Məhkəmə qərarları › İş №e-2-2(113)-3532/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3532/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3532/2021 14.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçın nümayəndəsi X1 və Cavabdehn nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 19165 manat məbləğində əsas borcun, 148095 məbləğində cərimə-dəbbə pulunun, 5000 manat əldən çıxmış fayda haqqının, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 1447 manatın və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 10.05.2017-cı il tarixli “Evakuasiya xidmətlərinin göstərilməsi haqqında” 100/17 №li müqaviləsinə əsasən icraçı İddiaçı MMC sifarişçi Cavabdeh MMC-nin sifarişi əsasında ona məxsus yükləri daşımaqla xidmətlər göstərməyi, sifarişçi isə bunun müqabilində İcraçıya bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürmüşdür. Lakin Cavabdeh MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Ümumilikdə 19165 manat məbləğində borc cavabdeh tərəfindən ödənilməmiş və bu hal göstərilmiş xidmətlərin təhvil verilməsinə dair Aktlarla və AR İnternet Vergi İdarəsindən çıxarılmış elektron qaimələrlə də təsdiq edilir. Müqavilənin 7.2-cü bəndinə əsasən Sifarişçi tərəfindən ödənişdə gecikmə olarsa, hər gecikmə gün üçün ümumi dəyərin 1 (bir) % əlavə hesablanır. Müqavilənin həmin bəndinə əsasən 148095 manat cərimə hesablanmışdır. Lakin bundan sonra dəfələrlə cavabdehdən borc məbləğinin tələb edilməsinə baxmayaraq bugünədək qeyd edilən pul şirkətə ödənilməmişdir. Həmçinin, bugünədək cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək şirkətə məxsus 19165 manat məbləğində pulu özündə saxlamış və ondan faydalanmışdır. Qeyd edilən vəsait şirkətə verilsəydi bu vəsaitdən xeyli miqdarda gəlir əldə edilərdi. Cavabdehin bu cür qanunsuz hərəkətləri nəticəsində şirkət 5000 manat məbləğində gəlirindən məhrum olmuşdur. Qeyd edilən məbləğ də cavabdehdən əldən çıxmış fayda haqqı kimi tutulmalıdır. Cavabdeh MMC tərəfindən iddia ərizəsinə verilmiş etirazda, dəbbə pulunun tutulması və əldən çıxmış faydaya görə iddia tələbinin əsassız hesab edilərək rədd olunması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edərək, izahatında məhkəmə gedişatı dövründə cavabdeh tərəfindən pulun bir hissəsinin ödənildiyini və hazırda 6165 manat məbləğində əsas borcun qaldığını bildirərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdehn nümayəndəsi X5 iddianı qəbul etməyərək izahatında məhkəmə gedişatı dövründə əsas borcun çox bir hissəsinin ödənildiyini və tələb olunan cərimə və əldən çıxmış fayda ilə bağlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 10.05.2017-cı il tarixli “Evakuasiya xidmətlərinin göstərilməsi haqqında” 100/17 №-li Müqavilədən görünür ki, həmin müqavilə İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmışdır. Müqavilənin şərtlərinə görə İcraçı Sifarişçinin sifarişi əsasında ona məxsus avtomobilləri daşımaqla evakuasiya (təxliyyə) xidmətləri göstərməyi, Sifarişçi isə bunun müqabilində İcraçıya bu Müqavilənin 4-cü bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür. 29.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC 48680 manat dəyərində xidmət göstərilmiş. Müqavilənin 7.2-ci bəndinə əsasən hər gecikən gün üçün gecikdirilən dəyərin 1 % həcmində cərimə hesablanır. Cavabdeh MMC-nin ödəniş üzrə 29.06.2021-ci il tarixədək 888 gün gecikməsi müşahidə edilir. Buna uyğun olaraq yekun cərimə məbləği 148094,5 manat təşkil edir. Cədvəl üzrə Cavabdeh MMC-nin İddiaçı MMCyə 29.06.2021-ci il tarixinə əsas borcu 19165 manat, cərimə borcu 148095 manat və gecikdirilmş vaxt üçün illik 5 % məbləğində hesablanmaqla 1447 manat təşkil edir. 01.04.2021-ci il tarixli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 022123 nömrəli İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış Aktdan görünür ki, 10.05.2017-cı il tarixli 100/17 №-li Müqavilənin şərtlərinə uyğun olaraq sifarişçi Mühəndis Tikinti Layihə” MMC-nin sifarişi əsasında 1270 manat xidmət haqqı təşkil edən yüklər İcraçı tərəfindən daşınmışdır. 04.02.2019-cu il tarixli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 033987 nömrəli İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış Aktdan görünür ki, 10.05.2017-cı il tarixli 100/17 №-li Müqavilənin şərtlərinə uyğun olaraq sifarişçi Mühəndis Tikinti Layihə” MMC-nin sifarişi əsasında 2000 manat xidmət haqqı təşkil edən yüklər İcraçı tərəfindən daşınmışdır. 27.01.2020-ci il tarixli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 010666 nömrəli İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış Aktdan görünür ki, 10.05.2017-cı il tarixli 100/17 №-li Müqavilənin şərtlərinə uyğun olaraq sifarişçi Mühəndis Tikinti Layihə” MMC-nin sifarişi əsasında 8535 manat xidmət haqqı təşkil edən yüklər İcraçı tərəfindən daşınmışdır. 04.05.2020-ci il tarixli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 012957 nömrəli İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış Aktdan görünür ki, 10.05.2017-cı il tarixli 100/17 №-li Müqavilənin şərtlərinə uyğun olaraq sifarişçi Mühəndis Tikinti Layihə” MMC-nin sifarişi əsasında 4060 manat xidmət haqqı təşkil edən yüklər İcraçı tərəfindən daşınmışdır. 08.06.2021-ci il tarixli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 013717 nömrəli İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış Aktdan görünür ki, 10.05.2017-cı il tarixli 100/17 №-li Müqavilənin şərtlərinə uyğun olaraq sifarişçi Mühəndis Tikinti Layihə” MMC-nin sifarişi əsasında 7200 manat xidmət haqqı təşkil edən yüklər İcraçı tərəfindən daşınmışdır. 03.08.2020-ci il tarixli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 015003 nömrəli İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış Aktdan görünür ki, 10.05.2017-cı il tarixli 100/17 №-li Müqavilənin şərtlərinə uyğun olaraq sifarişçi Mühəndis Tikinti Layihə” MMC-nin sifarişi əsasında 6720 manat xidmət haqqı təşkil edən yüklər İcraçı tərəfindən daşınmışdır. 01.10.2020-ci il tarixli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 016691 nömrəli İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış Aktdan görünür ki, 10.05.2017-cı il tarixli 100/17 №-li Müqavilənin şərtlərinə uyğun olaraq sifarişçi Mühəndis Tikinti Layihə” MMC-nin sifarişi əsasında 3220 manat xidmət haqqı təşkil edən yüklər İcraçı tərəfindən daşınmışdır. 04.11.2020-ci il tarixli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 017948 nömrəli İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış Aktdan görünür ki, 10.05.2017-cı il tarixli 100/17 №-li Müqavilənin şərtlərinə uyğun olaraq sifarişçi Mühəndis Tikinti Layihə” MMC-nin sifarişi əsasında 2510 manat xidmət haqqı təşkil edən yüklər İcraçı tərəfindən daşınmışdır. 01.12.2020-ci il tarixli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 018298 nömrəli İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış Aktdan görünür ki, 10.05.2017-cı il tarixli 100/17 №-li Müqavilənin şərtlərinə uyğun olaraq sifarişçi Mühəndis Tikinti Layihə” MMC-nin sifarişi əsasında 2040 manat xidmət haqqı təşkil edən yüklər İcraçı tərəfindən daşınmışdır. 02.01.2021-ci il tarixli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 019397 nömrəli İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış Aktdan görünür ki, 10.05.2017-cı il tarixli 100/17 №-li Müqavilənin şərtlərinə uyğun olaraq sifarişçi Mühəndis Tikinti Layihə” MMC-nin sifarişi əsasında 1330 manat xidmət haqqı təşkil edən yüklər İcraçı tərəfindən daşınmışdır. 02.03.2021-ci il tarixli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 021211 nömrəli İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış Aktdan görünür ki, 10.05.2017-cı il tarixli 100/17 №-li Müqavilənin şərtlərinə uyğun olaraq sifarişçi Mühəndis Tikinti Layihə” MMC-nin sifarişi əsasında 20 manat xidmət haqqı təşkil edən yüklər İcraçı tərəfindən daşınmışdır. İddiaçı MMC tərəfindən 18.01.2019-cu il tarixli, EAAP seriyalı 311817 nömrəli elektron qaimə üzrə 670,00 manat, 04.02.2019-cu il tarixli, EAAP seriyalı 941788 nömrəli elektron qaimə üzrə 1330,00 manat, 27.01.2020-ci il tarixli, EBAF seriyalı 517626 nömrəli elektron qaimə üzrə 8535,00 manat, 06.05.2020-ci il tarixli, EBAJ seriyalı 540213 nömrəli elektron qaimə üzrə 4060,00 manat, 08.06.2020-ci il tarixli, EBAK seriyalı 868615 nömrəli elektron qaimə üzrə 7200,00 manat, 04.08.2020-ci il tarixli, EBAN seriyalı 169285 nömrəli elektron qaimə üzrə 6720,00 manat, 05.10.2020-ci il tarixli, EBAQ seriyalı 809071 nömrəli elektron qaimə üzrə 3220,00 manat, 05.11.2020-ci il tarixli, EBAS seriyalı 199436 nömrəli elektron qaimə üzrə 2510,00 manat, 01.12.2020-ci il tarixli, EBAT seriyalı 312313 nömrəli elektron qaimə üzrə 2040,00 manat, 05.01.2021-ci il tarixli, EBAV seriyalı 735932 nömrəli elektron qaimə üzrə 1330,00 manat, 02.03.2021-ci il tarixli, EBAY seriyalı 135701 nömrəli elektron qaimə üzrə 20,00 manat, 01.04.2021-ci il tarixli, EBAZ seriyalı 539734 nömrəli elektron qaimə üzrə 1270,00 manat Cavabdeh MMC-yə təqdim edilmişdir. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7, 467, 850.1 və 850.2-ci maddələri). Göründüyü kimi İddiaçı MMC və Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, İddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh göstərilən xidmətlərə görə 6165 manat məbləğində əsas borcu ödəməməklə öz üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı məhkəmədən 19165 manat məbləğində əsas borcun ödənilməsini tələb etsə də, İddiaçı MMC-nin nümayəndəsi izahatında məhkəmə gedişatında Cavabdeh MMC tərəfindən borcun bir hissəsinin ödənildiyini və hazırda 6165 manat məbləğində əsas borcun olduğunu bildirdiyinə görə məhkəmə hesab edir ki, əsas tələb hissəsində iddia qismən təmin edilməli və cavabdehdən 6165 manat məbləğində əsas borc və əvvəlki borc üzrə gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmış 1447 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı MMC Cavabdeh MMC-dən 5000 manat məbləğində əldən çıxmış fayda haqqı tələb etsə də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etmədiyinə görə tələb həmin hissədə rədd edilməlidir. Məhkəmə cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, tənasübsüz surətdə yüksək olan cəriməni azaldaraq 1388 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 5,18%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 5,18%-i, yəni 1,55 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda qeyd olunan sübutları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 6165 manat əsas borc, gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış 1447 manat və 1388 manat cərimə cəmi 9000 manat və dövlət rüsumu kimi ödənilmiş 1,55 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia digər hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 6165 manat əsas borc, gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış 1447 manat, 1388 manat cərimə cəmi 9000 manat və dövlət rüsumu kimi ödənilmiş 1,55 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia digər hissədə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar