Məhkəmə qərarları › İş №e-2-2(113)-3561/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3561/2024

03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3561/2024 03.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, öhdəliyin lazımınca icra edilməməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1718 nömrəli nisyə alqı-satqı haqqında müqavilə üzrə qalıq ümumi borc məbləği olan 3373 manat borcun, 48,10 manat gecikmə faizinin və 55 manat dövlət rüsumu qismində ödənilmiş məbləğ olmaqla, cəmi 3476,10 manat məbləğin Cavabdeh1 və Cavabdeh2 İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, 1718 nömrəli nisyə alqı-satqı haqqında müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən satış obyekti olan yeni (işlənməmiş) “Elos Trio” cihazı xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh1 təhvil verilmişdir. Bildirilir ki, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı Cavabdeh1 tərəfindən şəxsən imzalanmış və həmin akta əsasən o, “təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını” təsdiq etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin 2.2-ci bəndinə əsasən satış obyektinin toplam satış qiyməti 13550 (on üç min beş yüz əlli) manat müəyyən edilmişdir. Müqavilə əlavəsinin 2.3-cü bəndində qeyd edilmiş satış qiymətinin ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh1 tərəfindən hissə-hissə olmaqla ümumilikdə 10177 (on min yüz yetmiş yeddi) manat ödəniş edilmişdir. Daha sonra isə müqavilə üzrə öhdəliyin icrası Cavabdeh1 tərəfindən birtərəfli qaydada pozulmuşdur, xx.xx.2024-cü il tarixdə isə 481 (dörd yüz səksən bir) manat ödəniş icra edilməli idi. Lakin cavabdeh tərəfindən ödəniş öhdəliyi icra edilməmişdir. Ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh1 tərəfindən ödəniş edilməməsi, müqavilənin ödəniş şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi və ya pozulması anlamına gəlir. Qeyd edilir ki, bu kimi hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və mövcud müqaviləyə zidd əməl hesab olunur. Əlavə olaraq, 1718 nömrəli, 08 oktyabr 2022-cü il tarixli müqavilə üzrə xx.xx.2023cü il tarixli öhdəlik müqaviləsinin 1-ci bəndinə əsasən Cavabdeh1 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqaviləyə əsasən bugünə olan 9145 (doqquz min yüz qırx beş) manat borc öhdəliyini “ikinci tərəf” (Cavabdeh2) tam şəkildə ödənilməsinə dair üzərinə öhdəlik götürür. Lakin iddiaçı tərəfindən bir neçə dəfə şifahi şəkildə qalıq ödəniş öhdəliyinin icra edilməsi tələb edilməsinə baxmayaraq, qeyd edilən ödəniş öhdəliyi bugünədək icra edilməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci, 421.2, 430.1-ci, 442-ci, 445.1-ci, 445.2.1, 445.2.2, 600.5-ci maddələrinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X2 İddiaçı MMC-nin xeyrinə tutulması” sözlərini “Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı MMC-nin xeyrinə tutulması” sözləri ilə əvəzlənməsi və qalıq ümumi borc məbləği olan 3373 (üç min üç yüz yetmiş üç) manat borcun, 48,10 manat gecikmə faizinin və 55 (əlli beş) manat dövlət rüsumu qismində ödənilmiş məbləğin cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdehlər tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

6. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

7. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, 1718 nömrəli malların nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi satış obyektini sifariş verib icraçıya razılaşdırılmış satış obyektinin satış qiymətini ödəməyi, icraçı isə sifarişçiyə ödənilmiş məbləğ qarşılığında satış obyektini satmağı (bundan sonra “xidmət”) öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən göstərilməli “xidmət” üzrə satış obyekti və onun satış qiyməti, bu müqaviləyə əlavə edilən və bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən müqavilə əlavəsi ilə müəyyənləşdirilir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icraçı sifarişçinin müqavilə əlavəsi üzrə ödədiyi “xidmət” haqqı (satış obyektinin satış qiyməti) qarşılığında sifariş verilmiş satış obyektini sifarişçiyə təhvil verməlidir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən icraçı bu müqavilə və müqavilə əlavəsi üzrə nəzərdə tutulan şərtlər daxilində xidməti icra etməlidir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən göstərilən xidmət üzrə satış obyekti və satış obyektinin satış qiyməti icraçı və sifarişçi tərəfindən öncədən müəyyən edilir. Bütün bunlar və hesablaşma qaydaları müqavilənin ayrılmaz tərkib hissəsi olan müqavilə əlavəsində öz əksini tapır. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən bu müqavilə üzrə hesablaşmalar nağd qaydada və ya bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən hesablaşma Azərbaycan Respublikasının milli valyutası olan manat (AZN) ilə aparılır.

9. İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1718 nömrəli malların nisyə alqı-satqı müqaviləsinə xx.xx.2022-ci il tarixdə Müqavilə əlavəsi imzalanmışdır.

10. Birinci tərəf – İddiaçı MMC, ikinci tərəf – Cavabdeh2, üçüncü tərəf – Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqavilə üzrə xx.xx.2023-cü il tarixdə öhdəlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqaviləyə əsasən bugünə olan 9145 (doqquz min yüz qırx beş) manat borc öhdəliyinin icra edilməsinə dair “birinci tərəf” (İddiaçı MMC), “ikinci tərəf' (Cavabdeh2) və “üçüncü tərəf’ (Cavabdeh1) arasında razılıq əldə edilmişdir. Həmin müqavilənin 1-ci bəndinə əsasən Cavabdeh1 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqaviləyə əsasən bugünə olan 9145 (doqquz min yüz qırx beş) manat borc öhdəliyini “ikinci tərəf” (Cavabdeh2) tam şəkildə ödənilməsinə dair üzərinə öhdəlik götürür. Həmin müqavilənin 2-ci bəndinə əsasən birinci tərəf (İddiaçı MMC) xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqaviləyə əsasən satış obyekti olmuş “Elos Trio (Mənşə ölkəsi: Çin)” cihazını və eyni zamanda öncədən görünüşləri razılaşdırılmış müvafiq hədiyyələrin bu müqavilənin 1-ci bəndi nəzərə alınmaqla ikinci tərəfdə qalmasına razılıq verir. Həmin müqavilənin 3-cü bəndinə əsasən tərəflərin qarşılıqlı razılaşmasına əsasən müəyyən edildi ki, Cavabdeh1 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqaviləyə əsasən qalıq ümumi borc məbləği, öhdəliyi 9145 (doqquz min yüz qırx beş) manat təşkil edir. Həmin müqavilənin 4-cü bəndinə əsasən bu müqavilənin 3-cü bəndi ilə müəyyən edilmiş qalıq ümumi borc məbləği, öhdəliyi 9145 (doqquz min yüz qırx beş) manat ikinci tərəfdən (Cavabdeh2) 19 (on doqquz) ay müddətinə ödənilməklə aşağıdakı cədvələ əsasən icra ediləcək. Həmin müqavilənin 5-ci bəndinə əsasən ikinci tərəf (Cavabdeh2) ödəniş öhdəliyini icra edərkən gecikdirilmiş ödənişin hər günü üçün gecikdirilmiş ödəniş məbləğinin 3 (üç) %-i miqdarında cərimə ödənilməsinə dair üzərinə öhdəlik götürür. Həmin müqavilənin 6-cı bəndinə əsasən ödəniş öhdəliyi tam icra edilənədək satış obyekti olan “Elos Trio (Mənşə ölkəsi: Çin)” cihazının və eyni zamanda öncədən görünüşləri razılaşdırılmış müvafiq hədiyyələrin birinci tərəfin (İddiaçı MMC) mülkiyyəti olmasını ikinci tərəf (Cavabdeh2) qəbul edir. Həmin müqavilənin 7-ci bəndinə əsasən ikinci tərəf (Cavabdeh2) ödəniş öhdəlikləri icra etmədiyi və ya natamam icra etdiyi halda, ödənilmiş bütün məbləğin, pul vəsaitinin geri tələb edilmədən satış obyektlərinin birinci tərəfə (İddiaçı MMC) qeyri-şərtsiz geri qaytarılmasına dair üzərinə öhdəlik götürür. Həmin müqavilənin 8ci bəndinə əsasən üçüncü tərəf (Cavabdeh1) ikinci tərəf (Cavabdeh2) ödəniş öhdəliklərini icra etmədiyi və ya natamam icra etdiyi halda birinci tərəfə (İddiaçı MMC) ödənişlərin özü tərəfindən (Cavabdeh1) tamamlanmasına dair öhdəlik götürür.

11. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktında qeyd olunmuşdur ki, mən – Cavabdeh1 1718 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə əsasında mənə çatdırılmalı olan yuxanda adları (1) Elos Trio, 2) Alət masası, 3) Lampa lupa, 4) Həkim stulu, 5) Həkim üçün eynək, 6) Pasiyent üçün eynək, 7) Stabilizator, 8) Reklam üçün Roll up, 9) Distillə su) qeyd olunmuş bütün predmetləri yeni (işlənməmiş), saz vəziyyətdə, heç bir problemi olmadan, qüsursuz olaraq təhvil aldım və heç bir etirazım yoxdur. Yuxanda adları qeyd olunmuş bütün predmetlərin öz funksiyalarım tam şəkildə yerinə yetirdiklərini və onları arzu etdiyim keyfiyyətə sahib olmaqla təhvil aldığımı aşağıdakı imzamla təsdiq edirəm.

12. xx.xx.2024-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqavilə üzrə xx.xx.2024-cü il tarixinə qalıq borc 3373 (üç min üç yüz yetmiş üç) manat, 48,10 manat gecikmə faizinin və 55 (əlli beş) manat ödənilmiş dövlət rüsumu təşkil edir.

13. xx.xx.2022-ci il tarixli, ƏXZ/1 seriyalı, 832925 nömrəli kassa mədaxil orderi qəbzində Cavabdeh1 tərəfindən 2000 manatın xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqavilə üzrə İddiaçı MMC-nin hesabına mədaxil olunduğu və qalıq borcun 11550 manat olduğu qeyd olunur.

14. xx.xx.2022-ci il tarixli, ƏXZ/1 seriyalı, 832928 nömrəli kassa mədaxil orderi qəbzində Cavabdeh1 tərəfindən 481 manatın xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqavilə üzrə İddiaçı MMC-nin hesabına mədaxil olunduğu və qalıq borcun 11069 manat olduğu qeyd olunur.

15. xx.xx.2022-ci il tarixli, ƏXZ/1 seriyalı, 832931 nömrəli kassa mədaxil orderi qəbzində Cavabdeh1 tərəfindən 481 manatın xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqavilə üzrə İddiaçı MMC-nin hesabına mədaxil olunduğu və qalıq borcun 10588 manat olduğu qeyd olunur.

16. xx.xx.2023-cü il tarixli, ƏXZ/1 seriyalı, 832934 nömrəli kassa mədaxil orderi qəbzində Cavabdeh1 tərəfindən 481 manatın xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqavilə üzrə İddiaçı MMC-nin hesabına mədaxil olunduğu və qalıq borcun 10107 manat olduğu qeyd olunur.

17. xx.xx.2023-cü il tarixli, ƏXZ/1 seriyalı, 832938 nömrəli kassa mədaxil orderi qəbzində Cavabdeh1 tərəfindən 481 manatın xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqavilə üzrə İddiaçı MMC-nin hesabına mədaxil olunduğu və qalıq borcun 9626 manat olduğu qeyd olunur.

18. xx.xx.2023-cü il tarixli, ƏXZ/1 seriyalı, 832940 nömrəli kassa mədaxil orderi qəbzində Cavabdeh1 tərəfindən 481 manatın xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqavilə üzrə İddiaçı MMC-nin hesabına mədaxil olunduğu və qalıq borcun 9145 manat olduğu qeyd olunur.

19. xx.xx.2023-cü il tarixli, ƏXZ/1 seriyalı, 832943 nömrəli kassa mədaxil orderi qəbzində Cavabdeh1 tərəfindən 481 manatın xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqavilə üzrə İddiaçı MMC-nin hesabına mədaxil olunduğu və qalıq borcun 8664 manat olduğu qeyd olunur.

20. xx.xx.2023-cü il tarixli, ƏXZ/1 seriyalı, 832945 nömrəli kassa mədaxil orderi qəbzində Cavabdeh1 tərəfindən 482 manatın xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqavilə üzrə İddiaçı MMC-nin hesabına mədaxil olunduğu və qalıq borcun 8182 manat olduğu qeyd olunur.

21. xx.xx.2023-cü il tarixli, ƏXZ/1 seriyalı, 832948 nömrəli kassa mədaxil orderi qəbzində Cavabdeh1 tərəfindən 482 manatın xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqavilə üzrə İddiaçı MMC-nin hesabına mədaxil olunduğu və qalıq borcun 7700 manat olduğu qeyd olunur.

22. xx.xx.2023-cü il tarixli, ƏXZ/1 seriyalı, 832949 nömrəli kassa mədaxil orderi qəbzində Cavabdeh1 tərəfindən 479 manatın xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqavilə üzrə İddiaçı MMC-nin hesabına mədaxil olunduğu və qalıq borcun 7221 manat olduğu qeyd olunur.

23. xx.xx.2023-cü il tarixli, ƏXZ/1 seriyalı, 832950 nömrəli kassa mədaxil orderi qəbzində Cavabdeh1 tərəfindən 482 manatın xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqavilə üzrə İddiaçı MMC-nin hesabına mədaxil olunduğu və qalıq borcun 6738 manat olduğu qeyd olunur.

24. xx.xx.2023-cü il tarixli, ƏXZ/1 seriyalı, 832951 nömrəli kassa mədaxil orderi qəbzində Cavabdeh1 tərəfindən 482 manatın xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqavilə üzrə İddiaçı MMC-nin hesabına mədaxil olunduğu və qalıq borcun 6257 manat olduğu qeyd olunur.

25. xx.xx.2023-cü il tarixli, ƏXZ/1 seriyalı, 832955 nömrəli kassa mədaxil orderi qəbzində Cavabdeh1 tərəfindən 482 manatın xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqavilə üzrə İddiaçı MMC-nin hesabına mədaxil olunduğu və qalıq borcun 5775 manat olduğu qeyd olunur.

26. xx.xx.2023-cü il tarixli, ƏXZ/1 seriyalı, 832956 nömrəli kassa mədaxil orderi qəbzində Cavabdeh1 tərəfindən 500 manatın xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqavilə üzrə İddiaçı MMC-nin hesabına mədaxil olunduğu və qalıq borcun 5275 manat olduğu qeyd olunur.

27. xx.xx.2023-cü il tarixli, ƏXZ/1 seriyalı, 832958 nömrəli kassa mədaxil orderi qəbzində Cavabdeh1 tərəfindən 460 manatın xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqavilə üzrə İddiaçı MMC-nin hesabına mədaxil olunduğu və qalıq borcun 4815 manat olduğu qeyd olunur.

28. xx.xx.2024-cü il tarixli, ƏXZ/1 seriyalı, 832962 nömrəli kassa mədaxil orderi qəbzində Cavabdeh1 tərəfindən 480 manatın xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqavilə üzrə İddiaçı MMC-nin hesabına mədaxil olunduğu və qalıq borcun 4335 manat olduğu qeyd olunur.

29. xx.xx.2024-cü il tarixli, ƏXZ/1 seriyalı, 832963 nömrəli kassa mədaxil orderi qəbzində Cavabdeh1 tərəfindən 484 manatın xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqavilə üzrə İddiaçı MMC-nin hesabına mədaxil olunduğu və qalıq borcun 3851 manat olduğu qeyd olunur.

30. xx.xx.2024-cü il tarixli, ƏXZ/1 seriyalı, 832967 nömrəli kassa mədaxil orderi qəbzində Cavabdeh1 tərəfindən 478 manatın xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqavilə üzrə İddiaçı MMC-nin hesabına mədaxil olunduğu və qalıq borcun 3373 manat olduğu qeyd olunur.

31. İddiaçı tərəfindən cavabdehlərə göndərilmiş pretenziya məktublarından görünür ki, borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

34. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 1718 nömrəli malların nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Daha sonra birinci tərəf – İddiaçı MMC, ikinci tərəf – Cavabdeh2, üçüncü tərəf – Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, 1718 nömrəli müqavilə üzrə xx.xx.2023-cü il tarixdə öhdəlik müqaviləsi bağlanmışdır. Qeyd edilən müqavilələr üzrə iddiaçı həmin öhdəliklərini yerinə yetirsə də, cavabdehlər müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və hal-hazırda iddiaçıya borcu yaranmışdır.

35. İddia tələbinin bir hissəsini cavabdehlərdən müştərək qaydada qalıq ümumi borc məbləği olan 3373 manatın pulun tutulması təşkil edir.

36. Məhkəmə qanunvericilik normalarını, cavabdehlərin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etmədiklərini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3373 (üç min üç yüz yetmiş üç) manat əsas borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Həmin borcun mövcudluğu təqdim olunmuş sübutlarla öz təsdiqini tapır.

37. iddia tələbinin digər hissəsini cavabdehlərdən müştərək qaydada 48,10 manat məbləğində cərimə borcunun tutulması təşkil edir.

38. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehlərdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

39. Məhkəmə tərəflərin əsaslı mənafelərini, gecikdirilmə müddətini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 20 (iyirmi) manat həcmində müəyyən edilməli, cərimənin tutulmasına dair iddia həmin hissədə təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir.

40. Eləcə də, iddiaçı iş üzrə ödənilmiş 55 manat dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

41. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 54,21 manat (əlli dörd manat iyirmi bir qəpik) məbləğində pul cavabdehlərdən müştəərk qaydada tutularaq iddiaçıya ödənilməlidir.

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3373 (üç min üç yüz yetmiş üç) manat əsas borc, 20 (iyirmi) manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 54,21 manat (əlli dörd manat iyirmi bir qəpik) olmaqla, cəmi 3447,21 manat (üç min dörd yüz qırx yeddi manat iyirmi bir qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar