Məhkəmə qərarları › İş №e-2-2(113)-353/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-353/2022

01.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-353/2022 01.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə (MMC) qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən əsas borc məbləği 281647,30 manat, ƏDV üzrə 49934,99 manat, gecikdirilmiş borc faizi məbləği 16579,1 manat olmaqla ümumilikdə 343161 manatın, dövlət rüsumunun əvəzi olaraq 633,2 manat, mediasiya üçün ödədiyi 200 manat, hüquqi yardım üçün ödədiyi 110 manat məbləğində pul vəsaitinin tutularaq onun bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış 01 may 2018-ci il tarixli, HA 007/0518 saylı alqı-satqı müqaviləsi və həmin müqaviləyə 01 may 2019-cu il tarixli 1 nömrəli əlavə əsasında sonuncuya mal satılmışdır. 14 dekabr 2020-ci il tarıxli qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən 14 dekabr 2020-ci il tarixinə MMC-nin cəmi ödənilməli borcu 281647,30 manat, ƏDV üzrə 49934,99 manat olmaqla, ümumilikdə 331582,29 manat təşkil edir. Dəfələrlə cavabdehə olunan müraciətlər nəticəsiz olmuş, alınmış malların dəyəri ödənilməmiş qalmışdır. Bununla da cavabdehə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmədiyinə görə cərimə tətbiq olunmuşdur. Buna görə də, cavabdehin əsas borc məbləği 281647,30 manat, ƏDV üzrə 49934,99 manat, gecikdirilmiş borc faizi məbləği 16579,1 manat olmaqla ümumilikdə 343161 manat məbləğində borcu yaranmışdır. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə etdiyini və iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək, iddanın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "X1 Company" MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədiyini, elektron qaimələrin avtomatik olaraq sistem tərəfindən qəbul edildiyini bildirmiş, eyni zamanda, qeyd etmişdir ki, malların təhvil verilməsi ilə bağlı iddiaçı tərəfindən hər-hansı sübut iş materiallarına əlavə olunmamışdır. 14 dekabr 2020-ci il tarıxli qarşılıqlı borcların üzləşdirilməsi aktında isə "X1 Company" MMC-yə aid möhür Cəmiyyətə, imza isə mühasibə məxsus deyil. Göstərilənlərə əsasən iddanın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan: - xx.xx.2018-ci il tarixli, HA 007/0518 saylı alqı-satqı müqaviləsinə əsasən Satıcı – İddiaçı satır, Alıcı - "X1 Company" MMC isə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Razılaşma Protokol(lar)unda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları Satıcıdan alır və Malın müqabilində Satıcıya bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Razılaşma Protokol(lar)unda razılaşdırılmış vahidin qiymətinə əsasən müvafıq məbləği ödəyir. - xx.xx.2020-ci il tarixli üzləşmə aktından görünür ki, "X1 Company" MMC İddiaçı 331582,29 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. - EBAG seriyalı, 397964 saylı elektron qaiməyə əsasən 4196,08 manat dəyərində mal EBAF seriyalı, 253687 saylı elektron qaiməyə əsasən 3722,9 manat dəyərində mal, EBAG seriyalı, 619763 saylı elektron qaiməyə əsasən 20405,15 manat dəyərində mal, EBAG seriyalı, 053117 saylı elektron qaiməyə əsasən 1401,84 manat dəyərində mal, EBAG seriyalı, 846786 saylı 25 fevral 2020-ci il tarixli elektron qaiməyə əsasən 30985,62 manat dəyərində mal, EBAF seriyalı, 252348 saylı 21 yanvar 2020-ci il tarixli elektron qaiməyə əsasən 15046,77 manat dəyərində mal, EBAF seriyalı, 252099 saylı 21 yanvar 2020-ci il tarixli elektron qaiməyə əsasən 17185,81 manat dəyərində mal, EBAL seriyalı, 159556 saylı 16 iyun 2020-ci il tarixli elektron qaiməyə əsasən 44711,02 manat dəyərində mal, EBAF seriyalı, 251919 saylı 21 yanvar 2020-ci il tarixli elektron qaiməyə əsasən 7456,42 manat dəyərində mal, EBAL seriyalı, 159548 saylı 16 iyun 2020-ci il tarixli elektron qaiməyə əsasən 2609,57 manat dəyərində mal, EBAH seriyalı, 030742 saylı 29 fevral 2020-ci il tarixli elektron qaiməyə əsasən 6372 manat dəyərində mal, EBAE seriyalı, 129821 saylı 19 dekabr 2019-cu il tarixli elektron qaiməyə əsasən 12425,40 manat dəyərində mal, EBAH seriyalı, 369668 saylı 06 mart 2020-ci il tarixli elektron qaiməyə əsasən 6020,95 manat dəyərində mal, EBAG seriyalı, 053117 saylı 06 fevral 2020-ci il tarixli elektron qaiməyə əsasən 1401,84 manat dəyərində mal, EBAG seriyalı, 534544 saylı 18 fevral 2020-ci il tarixli elektron qaiməyə əsasən 2301 manat dəyərində mal, EBAG seriyalı, 534444 saylı 18 fevral 2020-ci il tarixli elektron qaiməyə əsasən 2301 manat dəyərində mal, EBAF seriyalı, 492697 saylı 27 yanvar 2020-ci il tarixli elektron qaiməyə əsasən 2525,20 manat dəyərində mal, EBAG seriyalı, 534445 saylı 18 fevral 2020-ci il tarixli elektron qaiməyə əsasən 330,40 manat dəyərində mal, EBAF seriyalı, 250918 saylı 21 yanvar 2020-ci il tarixli elektron qaiməyə əsasən 590 manat dəyərində mal, EBAF seriyalı, 252223 saylı 21 yanvar 2020-ci il tarixli elektron qaiməyə əsasən 56,64 manat dəyərində mal, EBAL seriyalı, 159540 saylı 16 iyun 2020-ci il tarixli elektron qaiməyə əsasən 14701,62 manat dəyərində mal, EBAH seriyalı, 491145 saylı 10 mart 2020-ci il tarixli elektron qaiməyə əsasən 2062,05 manat dəyərində mal, EBAH seriyalı, 813295 saylı 17 mart 2020-ci il tarixli elektron qaiməyə əsasən 326,27 manat dəyərində mal, EBAH seriyalı, 671469 saylı 14 mart 2020-ci il tarixli elektron qaiməyə əsasən 1387,68 manat dəyərində mal, EBAF seriyalı, 102002 saylı 16 yanvar 2020-ci il tarixli elektron qaiməyə əsasən 5369 manat dəyərində mal, EBAİ seriyalı, 448221 saylı elektron qaiməyə əsasən 2095,68 manat dəyərində mal, EBAİ seriyalı, 448239 saylı elektron qaiməyə əsasən 3722,9 manat dəyərində mal, EBAİ seriyalı, 448796 saylı elektron qaiməyə əsasən 2295,1 manat dəyərində mal EBAF seriyalı, 448412 saylı elektron qaiməyə əsasən 143,48 manat dəyərində mal, EBAİ seriyalı, 448431 saylı elektron qaiməyə əsasən 1436,06 manat dəyərində mal "X1 Company" MMC-yə verilmişdir. - "xxxx" MMC tərəfindən "X1 Company" MMC-yə xidmət göstərən texnikaların icarə haqqı barədə təhvil-təslim aktına əsasən "X1 Company" MMC-yə 1137,9 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Tərəflər arasında tərtib olunmuş müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə üzrə mal(lar)ın qiyməti və həcmi müqavilənin ayrılmaz tərkib hissəsi olan Razılaşma Protokol(lar)unda və elektron qaimə ilə müəyyən ediləcək. Razılaşma Protokol(lar)u tərəflərin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmalı və möhürlənməlidir. Həmin müqavilənin 2.2-ci bənində qeyd olunmuşdur ki, mal(lar)ın qiyməti mal(lar) alıcıya təhvil verildikdən sonra 1 ay ərzində bank köçürmə yolu ilə ödənilir. Yəni, öhdəliyin icrası müddəti göstərilmişdir. Azərbaycann Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": - 1.2-ci bəndinə əsasən elektron qaimə – faktura həmin qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdimi edilən ilkin uçot sənədidir. - 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, malın təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır. Bundan başqa, İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş çıxarışdan görünür ki, "X1 Company" MMC tərəfindən EBAİ seriyalı, 526867 saylı, 527026 saylı, 527044 saylı və 527087 saylı elektron qaimələr təsdiqlənməmişdir. Bununla da, "X1 Company" MMC tərəfindən digər elektron qaimələrdən xəbərdar olması və göstərilən malların təhvil alınması təsdiq olunur. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, 281647,30 manat dəyərində mallar Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən "X1 Company" MMC-yə təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 14 dekabr 2020-ci il tarıxli qarşılıqlı borcların üzləşdirilməsi aktı ilə cavabdeh 281647,3 manat əsas və 49934,99 manat ƏDV, ümumilikdə 331582,29 manat borcunun olduğunu etiraf edilmiş, həmin aktın əsli məhkəməyə təqdim olunmuşdur. Plenum qərarında qeyd olunan mövqeyi nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın əsas borcun ödənilməsi barədə hissəsinin əsaslı olması yalnız elektron vergihesab fakturaları deyil, həmçinin qarşılıqlı borcların üzləşdirilməsi aktı ilə də təsdiqini tapır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baxşəliyeva (Yusifova) Nilufər Mahmud qızı iş materiallarında olan 14 dekabr 2020-ci il tarıxli qarşılıqlı borcların üzləşdirilməsi aktında olan imzanın ona məxsus olmadığını bildridiyindən, məhkəmə bu məsələnin araşdırıması üçün Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-353/2022 nömrəli, 03 fevral 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizası təyin etmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının 4 may 2022-ci il tarixli, 4/483; 5/383 №-li rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim olunmuş, 14 dekabr 2020-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktında “Alıcı” qrafasında “Baş mühasib” qrafasındakı imza – Baxşaliyeva (Yusifova) Nilufər Mahmud qızı tərəfindən icra olunmuşdur. Həmçinin, tədqiqata təqdim edilmiş 14 dekabr 2020-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktının “Alıcı” hissəsindəki möhür əksi ekspertizaya təqdim edilmiş Cavabdeh MMC-nin möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. Təqdim edilmiş 14 dekabr 2020-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktının “Alıcı” hissəsindəki möhür əksi ekspertizaya təqdim edilmiş xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsində olan eyni məzmunlu möhürün sərbəst əks ilə eynilik təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, iddia əsas borcun ödənilməsi hissəsində təmin olunmalıdır. İddiaçı irəli sürülmüş tələbin digər hissəsini – “gecikdirilmiş borc faizi məbləği”nin ödənilməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.5-ci maddəsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. - 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının məzmunundan aydın olur ki, faizlərin ödənilməsi yalnız “faydalanma”, yəni, gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəldiyi hallarda tətbiq olunmalıdır. İddiaçı cavabdehin hər hansı maddi xeyir əldə etməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yəni, öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilə bilməz. İddiaçının iddia tələbi qiymətləndirilən iddialara aiddir və iddia tələbi 343161 manat təşkil etdiyindən 633,16 manat məbləğində dövlət rüsumu ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən həmin Qanuna uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Lakin, buna baxmayaraq, iddiaçı tərəfindən həm ilkin mediasiya sessiyasının keçirilməsinə görə 200 manat məbləğində pul vəsaiti, həm də dövlət rüsumu qismində dövlət büdcəsinə 604 manat məbləğində pul ödənilmişdir. Halbuki, qeyd olunan normadan görünür ki, dövlət rüsumu qismində 233,16 manat ödənilməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 114.1.1-ci madəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 370,84 manat məbləğində pul vəsaiti dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən mediasiya xərcləri məhkəmə xərclərinə aid olunmasa da, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin dövlət rüsumundan həmin hissədə azad olunması nəzərdə tutulduğuna görə məhkəmə iddianın qismən təmin olunmasını nəzərə alaraq hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 612 manat məbləğində pul vəsaiti, habelə hüquqi yardıma görə ödənilmiş vəsaitin əvəzi qismində 110 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 112 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddiası qismən təmin edilsin. 281647,30 manat əsas borc və 49934,99 manat ƏDV olmaqla, ümumilikdə 331582,29 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçıa ödənilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 112 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hüquqi yardıma görə ödənilmiş vəsaitin əvəzi qismində 110 manat, ilkin mediasiya sessiyasının keçirilməsinə görə və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 612 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 370,84 manat məbləğində pul vəsaiti dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar