaimə-fakturaya əsasən 7009,73 manat məbləğində, xx.xx.2025-ci il tarixli EBDN seriyalı 374515 nömrəli elektron qaimə-fakturaya əsasən 7712,81 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDO seriyalı 224844 nömrəli elektron qaimə-fakturaya əsasən 17398,56 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDP seriyalı 417209 nömrəli elektron qaimə-fakturaya əsasən 3715,86 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDQ seriyalı 332658 nömrəli elektron qaimə-fakturaya əsasən 10614,93 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDT seriyalı 902570 nömrəli elektron qaimə-fakturaya əsasən 13482,48 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDT seriyalı 906218 nömrəli elektron qaimə-fakturaya əsasən 11261,49 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDT seriyalı 989556 nömrəli elektron qaiməfakturaya əsasən 6907,55 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDU seriyalı 631868 nömrəli elektron qaimə-fakturaya əsasən 16921,36 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDV seriyalı 192500 nömrəli elektron qaimə-fakturaya əsasən 17357,69 manat məbləğində, xx.xx.2023-ci il tarixli EBDV seriyalı 837188 nömrəli elektron qaimə-fakturaya əsasən 1303,33 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBDX seriyalı 455811 nömrəli elektron qaimə-fakturaya əsasən 9016,80 manat məbləğində, xx.xx.2024cü EBEB seriyalı 022859 nömrəli elektron qaimə-fakturaya əsasən 9127,46 manat məbləğində e-qaimələr göndərilmişdir.
24. 21.01.2025-ci il tarixli X1 Aktına əsasən, Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2025-ci il tarixə olan qalıq borcu 96768,37 manat məbləğində müəyyən edilmişdir. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
25. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
27. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
28. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
29. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
30. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
31. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
32. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
34. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
35. İş materiallarında olan tərəflər arasında bağlanmış “Qara metal qırıntısının alqısatqısı haqqında” ST 03/2023 nömrəli, 09 yanvar 2023-cü il tarixli müqavilənin 1.1-ci maddəsinə əsasən “Satıcı” istifadəyə yararsız qara metal qırıntılarından, metal boru hissələrindən və müxtəlif avadanlıqlardan ibarət olan əmlakını və əmlakı “Alıcıy”a verməyi, “Alıcı” isə Malı qəbul edib əvəzində onun hazırkı Müqavilənin 4.1 bəndi ilə müəyyən olunmuş qiymətini ”Satıcı”ya ödəməyi öhdəsinə götürür. İddiaçı tərəf öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh tərəfindən ödənişlər tamamlanmamışdır.
36. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, elektron qaimə və qarşılıqlı borcların üzləşməsi aktı ilə təsdiq olunduğu üçün 96768,37 manat borca dair hissədə iddia tələbi təmin edilməlidir.
37. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya müqavilə üzrə 96768,37 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən qeyd olunan pul məbləği tutularaq iddiaçıya ödənilməlidir.
38. Bundan əlavə iddiaçı 483,84 manat həcmində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş etmişdir.
39. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
40. Məhkəmə hesab edir ki, cavabdehin ödənişləri gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
41. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
42. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (96768,37 manat) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından, tutulacaq dəbbə pulu 483,84 manat məbləğində müəyyən edilməlidir.
43. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 384 manat dövlət rüsumu və 325 manat vəkil xərci ödənilmişdir.
44. Azərbaycan Respublikası MPM-in:
45. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
46. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
47. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
49. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyi üçün dövlət rüsumu xərcinin əvəzi olaraq ödənilmiş 384 manat məbləğində pul vəsaiti və 325 manat vəkil xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 96768,37 manat əsas borc məbləği, 483,84 manat dəbbə pulu, hüquqi yardım xərcinin əvəzi olaraq 325 manat və dövlət rüsumunun əvəzi olaraq 384 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova