Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3531/2023 11.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsliyyətli Cəmiyyətinin Cavabdeh Məhdud Məsliyyətli Cəmiyyətinə qarşı «borcun ödənilməsi» tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, əsas və cərimə borcu, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC iddia və dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin xeyrinə Cavabdeh MMC-dən alqı-satqı müqavilələri üzrə 574547,95 (beş yüz yetmiş dörd min beş yüz qırx yeddi manat 95 qəpik) manat əsas borc, 28727 (iyrimi səkkiz min yeddi yüz iyrimi yeddi) manat faiz borcu, 400 (dörd yüz) manat mediasiya xərcinin və iddianın verilməsi üçün ödənilmiş 583,7 (beş yüz səksən üç manat 70 qəpik) manat dövlət rüsumunun, cəmi 604258,2 manatın (altı yüz dörd min iki yüz əlli səkkiz manat 20 qəpik) tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə borclu Cavabdeh MMC arasında bir neçə alqı-satqı müqaviləsi bağlanmış və aralarında müxtəlif vaxtlarda alqısatqı münasibətlərindən irəli gələn malların təqdim edilməsi, o cümlədən də cavabdeh tərəfindən təqdim olunmuş mallara görə müxtəlif vaxtlarda qismən və tam ödəmələr olmuşdur .Lakin hazırda mübahisə predmeti olan pul məbləğinin hüquqi əsasları və həcmi barəsində bildirim ki, iddiaçı və cavabdeh şirkət arasında xx.xx.2021-ci il tarixli SA/01 saylı və xx.xx.2021-ci il tarixli SA-02 saylı alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəf aldığı malların pulunu ödəməmişdir. Belə ki, iş materiallarına əlavə edilən xx.xx.2021-ci il tarixli müqavilə üzrə verilmiş mallara dair EBBE seriyalı 829911 saylı xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə cavabdeh tərəfə 548571,20 azn məbləğində mallar təqdim edilmişdir. 548571,20 azn dəyərində malların təqdim edilməsi həm qeyd edilən elektron qaimə, həm də hər iki şirkət tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq etdikləri Üzləşmə Aktınin 1-ci səhifəsində təsdiq edilmişdir. Yəni həmin istinad edilən EBBE seriyalı 829911 saylı xx.xx.2021- ci il tarixli elektron qaimə iş materiallarına əlavə edilmiş və qeyd edilən üzləşmə aktının məzmun hissəsində hər iki tərəf bu qaiməni və 548571,20 manat məbləğində malın cavabdeh tərəfə verilməsini və pulunun qaytarılmamasını təsdiq etmişdir. Qeyd edilən EBBE seriyalı 829911 saylı xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə cavabdeh tərəf 548571,20 azn məbləğindən ödəmələr və geri qaytarmalar etmiş, həmin sənədlər aşağıdakılardır: Cavabdeh şirkətin Kapital Bank hesabından etdiyi xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəf EBBE seriyalı 829911 saylı xx.xx.2021 tarixli qaimə üzrə verilən malların pulundan 37373,80 manat qaytarmışdır. Həmin sənədlər əsasən görünür ki, xx.xx.2022- ci il tarixli ödəniş tapşırığında ödənilən 40000 manatın 37373,80 manatı 829911 saylı e- qaimə, 1750 manatı EBBJ107549 saylı e-qaimə üzrə, 876,20 manatı isə EBBJ 470168 saylı eqaimə üzrə olan ödənişdir. Həmçinin cavabdeh tərəfin özünün EBBQ 497780 saylı xx.xx.2022-ci il tarixli e- qaiməsindən görünürü ki, cavabdeh tərəf EBBE seriyalı 829911 saylı xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə təqdim edilmiş mallara görə iddiaçı şirkətə 70976,20 manatlıq malları geri qaytarır. Həmçinin cavabdeh tərəfin özünün EBBJ 262864 saylı xx.xx.2021-ci il tarixli e- qaiməsindən görünür ki, cavabdeh tərəf EBBE seriyalı 829911 saylı xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə təqdim edilmiş mallara görə iddiaçı şirkətə 78886,20 manatlıq malları geri qaytarır. Beləliklə, cavabdeh tərəfin iddiaçı tərəfdən xx.xx.2021-ci il tarixli SA/01 saylı müqavilə üzrə EBBE seriyalı 829911 saylı xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə 548571,20 azn məbləğində aldığı mallara görə ödənilməyən əsas borcu 432335 manat təşkil edir. Bundan başqa tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli SA-02 saylı alqı-satqı müqaviləsi üzrə cavabdehə təqdim edilmiş, dəyəri ödənilməyən mallar üzrə EBBP seriyalı 192404 saylı xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə təqdim edilən malların məbləği- 87281,41 manat, EBBQ seriyalı 500435 saylı xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə təqdim edilən malların məbləği- 57835,70 manat. Qeyd edilən xx.xx.2021-ci il tarixli müqavilə üzrə EBBP seriyalı 192404 saylı xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə təqdim edilən malların məbləği üzrə 87281,41 manatdan cavabdeh tərəf 2905,16 azn dəyərində malı geri qaytarmış, geri qaytarılmaya dair cavabdeh tərəfin özünün EBBQ seriyalı 499930 saylı xx.xx.2022-ci il tarixli elektron qaiməsini həm kağız, həm də elektron qaydada məhkəməyə təqdim edilib. xx.xx.2021-ci il tarixli müqavilə üzrə EBBP seriyalı 192404 saylı xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə təqdim edilən mallara görə ödənilməyən əsas məbləğ bu günə 84376,25 manat təşkil edir. Həmçinin xx.xx.2021-ci il tarixli müqavilə üzrə EBBQ seriyalı 500435 saylı xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə təqdim edilən malların məbləği üzrə isə 57835,70 manatdan cavabdeh tərəf heç bir ödəniş etməmişdir. Bununla da, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə bugünə olan əsas borc 142211,95 manat təşkil edir. Beləliklə, hazırda yuxarıda qeyd edilən hər iki alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfin 3 ədəd qaimə üzrə cəmi 574547,95 manat ödənilməyən əsas borcu qalmışdır. Bundan başqa, tərəflər arasında xx.xx.2023-cü il tarixdə qarşılıqlı təsdiq edilən Üzləşmə Aktında, məzmununda iddianın əsası kimi istinad etdiyi elektron qaimələr - EBBE seriyalı 829911 saylı xx.xx.2021-ci il tarixli; EBBP seriyalı 192404 saylı xx.xx.2022-ci il tarixli elektron qaimə; EBBQ seriyalı 500435 saylı xx.xx.2022-ci il tarixli elektron qaimələr cavabdeh tərəfindən təsdiq və qəbul edilmişdir. Həmçinin həmin aktın məzmununda olan bütün qeydlərin həqiqiliyini təsdiq edən sənədlər “nümunə 1-nümunə 12” adlı elektron fayllarla 12 ədəd yazılı sənədlərlə təsdiq edilir. Xüsusi ilə EBBE seriyalı 829911 saylı xx.xx.2021-ci il tarixli elektron qaimə ilə 548571,20 manat dəyərində malın cavabdeh tərəfindən alınması təkcə xx.xx.2023-cü il tarixdə qarşılıqlı təsdiq edilən Üzləşmə Aktı ilə deyil, həm də cavabdeh tərəfin özünün sənədləri ilə-yəni, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı; EBBQ 497780 saylı xx.xx.2022-ci il tarixli mal qaytarma e-qaiməsi; EBBJ 262864 saylı xx.xx.2021-ci il tarixli mal qaytarma e-qaiməsi ilə təsdiq edilir.
II. Tərəflərin mövqeləri:
3. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi/vəkili Vəkil iddia və dəqiqləşmə ərizələrinin məzmununa uyğun izahat verərək iddianın tam təmin edilməsini xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi/vəkili Nümayəndə izahatında bildirdi ki, iddia tələbini qismən qəbul edirlər. 23 iyun 2021-ci il tarixli müqaviləyə üzrə EBBP seriyalı 192404 nömrəli elektron qaimədə göstərilən 87281 manat məbləğdən 84376,25 manatı və EBBQ seriyalı 500435 nömrəli elektron qaimə üzrə 57835,70 manat dəyərində malların verilməsi və borcun mövcüdluğunu qəbul edir. Lakin, üçüncü EBBE seriyalı 829911 nömrəli elektron qaimədə göstərilən məbləği qəbul etməyərək bildirdi ki, həmin mallar cavabdehə verilməyib. Belə ki, digər iki qaimədən fərqli olaraq bu qaimə cavabdehin imza və möhürü ilə təsdiq edilməmişdir, ümumiyyətlə elektron-qaimə malların təhvil verilməsini sübut etmir, təhvil-təsmil aktı olmalıdır. Həmin malların verilməsinə dair təhvil-təslim aktı yoxdur, müqavilə öhdəliyi icra olunmayıb. Üzləşmə aktı isə məhkəmə prosesi gedişatında təqdim edilmişdir və ümumi dövriyyəni əks etdirmişdir, həmin akt borcla bağlı deyildir.
5. Sonuncu məhkəmə iclasında iddiaçı və cavabdehin nümayəndələri iştirak etməmişdilər.
6. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı alqı-satqı müqavilələri üzrə yaranmış borcun tutulması tələbini irəli sürdüyündən hazırkı iş üzrə sübutetmə predmetinə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, müqavilə predmetini təşkil edən malların satıcı tərəfindən kontragentə təhvil verilib-verilməməsi, alıcının malların dəyərini ödəmək öhdəliyini pozub-pozmamasının müəyyən edilməsi daxildir.
9. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli SA-01 saylı alqı-satqı müqaviləsinə əsasən:
10. Müqavilənin mövzusu.
11. 1.1. "Satıcı" bu müqavilənin qüvvədə olduğu müddət ərzində mal satmağı, "Alıcı" isə həmin malı qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürür;
12. 1.2. "Alıcı"malı, bu müqavilənin qüvvədə olduğu müddət ərzində hər dəfə "X3" əsasında müəyyən ediləcək qiymətlər həcmində sifariş verib ala bilər.
13. Hesablaşma qaydası.
14. 2.1. Müqavilə üzrə ödənişlər, "Alıcı" ilə "Satıcı" arasında müəyyən ediləcək "X1" nəzərdə tutulacaq qiymətlər əsasında hesablaşma yolu ilə həyata keçiriləcək;
15. 2.2. "Alıcı", "X1" müəyyən edilmiş məbləğin 100%-i həcmində ödənişini X1" müəyyən edilmiş tarixə əsasən həyata keçirəcəkdir;
16. 2.3. Ödənişin forması: Köçürmə yolu ilə və ya Fermer kartı ilə.
17. Tərəflərin öhdəlikləri
18. 3.1.1 Satıcı malı müqavilənin və yaxud protokolun bağlanılması tarixindən etibarən 30 gün ərzində lazımı keyfiyyətdə Alıcıya çatdırılmalıdır.
19. 3.1.2 Bu müqaviləyə əlavə edilmiş X2 əsasən sifariş edilmiş malı Alıcıya təhviltəslim aktına əsasən təhvil verməlidir.
20. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli SA- 02 saylı alqı-satqı müqaviləsinə əsasən:
21. Müqavilənin mövzusu.
22. 1.1. "Satıcı" bu müqavilənin qüvvədə olduğu müddət ərzində mal satmağı, "Alıcı" isə həmin malı qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürür;
23. 1.2. "Alıcı"malı, bu müqavilənin qüvvədə olduğu müddət ərzində hər dəfə "X3" əsasında müəyyən ediləcək qiymətlər həcmində sifariş verib ala bilər.
24. Hesablaşma qaydası.
25. 2.1. Müqavilə üzrə ödənişlər, "Alıcı" ilə "Satıcı" arasında müəyyən ediləcək "X1" nəzərdə tutulacaq qiymətlər əsasında hesablaşma yolu ilə həyata keçiriləcək;
26. 2.2. "Alıcı", "X1" müəyyən edilmiş məbləğin 100%-i həcmində ödənişini X1" müəyyən edilmiş tarixə əsasən həyata keçirəcəkdir;
27. 2.3. Ödənişin forması: Köçürmə yolu ilə və ya Fermer kartı ilə.
28. Tərəflərin öhdəlikləri
29. 3.1.1 Satıcı malı müqavilənin və yaxud protokolun bağlanılması tarixindən etibarən 30 gün ərzində lazımı keyfiyyətdə Alıcıya çatdırılmalıdır.
30. 3.1.2 Bu müqaviləyə əlavə edilmiş X2 əsasən sifariş edilmiş malı Alıcıya təhviltəslim aktına əsasən təhvil verməlidir.
31. 13 iyul 2021-ci il tarixli 02 saylı X2 əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 23 iyun 2021-ci il tarixli SA-02 saylı alqı-satqı müqavilə üzrə satılacak malların cəmi dəyəri 548571,20 manat; malların təhvil verilməsi protokolun imzalanmasından etibarən 30 gün ərzində, müqavilə ilə alınmış malların dəyərinin xx.xx.2022-ci il tarixinədək ödənilməli olduğu müəyyən edilmişdir.
32. 05 yanvar 2022-ci il tarixli 09 saylı qiymətlərin razılaşdırma protokoluna əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 23 iyun 2021-ci il tarixli SA-02 saylı alqı-satqı müqavilə üzrə satılacak malların cəmi dəyəri 87281,41 manat; malların təhvil verilməsi protokolun imzalanmasından etibarən 30 gün ərzində, müqavilə ilə alınmış malların dəyərinin xx.xx.2022-ci il tarixinədək ödənilməli olduğu müəyyən edilmişdir.
33. 31 yanvar 2022-ci il tarixli 10 saylı qiymətlərin razılaşdırma protokoluna əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 23 iyun 2021-ci il tarixli SA-02 saylı alqı-satqı müqavilə üzrə satılacak malların cəmi dəyəri 57835,70 manat; malların təhvil verilməsi protokolun imzalanmasından etibarən 30 gün ərzində, müqavilə ilə alınmış malların dəyərinin xx.xx.2022-ci il tarixinədək ödənilməli olduğu müəyyən edilmişdir.
34. Malı, işin və xidmətlərin təqdim edilməsi barədə xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 192404 saylı elektron qaiməyə əsasən 87281,41 manat dəyərində (6743,81 manat ƏDV) mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə satılmışdır. Elektron qaimə hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
35. Malların qismən geri qaytarılması barədə xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 499930 saylı elektron qaiməyə əsasən 192404 saylı elektron qaiməyə üzrə təqdim olunan mallardan 2905,16 manat dəyərində mallar cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır. Elektron qaimə hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
36. Malı, işin və xidmətlərin təqdim edilməsi barədə xx.xx.2021-ci il tarixli, EBBQ seriyalı, 500435 saylı elektron qaiməyə əsasən 57.835,70 manat dəyərində (4058,40 manat ƏDV) mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə satılmışdır. Elektron qaimə hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
37. Malı, işin və xidmətlərin təqdim edilməsi barədə xx.xx.2021-ci il tarixli, EBBE seriyalı, 829911 saylı elektron qaiməyə əsasən 548.571,20 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə satılmışdır.
38. Malların qismən geri qaytarılması barədə xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 497780 saylı elektron qaiməyə əsasən 829911 saylı elektron qaiməyə üzrə təqdim olunan mallardan 70976,20 manat dəyərində mallar cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır. Elektron qaimə hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
39. Malların qismən geri qaytarılması barədə xx.xx.2021-ci il tarixli, EBBJ seriyalı, 262864 saylı elektron qaiməyə əsasən 829911 saylı elektron qaiməyə üzrə təqdim olunan mallardan 7886,20 manat dəyərində mallar cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır. Elektron qaimə hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
40. xx.xx.2022-ci il tarixli Kapital Bank ASC-nin ödəniş sənədindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə EBBE seriyalı 829911 nömrəli elektron qaiməyə əsasən 37373,80 manat ödəniş edilmişdir.
41. 22.06.2021-xx.xx.2023-cü il dövrlərini əhatə edən xx.xx.2023-cü il tarixdə Üzləşmə aktına əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə alınmış mallar üzrə 574.547,75 manat ödənilməmiş borcu qaldığı ( o cümlədən EBBE seriyalı 829911 nömrəli elektron qaimə üzrə 548571,20 manat) müəyyən edilmişdir. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
42. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
43. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
44. Beləliklə, məhkəmə sübutetmə predmetinə daxil olan bütün faktları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında malların alqı-satqısı haqqında müqavilə bağlanmış, iddiaçı (satıcı) müxtəlif vaxtlarda 87281,41 manat, 57.835,70 manat və 548.571,20 manat dəyərində malları cavabdehə təhvil vermiş, cavabdeh isə həmin malların dəyərini tam olaraq ödəməmişdir.
45. Göründüyü kimi iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə olan halda hazırkı iddia üzrə tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 567-ci maddəsi nəzərdən keçirilə bilər.
46. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
47. Mülki Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
48. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
49. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
50. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
51. İşdən göründüyü 09 saylı “Qiymətlərin razılaşması Protokolu”nda qeyd olunmuş 87281,41 manat dəyərində mallar xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 192404 saylı elektron qaimə əsasında təqdim edilmiş, həmin mallardan 2905,16 manat dəyərində mallar EBBQ seriyalı 499930 nömrəli elektron qaiməyə əsasən alıcı tərəfindən satıcıya geri qaytarılmış. xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 192404 saylı elektron qaimə üzrə 84376,25 manat məbləğində borcun mövcüdluğu iş materialları və cavabdehin etirafı ilə təsdiq edilmişdir.
52. xx.xx.2022-ci il tarixli 10 saylı ”Qiymətlərin razılaşması Protokolu”nda qeyd olunmuş 57835,70 manat dəyərində mallar xx.xx.2022-ci il tarixli EBBQ seriyalı 500435 saylı elektron qaiməyə əsasən təqdim edilmiş və Alıcı tərəfindən imza və möhürlə təsdiq edilmişdir. Bu qaimə üzrə 57.835,70 manat məbləğində borcun mövcüdluğu iş materialları və cavabdehin etirafı ilə təsdiq edilmişdir.
53. 13 iyul 2021-ci il tarixli 02 saylı X1 qeyd olunan 548571,20 manat dəyərində malların xx.xx.2021-ci il tarixli, EBBE seriyalı, 829911 saylı elektron qaiməyə əsasən təhvil verilməsini cavabdehin nümayəndəsi mübahisələndirsə də, iş materiallarndan görünür ki, 829911 saylı qaimə üzrə verilən malların bir qismini iki dəfə olmaqla elektron qaimə əsasında iddiaçıya geri qaytarmış və hətta həmin qaimə üzrə müəyyən qədər ödənişlər də edilmişdir. Geri qaytarma qaimələri və ödəniş sənədi ilə sübut olunur ki, 548571,20 manat dəyərində mallar həqiqətən də iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir və cavabdehin təhvil-təslim aktının mövcüd olmamasını istinadən həmin qaimə üzrə borc məbləğinin inkar etməsini məhkəmə əsassız hesab edir.
54. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli SA/01 saylı alqı-satqı müqaviləsi üzrə (829911 saylı elektron qaimə üzrə) - 432.335 manat və xx.xx.2021-ci il tarixli SA-02 saylı alqı-satqı müqaviləsi (192404 saylı elektron qaimə üzrə - 84376,25 manat və 500435 saylı elektron qaimə üzrə - 57835,70 manat) 142.211,95 manat məbləğində borc tələbi əsaslıdır və bu hissədə iddia ərizəsi təmin edilməlidir.
55. Bununla yanaşı, iddiaçı cavabdehdən pul öhdəliklərinin icrasının gecikdirilməsinə görə faiz borcunun tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə, yuxarıda qeyd olunanlara əsasən cavabdehin alınmış mallara dair ödənişlərin edilməməsi öz təsdiqini tapdığı üçün iddiaçının faiz borcunun ödənilməsi barədə tələbini də əsaslı hesab edir.
56. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
57. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
58. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçıya dəymiş zərərin məbləği Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmalıdır. Çünki iddiaçı daha böyük məbləği tələb etmək üçün digər əsasları sübut edə bilmədiyi üçün gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb edə bilər.
59. İş materiallarından (bütün qiymət razılaşdırılması protokollarından) görünür ki, cavabdeh tərəf satılmış malların dəyərini hər iki müqavilə üzrə ən geci xx.xx.2022-ci il tarixinə kimi ödəməli idi. İddiaçı xx.xx.2022-ci il tarixdən etibarən bir il müddətində illik 5% hesablamaqla cəmi 28727 manat faiz borcunun cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə tələb olunan məbləğlə qismən razılaşır.
60. Belə ki, faiz borcu xx.xx.2022-ci il tarixindən etibarən (cavabdehin öhdəliyinin icrası hüququnun nəzərdə tutulduğu ən son günündən) bir il müddətinə deyil, xx.xx.2023cü il tarixinə (qətnamənin qəbul olunduğu tarixə) kimi hesablanmasını qanuna uyğun hesab edir.
61. Beləliklə, xx.xx.2021-ci il tarixli SA/01 saylı alqı-satqı müqaviləsi üzrə 432.335 manat borca dair ( 432.335x5%=21616,75 manat :12 ay=1801 manat (1 ay) x 9 ay = 16.209 manat + 660 manat (1801 manat :30 gün=60 manat x 11 gün =660 manat) = 16869 manat faiz borcu və xx.xx.2021-ci il tarixli SA-02 saylı alqı-satqı müqaviləsi üzrə cəmi 142.211,95 manat borca dair (142.211,95 manatx5%=7110,59 manat : 12 ay=592,50 manat(1 ay) x 9 ay = 5332,50 manat + 217,25 manat (592.50 manat :30 gün =19,75 manat x 11 gün=217,25) 5549,75 manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
62. İş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı 400 manat və dövlət rüsumu qismində 583,7 manat ödəniş edilmişdir.
63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
64. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
65. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, təmin olunan hissəyə (596965,7 manat) mütənasib olaraq iş üzrə ödənilmiş 886,96 manat (dövlət rüsumunun hesablanması kalkulyatorun göstəricisi nəzərə alınmaqla) dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
66. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli SA/01 saylı alqı-satqı müqaviləsi üzrə 432.335 (dörd yüz otuz iki min üç yüz otuz beş) manat əsas borc məbləği və 16.869 (on altı min səkkiz yüz altmış doqquz) manat faiz borcu; xx.xx.2021-ci il tarixli SA-02 saylı alqısatqı müqaviləsi üzrə 142.211,95 (yüz qırx iki min iki yüz on bir manat, 95 qəpik) manat əsas borc məbləği və 5.549,75(beş min beş yüz qırx doqquz manat, 75 qəpik) manat faiz borcu; dövlət rüsumunun və mediasiya xərcinin əvəzi olaraq 886,96 manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova