Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3548/2020 16.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı borcun ödənilməsi tələbi üzrə kiçik iddialar üzrə sadələşdirilmiş icraat barədə kommersiya mübahisəsinə dair ərizəyə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMCdən əsas vəsait 2232 manat və hər il üçün gecikdirilmiş illik beş faiz hesablanmaqla 111 manat olmaqla ümumilikdə 2343 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh “xxxx” MMC (VÖEN: **********) ilə aralarında xx.xx.2019-cu il tarixdə LMC 01/19/01 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən İcraçı (İddiaçı MMC) Sifarişçinin (“xxxx” MMC) tapşırığı əsasında Sifarişçinin Bakı şəhəri, Heydər Əliyev prospekti 109 ünvanında yerləşən “X4” və Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X1” layihələrində çalışan bütün işçiləri, qonaqları hər iş günü Sifarişçi ilə əvvəlcədən razılaşdırılmış qaydada, menyu çərçivəsində, vaxtda və keyfiyyətdə kompleks nahar (günorta) yeməyi ilə təmin edir və Sifarişçi bu Xidmətlər müqabilində İcraçıya müvafiq haqq ödəyir. Müqaviləyə əsasən tərəflərindən aşağıda göstərilən elektron qaimələr əsasında (xx.xx.2020-cı il tarixdə elektron qaimə EBAJ 434810-məbləğ 391,5 manat, xx.xx.2020-cı il tarixdə elektron qaimə EBAJ 434646-məbləğ 1210,5 manat, xx.xx.2020-cı il tarixdə elektron qaimə EBAK 616825-məbləğ 396 manat, xx.xx.2020-cı il tarixdə elektron qaimə EBAK 761854-məbləğ 2371,5 manat, xx.xx.2020-cı il tarixdə elektron qaimə EBAL 858851-məbləğ 319,5 manat, xx.xx.2020-cı il tarixdə elektron qaimə EBAL 858874-məbləğ 1912,5 manat) 6601,5 manat (ƏDV-siz) məbləğində xidmət göstərilmişdir. Həmin 6601,5 manat vəsaitin 4369,5 manatını cavabdehə pretenziya məktubu göndərdikdən sonra onlara ödənilmişdir. Lakin qalan 2232 manat vəsait bugünki günə kimi “xxxx” MMC tərəfindən şirkətlərinə ödənilməmişdir. Artıq xeyli müddətdir ki, yuxarıda göstərilən borcun ödənilməsinin təmin ediləcəyi barədə onlara dəfələrlə vəd verilsə də bugünki günədək sözügedən borcun tam ödənilməsi təmin olunmamışdır. Qeyd olunan bu vəziyyət isə onların da kreditorlar qarşısında olan öhdəliklərinin gecikməsinə və bunun da kreditorlarının onlara qarşı olan haqlı iddialarına səbəb olmuşdur. Bundan əlavə bildirmək istəyirlər ki, onlara olan borcun ödənilməsinin təmin edilməsi üçün cavabdeh müəssisənin aidiyəti məsul əməkdaşları ilə aralarında danışıqlar aparılsa da, bu danışıqlar müsbət nəticə vermədiyindən, tərəflərindən cavabdeh müəssisəyə xx.xx.2020-ci il tarixində pretenziya məktubu göndərilərək onlara olan borcun tam ödənilməsinin təmin olunması cavabdeh təşkilatdan xahiş edilmişdir. Lakin bugünədək sözügedən pretenziyaya bu və ya digər cavab verilməmişdir. Buna görə də hazırki iddia ilə məhkəməyə müracət olunması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-4.1.4. ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa. 284-4.2-ci maddəsinə əsasən, bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə olduqda məhkəmə həmin ərizənin qəbul olunmasında imtina edir. İddia ərizəsində cavabdeh tərəfindən müəyyən ödənişlərin edildiyini və 2232 manat və hər il üçün gecikdirilmiş illik beş faiz hesablanmaqla 111 manat cərimə olmaqla, cəmi 2343 manat borcun ödənilməsi tələb olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, tələb olunan cərimə borcla bağlı tələbetmə hüququ barədə mübahisə olduğundan iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş və elektron informasiya sistemində yerləşdirilmiş sənədləri nəzərdən keçirən məhkəmə, verilmiş tələbi təsdiq edən sənədlər, pretenziya və iddia ərizəsinin cavabdehlər tərəfindən almasını təsdiq edən sənədləri və iddia ərizəsini imzalamış X2 iddia ərizəsini imzalamaq səlahiyyəti verən etibarnamə iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 150.0.3, 150.0.4, 150.0.5-ci və 150.0.7-ci maddələrə əsasən, müvafiq olaraqiddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri və müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-in 263, 264-cü maddələrinə əsasən, QƏT E T D İ M: İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı borcun ödənilməsi tələbi üzrə kiçik iddialar üzrə sadələşdirilmiş icraat barədə kommersiya mübahisəsinə dair ərizənin qəbul olunmasında imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən ********* nömrəli, xx.xx.2020-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı MMC-yə izah edilsin ki, kiçik iddialar üzrə sadələşdirilmiş icraat barədə kommersiya mübahisəsinə dair ərizənin qəbul edilməsindən imtina olunması onun həmin tələb üzrə iddia icraatı qaydasında ərizə verməsinə mane olmur. Həmçinin İddiaçı MMC-yə o da izah edilsin ki, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (poçt qəbzi), eləcə də iddia ərizəsinin alınması barədə sübut (poçt qəbzi) iddia ərizəsinə əlavə edildikdən sonra təkrarən məhkəməyə iddia icraatı qaydasında müraciət oluna bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3548/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3548/2020
16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver