Məhkəmə qərarları › İş №e-2-2(113)-3554/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3554/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3554/2024 26.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, göndərmə müqaviləsi, illik beş faiz) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 12 dekabr 2022-ci il tarixli, 274 AMP/2022 nömrəli alqı-satqı müqaviləsi üzrə 52 720.16 manat dəyərində əsas borc məbləği müqavilənin 10.6-cı maddəsinə əsasən 5,272.01 manat gecikdirmə faizi, 3104.6 illik 5 % miqdarında gecikdirmə faizi, ümumilikdə 61,096.78 manat yekun borc məbləğinin, eləcə də iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilən 274 manat, hüquqi yardım üçün ödənilmiş 300 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 12 dekabr 2022-ci il tarixli, 274 AMP/2022 nömrəli Alqı-satqı Müqaviləsi imzalanmışdır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Tərəflər arasında imzalanmış X3 və Təhvil - Təslim Aktlarına əsasən elektron qaimələr üzrə Mallar Satıcı tərəfindən Alıcıya təhvil verilmiş və Alıcı tərəfindən təhvil alınmışdır: 16 fevral 2023-cü il tarixli, EBCP seriyalı, 031405 nömrəli elektron qaimə-fakturaya əsasən 259.60 manat; 24 fevral 2023-cü il tarixli, EBDA seriyalı, 517982 nömrəli elektron qaiməfakturaya əsasən 1 298 manat; 15 mart 2023-cü il tarixli, EBDB seriyalı, 809957 nömrəli elektron qaimə-fakturaya əsasən 10 253.14 manat; 16 mart 2023-cü il tarixli, EBDB seriyalı, 884595 nömrəli elektron qaimə-fakturaya əsasən 94.40 manat; 16 mart 2023-cü il tarixli, EBDB seriyalı, 867405 nömrəli elektron qaimə-fakturaya əsasən 2 039.04 manat; 17 mart 2023-cü il tarixli, EBDB seriyalı, 941365 nömrəli elektron qaimə-fakturaya əsasən 91.33 manat; 27 mart 2023-cü il tarixli, EBDC seriyalı, 198903 nömrəli elektron qaiməfakturaya əsasən 920.28 manat; 27 mart 2023-cü il tarixli, EBDC seriyalı, 078940 nömrəli elektron qaimə-fakturaya əsasən 27 703.69 manat; 17 iyun 2023-cü il tarixli, EBDİ seriyalı, 090478 nömrəli elektron qaimə-fakturaya əsasən 10 060.68 manat. Odur ki, yuxarıda qeyd olunanlara əsasən, 52 720.16 manat dəyərində əsas borc məbləği Müqavilənin 10.6cı maddəsinə əsasən 5,272.016 azn cərimə Alıcı tərəfindən Satıcıya bu günədək ödənilməmiş və Alıcı tərəfindən tərəflər arasında imzalanmış Müqavilə üzrə öhdəliklər pozulmuşdur. Belə ki, iddaçı öhdəliyin icra edilməməsi ilə bağlı qeyd edir ki, iddiaçı öz öhdəliyini icra etdiyi halda öhdəliyin qarşılıqlı icrası vaxtı çatmış və Cavabdeh MMC isə müqavilədə nəzərdə tutulmuş öhdəliyini tam və vaxtında icra etməmişdir. Beləliklə, iddiaçı Mülki Məcəllənin 441.4-cü maddəsinə əsasən, öhdəliyin icrasını həyata keçirilməsini tələb edir. Həmçinin, İddaçı qeyd edir ki, cavbdeh CavabdehMMC öhdəliyinin icrası vaxtını gecikdirməklə ona ziyan vurmuşdur. Ona görə də iddaçı pul öhdəliyinin gecikdirilməsi ilə Mülki Məcəlləyə uyğun olaraq illik 5 % miqdarında gecikdirmə faizini tələb etməkdə haqlıdır. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 12 dekabr 2022-ci il tarixli, 274 AMP/2022 nömrəli Alqı-satqı Müqaviləsinin 6.3-cü maddəsində göstərilmişdir ki, Müqavilə müddətinin bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə müqavilə müddəti daha 1 müddətinə uzadılmış hesab edilir. Müqavilə şərtlərinə əsasən alıcı satıcı tərəfindən malları müqavilə şərtlərinə uyğun olaraq satıcıya təhvil verməsi və müvafiq sənədləşdirmələri aparmasına baxmayaraq malların dəyərinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə 0.01% məbləğində dəbbə pulu ödəyəcək. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 441.4, 442, 443.1, 445.7, 448.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, direktoru Nümayəndə iddia tələbini qismən qəbul etmiş, 44.000 manat məbləğində malları əldə etdiyini, həmin mallara görə qismən nağd formada ödəniş etdiyini, hazırda 15.800 manat məbləğində borcu qaldığını bildirmişdir. Sədrlik edənin suallarına cavab olaraq cavabdeh təqdim edilən sənədlərdəki imzaları mübahisələndirmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İddiaçı (Satıcı) və Cavabdeh (“Alıcı”) arasında imzalanmış 12 dekabr 2022-ci il tarixli 274 AMP/2022 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən satıcı bu müqavilədə müəyyən olunmuş şərtlərlə müxtəlif çeşidli avadanlıqları və malları alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 1.2-ci maddəsinə əsasən müqavilə ilə nəzərdə tutulmuş malın hər bir partiya üzrə miqdarı, çeşidi, qiyməti və təhvil verilməsi müddəti bu müqavilənin ayrılmaz hissəsi sayılan X4 əsasən müəyyən edilir. 3.1-ci maddəsinə əsasən alıcı bu müqavilənin şərtlərinə uyğun qaydada təhvil verilmiş malın dəyərini ödəməlidir. 4.1-ci maddəsinə əsasən müqavilə üzrə hesablaşma, bu müqavilənin və müvafiq X2 şərtlərinə uyğun mal təhvil verildikdən əvvəl qanunvericiliyə uyğun qaydada təsdiq edilmiş elektron qaimə-fakturaya və ona uyğun qaydada təqdim edilmiş hesab-fakturaya əsasən, 5 (beş) iş günü ərzində köçürmə yolu ilə aparılır. 6.1-ci maddəsinə əsasən bu Müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2023-cü il tarixinə kimi qüvvədədir. 10.5 və 10.6-cı maddələrinə əsasn alıcı satıcı tərəfindən malları müqavilə şərtlərinə uyğun olaraq satıcıya təhvil verməsi və müvafiq sənədləşdirmələri aparmasına baxmayaraq malların dəyərinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə 0,01% (sıfır tam yüzdə bir faizi) məbləğində dəbbə pulu ödəyəcək. Bu müqavilə üzrə ödəniləcək cərimələrin ümumi məbləği malların qiymətinin 10%-dən (on faizindən) artıq olmamalıdır. 12 dekabr 2022-ci il tarixli 274 AMP/2022 nömrəli alqı-satqı müqaviləsinə Əlavə 1 saylı tərtib edilmiş edilmiş X1 görünür ki, xx.xx.2023-cü il tarixinə tərəflər arasında müxtəlif adlı və ölçülü malların qiymətinin dəyəri ümumilikdə ƏDV daxil 1509,22 manat razılaşdırılmışdır. 12 dekabr 2022-ci il tarixli 274 AMP/2022 nömrəli alqı-satqı müqaviləsinə Əlavə 2 saylı tərtib edilmiş edilmiş X1 görünür ki, xx.xx.2023-cü il tarixinə tərəflər arasında müxtəlif adlı və ölçülü malın qiymətinin dəyəri ümumilikdə ƏDV daxil 259,60 manat razılaşdırılmışdır. 12 dekabr 2022-ci il tarixli 274 AMP/2022 nömrəli alqı-satqı müqaviləsinə Əlavə 3 saylı tərtib edilmiş edilmiş X1 görünür ki, xx.xx.2023-cü il tarixinə tərəflər arasında müxtəlif adlı və ölçülü malın qiymətinin dəyəri ümumilikdə ƏDV daxil 1059,52 manat razılaşdırılmışdır. 12 dekabr 2022-ci il tarixli 274 AMP/2022 nömrəli alqı-satqı müqaviləsinə Əlavə 4 saylı tərtib edilmiş edilmiş X1 görünür ki, xx.xx.2023-cü il tarixinə tərəflər arasında müxtəlif adlı və ölçülü malların qiymətinin dəyəri ümumilikdə ƏDV daxil 149,86 manat razılaşdırılmışdır. 12 dekabr 2022-ci il tarixli 274 AMP/2022 nömrəli alqı-satqı müqaviləsinə Əlavə 5 saylı tərtib edilmiş edilmiş X1 görünür ki, xx.xx.2023-cü il tarixinə tərəflər arasında müxtəlif adlı və ölçülü malların qiymətinin dəyəri ümumilikdə ƏDV daxil 471,65 manat razılaşdırılmışdır. 12 dekabr 2022-ci il tarixli 274 AMP/2022 nömrəli alqı-satqı müqaviləsinə Əlavə 6 saylı tərtib edilmiş edilmiş X1 görünür ki, xx.xx.2023-cü il tarixinə tərəflər arasında müxtəlif adlı və ölçülü malların qiymətinin dəyəri ümumilikdə ƏDV daxil 1368,80 manat razılaşdırılmışdır. 12 dekabr 2022-ci il tarixli 274 AMP/2022 nömrəli alqı-satqı müqaviləsinə Əlavə 7 saylı tərtib edilmiş edilmiş X1 görünür ki, xx.xx.2023-cü il tarixinə tərəflər arasında müxtəlif adlı və ölçülü malların qiymətinin dəyəri ümumilikdə ƏDV daxil 1416,53 manat razılaşdırılmışdır. 12 dekabr 2022-ci il tarixli 274 AMP/2022 nömrəli alqı-satqı müqaviləsinə Əlavə 8 saylı tərtib edilmiş edilmiş X1 görünür ki, xx.xx.2023-cü il tarixinə tərəflər arasında müxtəlif adlı və ölçülü malın qiymətinin dəyəri ümumilikdə ƏDV daxil 1298 manat razılaşdırılmışdır. 12 dekabr 2022-ci il tarixli 274 AMP/2022 nömrəli alqı-satqı müqaviləsinə Əlavə 9 saylı tərtib edilmiş edilmiş X1 görünür ki, xx.xx.2023-cü il tarixinə tərəflər arasında müxtəlif adlı və ölçülü malların qiymətinin dəyəri ümumilikdə ƏDV daxil 2206,60 manat razılaşdırılmışdır. 12 dekabr 2022-ci il tarixli 274 AMP/2022 nömrəli alqı-satqı müqaviləsinə Əlavə 10 saylı tərtib edilmiş edilmiş X1 görünür ki, xx.xx.2023-cü il tarixinə tərəflər arasında müxtəlif adlı və ölçülü malların qiymətinin dəyəri ümumilikdə ƏDV daxil 755,20 manat razılaşdırılmışdır. 12 dekabr 2022-ci il tarixli 274 AMP/2022 nömrəli alqı-satqı müqaviləsinə Əlavə 11 saylı tərtib edilmiş edilmiş X1 görünür ki, xx.xx.2023-cü il tarixinə tərəflər arasında müxtəlif adlı və ölçülü malların qiymətinin dəyəri ümumilikdə ƏDV daxil 1994,67 manat razılaşdırılmışdır. 12 dekabr 2022-ci il tarixli 274 AMP/2022 nömrəli alqı-satqı müqaviləsinə Əlavə 12 saylı tərtib edilmiş edilmiş X1 görünür ki, xx.xx.2023-cü il tarixinə tərəflər arasında müxtəlif adlı və ölçülü malların qiymətinin dəyəri ümumilikdə ƏDV daxil 98,53 manat razılaşdırılmışdır. 12 dekabr 2022-ci il tarixli 274 AMP/2022 nömrəli alqı-satqı müqaviləsinə Əlavə 13 saylı tərtib edilmiş edilmiş X1 görünür ki, xx.xx.2023-cü il tarixinə tərəflər arasında müxtəlif adlı və ölçülü malların qiymətinin dəyəri ümumilikdə ƏDV daxil 1057,75 manat razılaşdırılmışdır. 12 dekabr 2022-ci il tarixli 274 AMP/2022 nömrəli alqı-satqı müqaviləsinə Əlavə 14 saylı tərtib edilmiş edilmiş X1 görünür ki, xx.xx.2023-cü il tarixinə tərəflər arasında müxtəlif adlı və ölçülü malların qiymətinin dəyəri ümumilikdə ƏDV daxil 97,11 manat razılaşdırılmışdır. 12 dekabr 2022-ci il tarixli 274 AMP/2022 nömrəli alqı-satqı müqaviləsinə Əlavə 15 saylı tərtib edilmiş edilmiş X1 görünür ki, xx.xx.2023-cü il tarixinə tərəflər arasında müxtəlif adlı və ölçülü malların qiymətinin dəyəri ümumilikdə ƏDV daxil 10.253,14 manat razılaşdırılmışdır. 12 dekabr 2022-ci il tarixli 274 AMP/2022 nömrəli alqı-satqı müqaviləsinə Əlavə 16 saylı tərtib edilmiş edilmiş X1 görünür ki, xx.xx.2023-cü il tarixinə tərəflər arasında müxtəlif adlı və ölçülü malın qiymətinin dəyəri ümumilikdə ƏDV daxil 2039,04 manat razılaşdırılmışdır. 12 dekabr 2022-ci il tarixli 274 AMP/2022 nömrəli alqı-satqı müqaviləsinə Əlavə 17 saylı tərtib edilmiş edilmiş X1 görünür ki, xx.xx.2023-cü il tarixinə tərəflər arasında müxtəlif adlı və ölçülü malın qiymətinin dəyəri ümumilikdə ƏDV daxil 94,40 manat razılaşdırılmışdır. 12 dekabr 2022-ci il tarixli 274 AMP/2022 nömrəli alqı-satqı müqaviləsinə Əlavə 18 saylı tərtib edilmiş edilmiş X1 görünür ki, xx.xx.2023-cü il tarixinə tərəflər arasında müxtəlif adlı və ölçülü malın qiymətinin dəyəri ümumilikdə ƏDV daxil 94,40 manat razılaşdırılmışdır. 12 dekabr 2022-ci il tarixli 274 AMP/2022 nömrəli alqı-satqı müqaviləsinə Əlavə 19 saylı tərtib edilmiş edilmiş X1 görünür ki, xx.xx.2023-cü il tarixinə tərəflər arasında müxtəlif adlı və ölçülü malın qiymətinin dəyəri ümumilikdə ƏDV daxil 920,28 manat razılaşdırılmışdır. 12 dekabr 2022-ci il tarixli 274 AMP/2022 nömrəli alqı-satqı müqaviləsinə Əlavə 20 saylı tərtib edilmiş edilmiş X1 görünür ki, xx.xx.2023-cü il tarixinə tərəflər arasında müxtəlif adlı və ölçülü malların qiymətinin dəyəri ümumilikdə ƏDV daxil 27.703,69 manat razılaşdırılmışdır. 12 dekabr 2022-ci il tarixli 274 AMP/2022 nömrəli alqı-satqı müqaviləsinə Əlavə 21 saylı tərtib edilmiş edilmiş X1 görünür ki, xx.xx.2023-cü il tarixinə tərəflər arasında müxtəlif adlı və ölçülü malların qiymətinin dəyəri ümumilikdə ƏDV daxil 10060,68 manat razılaşdırılmışdır. EBCP seriyalı, 031405 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 259,60 manat, EBDA seriyalı, 517982 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1298 manat, EBDB seriyalı, 809957 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 10253,14 manat, EBDB seriyalı, 884595 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 94,40 manat, EBDB seriyalı, 867405 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 2039,04 manat, EBDB seriyalı, 941365 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 91,33 manat, EBDC seriyalı, 198903 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 920,28 manat, EBDC seriyalı, 078940 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 27703,69 manat, EBDİ seriyalı, 090478 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 10060,68 manat məbləğdə mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli (3 ədəd), xx.xx.2023-cü il tarixli (3 ədəd), xx.xx.2023-cü il tarixli (2 ədəd), xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli (2 ədəd), xx.xx.2023-cü il tarixli, xx.xx.2023cü il tarixli (2 ədəd), xx.xx.2023-cü il tarixli təqdim olunan alınmış malların təhvil-təslim aktlarından görünür ki, 1509,22 manat, 259,60 manat, 1019,52 manat, 471,65 manat, 149,86 manat, 1368,80 manat, 1416,53 manat, 2206,60 manat, 1298 manat, 1994,67 manat, 755,20 manat, 98,53 manat, 1057,75 manat, 97,11 manat, 10253,14 manat, 94,40 manat, 2039,04 manat, 91,33 manat, 920,28 manat, 27703,69 manat, 10060,68 manat məbləğində müxtəlif adda məhsullar "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə təhvil verilmiş, tərəflər hər ikisi aktları imza və möhürləri ilə təsdiq etmişlər. Sub-uçot hesabından digər sub-uçot hesaba xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli,xx.xx.2023-cü il tarixli köçürülmə əməliyyatları ilə təsdiq edilir ki, "xxxx" MMC -nin ƏDV sub-uçot hesabından 230,22 manat, 71,95 manat, 155,52 manat, 22,86 manat, 208,80 manat, 161,35 manat, 216,08 manat, 115,20 manat, 15,03 manat, 336,60 manat, 304,27 manat və 14,81 manat məbləğində (ƏDV) pul vəsaiti "xxxx" MMC hesabına ödənilmişdir. İddiaçı MMC Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə müraciət edərək 12 dekabr 2022-ci il tarixli 274 AMP/2022 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış 52720,16 manat məbləğində borcun 10 iş günü müddətində ödəməyi, əks halda pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyini qeyd etmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən 273,59 manat dövlət rüsumu ödəmişdir. Alqı-satqı müqaviləsindəki, müqavilələrin əlavələrindəki və təhvil-təslim aktlarındakı Nümayəndə adından olan imzaların onun özü və ya başqa şəxs tərəfindən icra edilibedilmədiyinin müəyyən edilməsi üçün xətşünaslıq ekspertizası keçirilmiş və xx.xx.2024-cü il tarixli, 4/1247 saylı rəyi ekspert rəyi ilə İddiaçı MMC ilə Cavabdeh MMC arasında olan xx.xx.2022-ci il tarixli 274 AMP/2022 nömrəli alqı-satqı müqaviləsinə əlavə 2 saylı 16 fevral 2023-cü il tarixli, 8 saylı 24 fevral 2023-cü il tarixli, 15 saylı 15 mart 2023-cü il tarixli, 16 saylı 16 mart 2023-cü il tarixli, 17 saylı 16 mart 2023-cü il tarixli, 19 saylı 27 mart 2023cü tarixli, 20 saylı 27 mart 2023-cü il tarixli, 21 saylı 17 iyun 2023-cü il tarixli qiymətlərin razılaşdırılması protokollarında “Alıcı” qrafalarındakı imzaların habelə İddiaçı MMC ilə Cavabdeh MMC arasında olan xx.xx.2023-cü il tarixli, xx.xx.2023- cü il tarixli (3 ədəd), xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli (2 ədəd), xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli (2 ədəd), xx.xx.2023-cü il tarixli alınmış malların təhvil-təslimi barədə aktlarda Təhvil aldı: “MT PLUS MMC” qrafalarındakı imzalar - Nümayəndə tərəfindən icra olunduğu müəyyən edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı üzrə malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış alqı-satqı müqaviləsinə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (protokollar, aktlar və s.) öz təsdiqini tapır. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Cavabdehin nümayəndəsi iddiaçıdan 44000 manat məbləğində mal aldığını və ödənişlər edərək 15800 manat borcu qaldığını bildirsə də, bu faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin o, sənədlərdəki imzaların ona məxsus olmadığını bildirsə də, ekspert rəyi ilə bu fakt da öz təsdiqini tapmamışdır. Mülki–Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən iddiaçıdan 44000 manat məbləğində malların alındığı və ödənişlər edilərək 15800 manat borc qaldığı bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Belə olan halda məhkəmə, qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etməyərək təhvil aldığı malların dəyərini ödəmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını, malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı satdığı malların dəyəri olaraq 52.720,16 manatı tələb etməkdə haqlıdır, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 5272,01 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış xx.xx.2022-cü il tarixli müqavilədə ödənişin gecikdirildiyi təqdirdə dəbbə pulu ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 2636 manat müəyyən olunmalıdır. Bundan başqa iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas məbləğin ödənilməsinin 1 illik gecikdirilməsinə görə illik beş faiz hesablanmaqla 3104,6 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsini 1 ildən artıq gecikdirdiyinə görə iddiaçının əsas borca hesablanmış illik beş faiz ödənilməsini tələb etmək hüququ vardır və buna görə də iddia həmin hissədə də təmin olunmalıdır. Məhkəmə vəkil üçün tələb edilən xidmət haqqının ağlabatan olduğunu nəzərə alaraq hesab edir ki, 300 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin iddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 274 manat dövlət rüsumunun 265,38 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Habelə məhkəmə hesab edir ki, 125 manat ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 12 dekabr 2022-ci il tarixli, 274 AMP/2022 nömrəli Alqı-satqı müqaviləsi üzrə 52720 (əlli iki min yeddi yüz iyirmi) manat 16 (on altı) qəpik əsas borc, 2636 (iki min altı yüz otuz altı) manat cərimə, 3104 (üç min yüz dörd) manat 06 (altı) qəpik illik 5 % miqdarında gecikdirmə faizi, ödənilmiş 274 manat dövlət rüsumunun 265 (iki yüz altmış beş) manat 38 (otuz səkkiz) qəpiyinin əvəzi və hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manatın əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə – xətşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 125 (bir yüz iyirmi beş) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X5, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar