Məhkəmə qərarları › İş №e-2-2(113)-3561/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3561/2025

10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3561/2025 10.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həşimova Günay qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçı QSC-nin Cavabdeh MMC-yə MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin Cavabdeh MMC-yə MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dənxx.xx.2023-cü il tarixli № **********/2023/SA nömrəli alğı-satqı müqaviləsi üzrə öz müqavilə öhdəliyini yerinə yetirməyərək iddiaçıya vurduğu 9092.92 (doqquz min doxsan iki manat doxsan iki qəpik) (ƏDV daxil) məbləğində əsas borcunun, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 150 manat (bir yüz əlli manat) faiz məbləğini, cəmi 9242.92 (doqquz min iki yüz qırx iki manat) doxsan iki qəpik) manat məbləğin və 112.43 (bir yüz on iki manat qırx üç qəpik) manat dövlət rüsumunun İddiaçı QSC xeyrinə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı və cavabdeh məhkəməyə barışıq sazişi təqdim etməklə, aralarında bağlanmış sazişinin təsdiq edilməsini, işin icraatına xitam verilməsini xahiş etmişlər və barışıq sazişinin təsdiq edilməsinin nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 13 iyun 2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər (iddiaçı və cavabdeh) aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. 1. Tərəflər təsdiq edirlər ki, aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, №: **********/2023/SA nömrəli müqavilə üzrə Cavabdeh MMC-nin iddiaçıya ümumilikdə 9.092,92 (doqquz min doxsan iki manat doxsan iki qəpik) manat borcu yaranmışdır.

2. Cavabdeh MMC 15 iyul 2025-ci il tarixdən müvafiq borcu ödənişini aşağıdakı ödəniş qrafikinə uyğun qaydada iddiaçıya ödəməyi öhdəsinə götürür: ÖDƏNİŞ QRAFİKİ Sİ Tarix Ödəniş məbləği: S (manatla, ƏDV daxil)

L 15 İvul 2025 4.546.46 2.15 Avqust 2025 4.546.46

3. Tərəflərə məlumdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

4. Banşıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra qanuni qüvvəyə minir və icrası tərəflər üçün məcburidir.

5. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanması üçün əsas şərtdir.

6. Hazırki barışıq sazişi tərəflərin hər birinə 1 nüsxə və Bakı Kommersiya Məhkəməsinə 1 nüsxə verilməklə 3 nüsxədə imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı QSC-nin Cavabdeh MMC-yə MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış 13 iyun 2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərdə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.

1. 1. Tərəflər təsdiq edirlər ki, aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, №: **********/2023/SA nömrəli müqavilə üzrə Cavabdeh MMC-nin iddiaçıya ümumilikdə 9.092,92 (doqquz min doxsan iki manat doxsan iki qəpik) manat borcu yaranmışdır.

2. Cavabdeh MMC 15 iyul 2025-ci il tarixdən müvafiq borcu ödənişini aşağıdakı ödəniş qrafikinə uyğun qaydada iddiaçıya ödəməyi öhdəsinə götürür: ÖDƏNİŞ QRAFİKİ Sİ Tarix Ödəniş məbləği: S (manatla, ƏDV daxil)

L 15 İvul 2025 4.546.46 2.15 Avqust 2025 4.546.46

3. Tərəflərə məlumdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

4. Banşıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra qanuni qüvvəyə minir və icrası tərəflər üçün məcburidir.

5. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanması üçün əsas şərtdir.

6. Hazırki barışıq sazişi tərəflərin hər birinə 1 nüsxə və Bakı Kommersiya Məhkəməsinə 1 nüsxə verilməklə 3 nüsxədə imzalanmışdır. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar