Məhkəmə qərarları › İş №e-2-2(113)-3540/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3540/2025

18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3540/2025 18.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Nümayəndə cavabdeh "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialına qarşı “pul tələbinə” dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh tərəfindən ödənilməmiş 39571,43 manat pul vəsaitinin onun xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə etmişdir. Tərəflər xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə barışıq sazişi, eyni zamanda yazılı ərizələr təqdim edərək aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Tərəflər arasında bağlanmaqla fiziki şəxs və hüquqi şəxsin nümayəndəsi (direktoru) tərəfindən imzalanmış və hüquqi şəxsin möhürü ilə təsdiqlənmiş 18 iyun 2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə aralarında razılığa gəlmişlər: Bir tərəfdən fiziki şəxs Nümayəndə (VÖEN: **********) şəxsində (bundan sonra “İddiaçı), digər tərəfdən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azerbaycan Respublikasındakı Filialının (VÖEN: **********) rəhbəri Serkan Özer şəxsində (bundan sonra “Cavabdeh”) aşağıdakı məzmunda birgə razılığa gələrək tərəflər bu “Saziş”i bağladılar: 1.Sazişin məzmunu: 1.1 “İddiaçı”nın “Cavabdeh”ə qarşı Bakı Kommersiya Məhkəməsində e-2-2(113)- 3540/2025 saylı iş üzrə kommersiya mübahisəsi üzrə pul tələbinə dair iddia qaldırmışdır. Qeyd olunan iddia tələbi üzrə “İddiaçı”“Cavabdeh” L-XM-053/22-3 nömrəli, xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi əsasında yaranmış xx.xx.2023 tarixli EBDV 507794 qaimə üzrə qalıq 13333.33 manat və xx.xx.2024 tarixli EBED 472916 qaimə üzrə 13571.43 manat, xx.xx.2024 tarixli EBED 473082 seriyalı qaimə üzrə 12666.67 manat olmaqla, toplam 39571.43 manat məbləğində borcun pulun tutulmasını məhkəmədən xahiş etmişdir. 1.2. “Saziş” üzrə "Cavabdeh” 39571.43 (səksən bir min səkkiz yüz altmış manat qırx beş qəpik) manat əsas borcun ödənilməsi barədə “İddiaçı”ilə razılığa gəlir. 1.3. “Cavabdeh” “İddiaçı”ya olan elektron qaimə fakturalar üzrə borcunun olduğunu etiraf edir və ümumilikdə, 39571.43 (otuz doqquz min beş yüz yetmiş bir manat qırx üç qəpik) manat borc məbləğini ödəniş qrafıkinə uyğun formada hissə-hissə ödəməyi öhdəsinə götürür, “İddiaçı” isə qeyd olunan təkliflə razılaşır. Ödəniş qrafiki “Saziş”in 2-ci maddəsində öz əksini tapmışdır.

2. Ödəniş qrafiki:

№ Ödəniş tarixi: Ödəniş məbləği: xx/xx/2025 13.190,45 AZN 1 xx/xx/2025 13.190,45 AZN 2 3 xx/xx/2025 13.190,45 AZN

TOPLAM: 39571.43 AZN (otuz doqquz min beş yüz yetmiş bir manat qırx üç qəpik)

3.Hüquq və öhdəliklər: 3.1.“Cavahdeh” öhdəsinə götürür ki, “Saziş” üzrə ödənişləri vaxtlı-vaxtında edəcəkdir. 3.2.Bu sazişin şərtlərinə əsasən “Cavabdeh”in yuxarıda qeyd edilmiş qrafıkə uyğun “İddiaçı”ya ödəməli olduğu borc məbləğləri “İddiaçı” əvəzinə üçüncü şəxslər tərəfindən də ödənilə bilər. 3.3.“Saziş”in imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar “Tərəflər” üçün yalnız Sazişin şərtləri etibarlı olur. 3.4.“Saziş”in imzalanması sadəcə bu “Saziş”lə əhatə olunan məsələlərə aiddir və “Tərəflər” arasında digər irad və tələblərə aid edilmir. 3.5. Bu “Saziş”də nəzərdə tutulan hallar istisna olmaqla, “Tərəflər” hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu “Saziş”in bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər. 3.6. “Tərəflər” razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.7. “Tərəflər” razılaşırlar ki, hazırkı “Saziş”dəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.

4. Konfidensiallıq: 4.1. “Tərəflər” aldığı konfıdensial kimi qeyd edilmiş məlumatların məxfiliyini təmin etməli və həmin məlumatların açıqlanmasının qarşısını almaq üçün zəruri tədbirləri həyata keçirməlidir. 4.2. Konfıdensial məlumatın hazırkı “Saziş”ə xaric olan digər tərəflərə ötürülməsi, məlumatların nəşri və ya digər üsulla açıqlanması, qanunvericiliklə nəzərdə tutulan hallar istisna olmaqla, yalnız “Tərəflərim qarşılıqlı yazılı razılığı ilə aparıla bilər. 4.3. “Tərəflər” hazırki öhdəliyi “Saziş”in imzalandığı andan üzərilərinə götürürlər. “Saziş”in başa çatması “Tərəflər”in hazırki öhdəliyinə təsir etməyəcək.

5. Əlavələr və düzəlişlər: 5.1. “Tərəflər”in qarşılıqlı razılığı əsasında hazırkı Müqaviləyə, onun ayrılmaz hissəsi olan ayrı-ayrı “Əlavə”lərə müvafiq qaydada rəsmiləşdirilən, dəyişikliklər və əlavələr edilə bilər. “Tərəflər” imzaladığı andan “Əlavə”lər hüquqi qüvvəyə minir. 5.2. “Tərəflər” razılığa gəlirlər ki, “Tərəflər”m birinin yazılı razılığı olmadan “Saziş”ə dəyişiklik edilə bilməz. “Saziş”in hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə “Tərəflər” razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır.

6. Mübahisələrin həlli: 6.1. Hazırkı “Saziş” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq nizamlanmalı və təfsir olunmalıdır. 6.2. Hazırkı “Saziş”dən irəli gələn və ya ona aid olan hər hansı mübahisə və ya fikir ayrılığı, yaxud onun şərtlərinin pozulması “Tərəflər” arasında öncə danışıqlar yolu ilə həll edilməlidir. 6.3. Mübahisələr danışıqlar yolu ilə həll oluna bilinmədiyi təqdirdə “Tərəflər” aidiyyəti yurisdiksiyalı məhkəməyə, icra orqanlarına müraciət etmək hüququndan istifadə edəcəklər.

7. Fors major: 7.1. “Tərəflər” bu “Saziş”lə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, “Tərəflər”in iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, “Tərəflər”in münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu “Saziş”in icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir. 7.2. Yuxarıdakı “Saziş”in icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır. 7.3. Fors-major hallarının təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 5 (beş) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir. 7.4. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən Tərəf Saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir. Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır.

8. Müqavilənin müddəti: 8.1.“Saziş” imzalandığı və məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən “Tərəflər” üçün məcburi xarakter daşıyır. “Saziş” tam imzalandığı gündən və müvafiq olaraq məhkəmə tərəfindən təsdiq edildiyi müddətdən etibarən qrafıkə uyğun şəkildə icra olunmalıdır. Sənədlərin imzalanmasında elektron vasitələrlə mübadiləsinə yol verilir. 8.2. “Tərəflər” bu “Sazişi” mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə bağlaya bilər. 8.3. Bu “Saziş” 3 (üç) nüsxədə, Azərbaycan dillərində tərtib edilmişdir. Nüsxələrin bir “Bakı Kommersiya Məhkəməsi”nə təsdiq edilmək üçün təqdim ediləcək, digər iki nüsxəsi isə “Tərəflər”də saxlanılacaqdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq və təqdim edilmiş barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, sözügedən barışıq sazişi qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Nümayəndə cavabdeh "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialına qarşı “pul tələbinə” dair iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: 1.Sazişin məzmunu: 1.1 “İddiaçı”nın “Cavabdeh”ə qarşı Bakı Kommersiya Məhkəməsində e-2-2(113)- 3540/2025 saylı iş üzrə kommersiya mübahisəsinə dair “pul tələbinə” dair iddia qaldırmışdır. Qeyd olunan iddia tələbi üzrə “İddiaçı”“Cavabdeh” L-XM-053/22-3 nömrəli, xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi əsasında yaranmış xx.xx.2023 tarixli EBDV 507794 saylı qaimə üzrə qalıq 13333,33 manat və xx.xx.2024 tarixli EBED 472916 saylı qaimə üzrə 13571,43 manat, xx.xx.2024 tarixli EBED 473082 seriyalı qaimə üzrə 12666,67 manat olmaqla, toplam 39571,43 manat məbləğində borc pulun tutulmasını məhkəmədən xahiş etmişdir. 1.2. “Saziş” üzrə "Cavabdeh” 39571,43 manat əsas borcun ödənilməsi barədə “İddiaçı”ilə razılığa gəlir. 1.3. “Cavabdeh” “İddiaçı”ya olan elektron qaimə-fakturalar üzrə borcunun olduğunu etiraf edir və ümumilikdə, 39571,43 (otuz doqquz min beş yüz yetmiş bir manat qırx üç qəpik) manat borc məbləğini ödəniş qrafıkinə uyğun formada hissə-hissə ödəməyi öhdəsinə götürür, “İddiaçı” isə qeyd olunan təkliflə razılaşır.

2. Ödəniş qrafiki: № Ödəniş tarixi: Ödəniş məbləği: xx/xx/2025 13.190,45 AZN 1 xx/xx/2025 13.190,45 AZN 2 3 xx/xx/2025 13.190,45 AZN TOPLAM: 39571.43 AZN (otuz doqquz min beş yüz yetmiş bir manat qırx üç qəpik)

3.Hüquq və öhdəliklər: 3.1.“Cavahdeh” öhdəsinə götürür ki, “Saziş” üzrə ödənişləri vaxtlı-vaxtında edəcəkdir. 3.2.Bu sazişin şərtlərinə əsasən “Cavabdeh”in yuxarıda qeyd edilmiş qrafikə uyğun “İddiaçı”ya ödəməli olduğu borc məbləğləri “İddiaçı” əvəzinə üçüncü şəxslər tərəfindən də ödənilə bilər. 3.3.“Saziş”in imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar “Tərəflər” üçün yalnız Sazişin şərtləri etibarlı olur. 3.4.“Saziş”in imzalanması sadəcə bu “Saziş”lə əhatə olunan məsələlərə aiddir və “Tərəflər” arasında digər irad və tələblərə aid edilmir. 3.5. Bu “Saziş”də nəzərdə tutulan hallar istisna olmaqla, “Tərəflər” hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu “Saziş”in bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər. 3.6. “Tərəflər” razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.7. “Tərəflər” razılaşırlar ki, hazırkı “Saziş”dəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.

4. Konfidensiallıq: 4.1. “Tərəflər” aldığı konfıdensial kimi qeyd edilmiş məlumatların məxfiliyini təmin etməli və həmin məlumatların açıqlanmasının qarşısını almaq üçün zəruri tədbirləri həyata keçirməlidir. 4.2. Konfıdensial məlumatın hazırkı “Saziş”ə xaric olan digər tərəflərə ötürülməsi, məlumatların nəşri və ya digər üsulla açıqlanması, qanunvericiliklə nəzərdə tutulan hallar istisna olmaqla, yalnız “Tərəflərim qarşılıqlı yazılı razılığı ilə aparıla bilər. 4.3. “Tərəflər” hazırki öhdəliyi “Saziş”in imzalandığı andan üzərilərinə götürürlər. “Saziş”in başa çatması “Tərəflər”in hazırki öhdəliyinə təsir etməyəcək.

5. Əlavələr və düzəlişlər: 5.1. “Tərəflər”in qarşılıqlı razılığı əsasında hazırkı Müqaviləyə, onun ayrılmaz hissəsi olan ayrı-ayrı “Əlavə”lərə müvafiq qaydada rəsmiləşdirilən, dəyişikliklər və əlavələr edilə bilər. “Tərəflər” imzaladığı andan “Əlavə”lər hüquqi qüvvəyə minir. 5.2. “Tərəflər” razılığa gəlirlər ki, “Tərəflər”m birinin yazılı razılığı olmadan “Saziş”ə dəyişiklik edilə bilməz. “Saziş”in hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə “Tərəflər” razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır.

6. Mübahisələrin həlli: 6.1. Hazırkı “Saziş” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq nizamlanmalı və təfsir olunmalıdır. 6.2. Hazırkı “Saziş”dən irəli gələn və ya ona aid olan hər hansı mübahisə və ya fikir ayrılığı, yaxud onun şərtlərinin pozulması “Tərəflər” arasında öncə danışıqlar yolu ilə həll edilməlidir. 6.3. Mübahisələr danışıqlar yolu ilə həll oluna bilinmədiyi təqdirdə “Tərəflər” aidiyyəti yurisdiksiyalı məhkəməyə, icra orqanlarına müraciət etmək hüququndan istifadə edəcəklər.

7. Fors major: 7.1. “Tərəflər” bu “Saziş”lə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, “Tərəflər”in iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, “Tərəflər”in münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu “Saziş”in icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir. 7.2. Yuxarıdakı “Saziş”in icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır. 7.3. Fors-major hallarının təsirinə məruz qalan “Tərəf” digər “Tərəf”i belə halların baş verdiyi gündən 5 (beş) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir. 7.4. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən “Tərəf” “Saziş” üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir. Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş “Tərəf” tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır.

8. Müqavilənin müddəti: 8.1.“Saziş” imzalandığı və məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən “Tərəflər” üçün məcburi xarakter daşıyır. “Saziş” tam imzalandığı gündən və müvafiq olaraq məhkəmə tərəfindən təsdiq edildiyi müddətdən etibarən qrafıkə uyğun şəkildə icra olunmalıdır. Sənədlərin imzalanmasında elektron vasitələrlə mübadiləsinə yol verilir. 8.2. “Tərəflər” bu “Sazişi” mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə bağlaya bilər. İddiaçı Nümayəndə cavabdeh "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialına qarşı “pul tələbinə” dair iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar