Məhkəmə qərarları › İş №e-2-2(113)-3536/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3536/2022

09.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3536/2022 09.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə Cavabdehin iştirakı olmadan İddiaçı QSC-nin Cavabdeh QSC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 145,312.36 manat əsas borcun, 10,215.62 dəbbə pulunun , 400 manat mediasiya xərcinin, 45.93 manat məhkəmə xərcinin, ümumilikdə isə 155,973.91 manat borcun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında E 11-01/01-21 nömrəli 11 yanvar 2021-ci il tarixli “Gəncə DTX layihəsi üzrə” alqı-satqı müqaviləsi və müqavilənin ayrılmaz tərkib hissəsi olan eyni tarixli Əlavə 1 adlandırılan “X1” bağlanmışdır. Bu razılaşma Protokoluna əsasən, sifariş edilən malların xarici ölkədən idxal olunacağı nəzərə alınaraq tərəflər arasında müqavilə dəyəri (ƏDV daxil) 306.800.00 ABŞ Dolları məbləğində təsdiq edilmişdir. Bundan sonra alqı-satqı müqaviləsi şərtləri və Əlavə 1 əsasında cavabdehə xx.xx.2021-ci il tarixli BC-TA-S-İNV-21-02412 nömrəli Təhvil-təslim Aktları əsasında 234.151.83 AZN dəyərində, xx.xx.2021-ci il tarixli BC-TA-S-İNV-21-03477 nömrəli Təhvil-təslim Aktları əsasında 280.336.46 AZN dəyərində və xx.xx.2021-ci il tarixli BC-TA-S-İNV-21-04890 nömrəli Təhvil-təslim Aktları əsasında 5.192.00 AZN dəyərində olan kompyuter avadanlıqları təqdim olunmuşdur. Əfsuslar olsun ki, “İcraçı” İddiaçı şirkəti öz öhdəliklərini tam icra etsə də, müqavilə üzrə “Sifarişçi” olan “FASAD-F" QSC yaratdığı 204.312.36 AZN borcunu 1ildə yuxarı olan müddətdə ödəməməklə öhdəliklərini pozmaqda davam etmişdir. Bu məsələ ilə bağlı Cavabdeh QSC-nin təsisçisi, rəhbərliyi və digər məsul şəxsləri ilə keçirilən görüşlər və telefon zəngləri müsbət nəticə verməmişdir. Bu müddətdə iddiaçı və cavabdeh şirkətlər hüquqi təşkilatı formasını dəyişərək QSC-ə çevrilmələri nəzərə alınaraq, tərəflərin rəhbərləri və baş mühasibləri arasında 2022-ci ilin aprel ayının sonunda “Qarşılıqlı borcların üzləşdirilməsi” AKT-ı imzalanaraq yuxarıda qeyd edilən 204.312.36 AZN borc məbləği cavabdeh tərəfinizdən rəsmi qaydada qəbul və etiraf edilmişdir. Bundan sonra cavabdeh bir dəfə xx.xx.2022-ci il tarixdə qalıq borcundan 59.000 AZN hissəsini bank hesabımıza köçürməklə qismən ödəniş etmişdir. Cavabdeh QSC-yə göndərilən Pretenziya məktubu üzrə də borcun könüllü qaydada bağlanması ilə bağlı son xəbərdarlıq müddəti başa çatdığından, hazırkı kommersiya mübahisəsinin ilk olaraq məhkəmədən kənar qaydada “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə və Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə tərəfimizdən 400 AZN İMS(ilkin mediasiya sessiyası) xərci ödənilməklə tərəflərin nümayəndələri və mediatorun iştirakı ilə baxılmışdır. Tərəflər arasında “Mediasiya qaydasında barışıq sazişi” əldə etmək mümkün olmadığından, mediator F.S.Mehdiyev tərəfindən “ilkin X2 X3 Bilməməsi Barədə" xx.xx.2022-ci il tarixli № MŞB/9- 0048 nömrəli Arayış tərtib edilərək nümayəndəyə təqdim edilmişdir. Tərəflər arasında bağlanan müqavilənin 5-ci maddəsinin 5.1 -ci bəndinə əsasən, “Alıcı” müqavilə məbləğinin 100%-ni, avadanlıq ona təhvil verildikdən sonra 7 bank günü müddətində “Satıcı”nın hesabına ödəməlidir. “Alıcı” tərəfə BC-TA-S-İNV-21-04890 nömrəli Təhfil-təslim Aktları əsasında 3-cü dəfə (sonuncu) 5.192.00 AZN dəyərində olan kompyuter avadanlıqları xx.xx.2021-ci il tarixdə təqdim olunduğunu nəzərə alsaq, cavabdeh tərəf xx.xx.20221-ci il tarixinə müqavilə dəyərinin 100%-zi iddiaçı şirkətə ödənilməsi təmin etməli idi. Lakin əfsuslar olsun ki, Cavabdeh QSC 204.312.36 AZN borc məbləğini xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il (sonuncu dəfə qismən ödəniş olunduğu) tarixədək = 396 gün müddətində, yerdə qalan 145.312.36 AZN hissəsini isə hal-hazırki tarixədək qərəzli şəkildə gecikdirməkdə davam edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Satıcı qismində İddiaçı QSC və alıcı qismində Cavabdeh QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, E11-01/01-21 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında alıcıya 1 nömrəli Əlavədə göstərilən ümumi qiyməti ƏDV daxil olmaqla 306,800 ABŞ dolları olan malları satmağı öhdəsinə götürür. Göndərilmiş mallar bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, satıcı aşkar olunan qüsurların bu müqavilədə göstərilmiş qaydada və müddətlərdə aradan qaldırılmasına təminat verir. 1.4. Satıcı müqavilə (Gəncə DTX Layihəsi üzrə) imzalandıqdan sonra 1 nömrəli Əlavədə göstərilən malları 4-6 həftə ərzində alıcıya təhvil verir. 5.1. Alıcı müqavilə məbləğinin 100%-ni avadanlıq təhvil verildikdən sonra 7 bank günü müddətində satıcının hesabına ödəməlidir. Bütün ödənişlər nağdsız qaydada köçürmə yolu ilə aparılır. - İddiaçı QSC-nin və Cavabdeh QSC-nin nümayəndələri tərəfindən imzalanmaqla tərtib edilmiş xx.xx.2021-ci il tarixli, BC-TA-S-İNV-21-02412 nömrəli təhvil-təslim aktına əsasən İddiaçı QSC tərəfindən 234,151.83 manat məbləğində, xx.xx.2021-ci il tarixli, BC-TA-S-İNV- 21-03477 nömrəli təhvil-təslim aktına əsasən 280,336.46 manat məbləğində, xx.xx.2021-ci il tarixli, BC-TA-S-İNV-21-04890 nömrəli təhvil-təslim aktına əsasən 5,192 manat məbləğində avadanlıqlar Cavabdeh QSC-yə təhvil verilmişdir, avadanlıqlar yenidir və heç bir qüsuru yoxdur. -İddiaçı QSC-nin və Cavabdeh QSC-nin nümayəndələri tərəfindən imzalanmaqla və hüquqi şəxslərin möhürü vurulmaqla tərtib edilmiş qarşılıqlı borcların üzləşdirilməsi aktından görünür ki, Cavabdeh QSC-nin xx.xx.2022-ci il tarixinə borc məbləği 204,312.36 manat təşkil edir. - İddiaçı QSC tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh QSC-yə pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlanaraq, 204,312.36 manat məbləğində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. - İddiaçı QSC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 18/07 nömrəli arayışda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixli “X4 BC-TA-S-İNV-21-03477” saylı sənəd üzrə təhvil verilmiş 280.336.46 manat dəyərində olan mallara görə cavabdeh tərəfindən 200,600 manat məbləğində (xx.xx.2021-ci il tarixdə 141,600 manat, xx.xx.2022-ci il tarixdə 9000 manat, xx.xx.2022-ci il tarixdə 50,000 manat), xx.xx.2021-ci il tarixli təhviltəslim sənədi BC-TA-S-İNV-21-02412 saylı sənəd üzrə təhvil verilmiş 234,151.83 manat dəyərində olan mallara görə cavabdeh tərəfindən cəmi 173,767.93 manat məbləğində (xx.xx.2021-ci il tarixdə 97.260.93 manat, xx.xx.2021-ci il tarixdə 17,507 manat, xx.xx.2021-ci il tarixdə 35,400 manat, xx.xx.2021-ci il tarixdə 23,600 manat) ödəniş həyata keçirilmişdir. xx.xx.2021-ci il tarixli təhvil-təslim sənədi BC-TA-S-İNV-21-04890 saylı sənəd üzrə təhvil verilmiş 5,192 manat dəyərində mallar üzrə isə cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsindən irəli gəlir Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya alğısatqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, E 11-01/01-21 nömrəli alğı-satqı müqavilə üzrə xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə 234,151.83 manat məbləğində, xx.xx.2021-ci il tarixli akta əsasən 280,336.46 manat məbləğində, xx.xx.2021-ci il tarixli akta əsasən 5192 manat məbləğində avadanlıqlar təhvil verilmişdir. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli akt üzrə 200,600 manat və xx.xx.2021-ci il tarixli akt üzrə 173,767.93 manat məbləğində ödənişlər edilmiş, ümumilikdə 145,312.36 manat məbləğində borc ödənilməmiş qalmışdır. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 146,312.36 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 145,312.36 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı eyni zamanda iddia tələbində cavabdehdən 10,215.62 manat məbləğində dəbbə pulunun tutuımasını xahiş edir. Məlum olduğu kimi, MM dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq Cavabdehdən İddiaçının xeyrinə 5000 (beş min) manat məbləğində dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mediasiya sesiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində mediasiya xərci, eyni zamanda 45.93 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh QSC-dən 145,312.36 manat əsas borc, 5000 manat dəbbə pulu, 400 manat mediasiya xərci və 45.93 manat dövlət rüsumu olmaqla, ümumilikdə 150,758.29 (yüz əlli min yeddi yüz əlli səkkiz manat iyirmi doqquz qəpik) manat tutularaq İddiaçı QSC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar