Məhkəmə qərarları › İş №e-2-2(113)-3525/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3525/2023

03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3525/2023 03.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh4, Cavabdeh1 MMC və Cavabdeh3 qarşı lizinq müqaviləsinin ləğvi, pul və lizinq obyektlərinin geri qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC və Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021 tarixli, LM№5xx-xx-2021 saylı daxili maliyyə lizinqi müqaviləsi və bu müqaviləyə əlavə və dəyişikliyin edilməsi haqqında xx.xx.2021 tarixli LM№5xx-xx-2021-01 saylı, xx.xx.2021 tarixli LM№5xx-xx-2021-02 saylı, xx.xx.2021 tarixli LM№5xx-xx-2021-03 saylı və xx.xx.2021 tarixli LM№511-09- 2021-04 saylı əlavələr ləğv edilməsi, lizinq müqavilələri üzrə iddia verilən tarixə lizinq ödənişləri üzrə 190019,45 məbləğində borc Cavabdeh2 MMC-dən, Cavabdeh1 MMC-dən, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə tutulması, lizinq obyektləri SEM 512 vərdənə, CAT 320 GC 07D tırtıllı ekskavator, CAT 326 07B tırtıllı ekskavator, CAT 330 GC07C tırtıllı ekskavator, CAT 326 07B tırtıllı ekskavatorun “X1" MMC tərəfindən "xxxx" QSC-yə işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respubikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh4, Cavabdeh1 MMC və Cavabdeh3 qarşı lizinq müqaviləsinin ləğvi, pul və lizinq obyektlərinin geri qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə ərizə baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 81 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar