Məhkəmə qərarları › İş №e-2-2(113)-3507/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3507/2020

13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3507/2020 13.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi ilə, İddiaçı ASC cavabdeh “X2 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, 146799,25 manat əsas borc, 42852,30 manat cərimə borcu və 20 manat dövlət rüsumunun, cəmi: 189681,55 manat pul vəsaitinin “X2 Təsərrüfatı” MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı ASC-nin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, X1 kommersiya qurumlarının dövlər reyestri məlumatları haqqında çıxarışdan görünür ki, cavabdeh “X2 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı Ağcabədi rayonu, Ağcabədi şəhəri, Həzi Aslanov küçəsidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı ASC-nin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı ASC-nin cavabdeh “X2 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər,eləcə də 30 manat dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli xx.xx.2018-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı ASC-yə izah edilsin ki, hazırki iddia ərizəsi ilə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə müraciət edilməlidir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar