Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-356/2022 17.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “soyuducunun qaytarılması və sair” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, dəyəri 500 (beş yüz) manat olan UĞUR markalı, USS 440 modelli, barkod nömrəsi 00000 8481 olan soyuducunun Cavabdeh alınaraq İddiaçınə qaytarılması, soyuducunun vaxtında qaytarılmamasına görə 300 (üç yüz) manat cərimənin, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 40 (qırx) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMM olaraq fərdi sahibkar kimi fəaliyyət göstərən Cavabdeh ilə 21.12.2020-ci il tarixdə 006278/S20 saylı müqavilə bağlayaraq satışını təşkil etdiyi məhsulların sərinləşdirilib satılmasının təmin edilməsi məqsədi ilə Cavabdeh əvəzsiz istifadə üçün UĞUR markalı, USS 440 modelli, barkod nömrəsi 00000 8481 olan soyuducunu Nizami rayonunda yerləşən icarəyə götürdüyü marketə təhvil vermişdir. Sonradan cavabdeh məkan sahibi ilə anlaşa bilmədiyi üçün marketdə mövcud olan hər bir şeyi, soyuducu daxil götürərək obyekti tərk etmişdir. Bu hadisədən sonra dəfələrlə cavabdehə zəng edib, şirkətə məxsus soyuducunun qaytarmasını tələb etsələr də, cavabdeh bu günə kimi soyuducularını qaytarmamışdır. Müqavilənin 3.5-ci bəndində tərəflər arasında razılaşdırılmış şərtə əsasən Əmlakın vaxtında qaytarılmamasına, eləcə də Əmlakın təmir xərcinin və yaxud itirilmiş/məhv edilmiş dəyərinin vaxtında ödənilməməsinə görə, “İstifadəçi”yə daxil olmuş tələb əsasında hazırkı Müqavilə ilə təhvil verilmiş Əmlakın dəyərinin 1% (bir faiz) həcmində cəriməni, gecikdirilmiş hər təqvim gününə görə “İstifadəyə verən”ə ödəyir. Əmlakın “İstifadəçi” tərəfindən “İstifadəyə verən”ə qaytarılması 15 (on beş) təqvim günündən artıq müddətə gecikdirilərsə, Əmlak itirilmiş/məhv edilmiş hesab edilir və “İstifadəçi” onun dəyərini“İstifadəyə verən”ə ödəyir. Həmin müqavilənin 3.5-ci bəndinə əsaslanaraq, əmlakın vaxtında qaytarılmamasına görə cavabdeh tərəfindən ən azı 300 (üç yüz) AZN cərimə tutulmalıdır. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi X5 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Həmin Məcəllənin 736.1-cı maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. Həmin Məcəllənin 737-ci maddəsinə əsasən kirayəyə verən əvəzsiz istifadə müqaviləsini, əvvələn, əvəzsiz istifadəyə verdiyi əşyaya gözlənilməz hallar nəticəsində ehtiyac duyduqda, ikincisi, kirayəçi əşyadan müqavilənin şərtlərini pozmaqla istifadə etdikdə, o cümlədən əşyanı üçüncü şəxslərin istifadəsinə verdikdə və ya kirayəçinin kifayət qədər vicdanlı olmaması üzündən əşya mühüm təhlükəyə məruz qaldıqda və üçüncüsü, kirayəçinin öldüyü halda vaxtından əvvəl ləğv edə bilər. Məhkəmə ilk öncə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırki iddia tələbində isə yuxarıda qeyd olunan maddələrin dispozisiya şərtləri mövcuddur. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər 21.12.2020-ci il tarixdə 006278/S20 saylı müqavilə bağlayaraq UĞUR markalı, USS 440 modelli, barkod nömrəsi 00000 8481 olan soyuducunu İddiaçı MMM-in satışını təşkil etdiyi məhsulların sərinləşdirilib satılmasının təmin edilməsi məqsədi ilə Cavabdeh əvəzsiz istifadəyə vermişdir. Müqavilənin 2.2.7-ci bəndinə əsasən kirayəçi əmlakın muhafizəsini təmin etməli və kirayəverənin icazəsi olmadan digər yerlərə keçirilməsinə yol verməməlidir. Həmin müqaviləninin 2.2.14-cü bəndinə əsasən kirayəçi kirayəyəverəni ən azı 5 təqvim günündən gec olayaraq planlaşdırılan tədbirlər:yenidən təşkil, iflas, hüquqi və yaxud faktiki ünvanın dəyişdirilməsi, fəaliyyətin dayandırılması və digər dəyişiliklər haqqında yazılı qaydada xəbərdar etməlidir. İş materiallarına əlavə edilmiş Məhkəməyə 06.12.2021-ci il tarixdə daxil olmuş, Cavabdeh tərəfindən göndərilmiş ərizənin məzmunundan görünür ki, o, icarəyə götürmüş olduğu obyektdən çıxanda cola, pepsi, xırdalan və 1 ədəd vitrin soyuducusunu orada qoyub çıxdığını bildirmişdir. Məhkəmə qeyd edir ki, adı çəkilən ərizədə cavabdehin göstərmiş olduğu hallar onu təsdiq edir ki, Cavabdeh 21.12.2020-ci il tarixdə 006278/S20 saylı müqavilə ilə nəzərdə tutulmuş olan soyuducu ona təhvil verilmişdir. Bundan başqa o obyektdən çıxarkən 21.12.2020-ci il tarixdə 006278/S20 saylı müqavilənin şərtlərini pozaraq ona verilmiş soyuducunu İddiaçı MMM-ə qaytarmamış və oradan çıxaması barədə məlumat verməmişdir. Həmçinin o da qeyd edilməlidir ki, İddiaçı MMM şirkəti Pepsi içkilərinin satışının təşkili ilə məşğul olan şirkətdir. Bundan başqa qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş 665140 saylı Faturadan görünür ki, UĞUR markalı, USS 440 modelli soyuducunun 1 ədədinin qiyməti 294 avro təşkil edir. Belə olan halda yəni cavabdeh müqavilənin 2.2.7 və 2.2.14 bəndlərinin tələblərini pozduğundan məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən UĞUR markalı, USS 440 modelli, barkod nömrəsi 00000 8481 olan soyuducu İddiaçı MMM-ə geri qaytarılmalıdır. Mülki Prossesual Məcəllənin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi soyuducunun qaytarılmasından ibarətdir. Ancaq yuxarıda qeyd edilmiş normalarından məzmunundan göründüyü kimi, əmlak tələbinə dair iddialara baxılarkən həmin əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyəri də göstərilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, qətnamə icra olunan zaman UĞUR markalı, USS 440 modelli, barkod nömrəsi 00000 8481 olan soyuducu mövcud olmasa onun dəyəri kimi 500 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMM-ə verilməlidir. Məhkəmə hesab edir ki, cərimə borcunun tələb edilməsi hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehdən tutulmalı cərimə məbləğinin məbləğinin 30 (otuz) manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 40 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmçinin məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 3.4-cü maddəsi də eyni məzmunludur. Göründüyü kimi qanunverici mediasiya xərclərini məhkəməyə iddia verilərkən ödənilən dövlət rüsumu ilə eyniləşdirmişdir. Ancaq Mülki Prossesual Məcəlləsində ( 119-cu maddədə) konkret olaraq mediasiya xərclərinin bölüşdürülməsi göstərilməsə də, qeyd olunan hala MPM-in 13.4-cü maddəsinə (Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir) əsasən qiymət verilməlidir. Belə ki, iddiaçı tərəf Kommerssiya məhkəməsinə müraciət edərkən mütləq qaydada ilkin mediasiya sessiyasında iştirak etməli və müvafiq arayışı təqdim etməlidir. İddiaçı da, ilkin mediasiya sessiyasında iştirak edərkən müəyyən mediasiya xərcini ödəyir. Ona görə də, mediasiya zamanı çəkilən xərclərlə iddia ərizəsi üzrə məhkəməyə müraciət edilərkən ödənilmiş dövlət rüsumu “status” baxımından eyniləşdirilməldir və MPM-nin 13.4-cü maddəsinə istinad edilməklə 119-cu maddə tətbiq edilməlidir. İş materiallarında olan ilkin mediasiya sesiyasında iştirak edilməmsi barədə arayışdan görünür ki, mediasiya sesiyasına 40 manat məbləğində xərc çəkilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, mediasiyaya çəkilmiş xərc olaraq 40 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Dəyəri 500 (beş yüz) manat məbləğində olan UĞUR markalı, USS 440 modelli, 00000 8481 barkod nömrəli soyuducu Cavabdeh alınaraq İddiaçınə verilsin. Qətnamə icra olunan vaxt UĞUR markalı, USS 440 modelli, 00000 8481 barkod nömrəli soyuducu mövcud olmasa onun dəyəri olaraq 500 (beş yüz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçınə verilsin. 30 (otuz) manat məbləğində cərimə, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 40 (qırx) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-356/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-356/2022
17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver