Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3526/2022 22.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 353487,23 manat məbləğində pulun Cavabdeh MMC-dən alınaraq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh MMC xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 103162,46 manat məbləğində pulun cavabdeh İddiaçı MMC-dən alınaraq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı hazırki iş Bakı Kommersiya Məhkəməsinin icraatında olan eyni tərəflər arasında eyni predmet ilə bağlı olan iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbi ilə bağlı 2- 2(113)-3233/2022 nömrəli kommersiya işi ilə bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair 2-2(113)-3526/2022 nömrəli kommersiya mübahisəsi ilə bağlı iş iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbi ilə bağlı 2- 2(113)-3233/2022 nömrəli kommersiya işi ilə bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-ci maddələrinə əsasən, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair 2-2(113)-3526/2022 nömrəli kommersiya mübahisəsi ilə bağlı iş iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbi ilə bağlı 2-2(113)-3233/2022 nömrəli kommersiya mübahisəsi ilə bağlı işinə birləşdirilsin. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3526/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3526/2022
22.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver