Məhkəmə qərarları › İş №e-2-2(113)-3533/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3533/2023

13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3533/2023 13.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Cəfərazdə Şəhriyar Rəhman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh4 MMC, Cavabdeh1, Cavabdeh2, Nümayəndə2 qarşı “müqavilənin ləğv edilməsi, borcun ödənilməsi, lizinq obyektinin geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC və Cavabdeh4 MMC arasında bağlanmış xx.xx.2021 tarixli LM№4xx/xx-2021 saylı daxili maliyyə lizinqi müqaviləsi və həmin müqaviləyə əlavə və dəyişikliyin edilməsi haqqında xx.xx.2021 tarixli LM №4xx-xx-2021-01 saylı razılaşma müqaviləsinin ləğv edilməsi, lizinq müqaviləsi üzrə 21 oktyabr 2022-ci il tarixə olan 31,916 (otuz bir min doqquz yüz on altı) manat borcun cavabdehlər Cavabdeh4 MMC-dən, Cavabdeh1, Cavabdeh2 və Nümayəndə2 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə tutulması, lizinq obyektləri olan – 01 ədəd “Hyundai HX300SL” markalı tırtıllı ekskavator (Seriya: HHKHE859PE0001032; Mühərrik: 82244737, qeydiyyat nömrəsi: 110FA140) və 01 ədəd “Howo ZZ3327N3847E” markalı özüboşaldan yük avtomobili (Şassi: LZZ5DMND4LD598667, Mühərrik: **********77, qeydiyyat nömrəsi: 90JY803) Cavabdeh4 MMC tərəfindən işlək vəziyyətdə "xxxx" QSC-yə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda iddiaçının nümayəndəsi “elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə vəsatət verdiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmaıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" QSC-nin iddia ərizəsi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar