Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3564/2021 13.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC qarşı «alqı-satqı müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 15.142,85 AZN əsas borc məbləğini və ödənilmiş dövlət rüsumu olaraq 30 AZN, ümumilikdə 15.172,85 AZN məbləğində vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN: **********) ilə Cavabdeh1 MMC (VÖEN: **********) arasında 02/2019-A 172 nömrəli 23 fevral 2019-ci il tarixli Alqı-Satqı Müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” (İddiaçı MMC ) bu Müqavilənin 2.2-ci bəndinə uyğun olaraq “Avtomobillər üçün şinlərin və akumlyatorların “Alıcı”ya satılmasını və servisini həyata keçirməyi, “Alıcı” (Cavabdeh1 MMC) isə öz növbəsində malları qəbul edib dəyərini bu müqavilə ilə müəyyən edilmiş müddətdə ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndində qeyd edilir ki, “Alıcı” Elektron-Qaimədə göstərilən malları qəbul etdikdən sonra təqdim olunmuş hesabfakturaya əsasən, malların dəyərini 10 (on) iş günü müddətində “Satıcı”nın hesabına ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.3-cü maddəsinə əsasən “Satıcı’^n “Alıcı”dan təqdim olunmuro mallaran dəyərinin ^dənilməsini tələb etmək hbququ va^r, o roərtlə ki, “Alıcı” mallara qəbul etmiro olsun. Təəssüf hissi ilə bildiririk ki, müqavilə üzrə öhdəliklər “Alıcı” (Cavabdeh1 MMC) tərəfindən hələ də icra edilməmişdir. Satıcı tərəfindən mallar “Alıcı”ya Elektron-qaimə əsasında təhvil verilmiş, lakin müqavilə üzrə nəzərdə tutulan malların dəyəri hələ də ödənilməmişdir. Şirkətimizə olan borcunuz 15.142,85 AZN əsas borc məbləğindədir. Alqı-Satqı Müqaviləsinə uyğun olaraq öhdəlikləri pozan tərəfə “Alıcı”ya (Cavabdeh1 MMC) 18 yanvar 2021-ci il tarixli bildiriş göndərilmişdir, lakin heç bir irəliləyiş olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddianı qismən qəbul etdiyini bildirərək 812 manat vəsaitin ƏDV-nin üzləşmə aktında qeyd olunmadığını qeyd etdi və iddia tələbinin həmin hissədə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Satıcı İddiaçı MMC ilə alıcı "xxxx" MMC arasında 23.02.2019-cu il tarixli, 02/2019- A nömrəli müqavilədən görünür ki, “Satıcı” bu Müqavilənin 2.2-ci bəndinə uyğun olaraq “Avtomobillər üçün şin”lərin və “akumlyator”ların (bundan sonra “Mallar” adlandırılacaq) “Alıcı”ya satılmasını və servisini həyata keçirməyi, “Alıcı” isə malları qəbul edib dəyərini bu Müqavilə ilə müəyyən edilmiş müddətdə ödəməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən “Alıcı” Elektron-Qaimədə göstərilən malları qəbul etdikdən sonra təqdim olunmuş hesab- fakturaya əsasən, malların dəyərini “Satıcı”ya 10 (on) iş günü müddətində ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən Malların çeşidi, növləri və miqdarı hazırkı Müqavilənin ayrılmaz tərkib hissəsi olan tərəflər arasında razılaşdırılmış yazılı və ya şifahi sifarişlər formasında göstərilir. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən “Satıcf’nm “Alıcı”dan təqdim olunmuş malların dəyərinin ödənilməsini tələb etmək hüququ vardır, o şərtlə ki, “Alıcı” malları qəbul etmiş olsun. İş Materiallarına əlavə edilmiş 12.05.2020-ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi akt”-ından görünür ki, qeyd olunan tarixə "xxxx" MMC-nin İddiaçı MMC-yə 15142,85 manat borcunun olması iddiaçi və cavabdeh tərəfindən təsdiq olunmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Satıcı İddiaçı MMC ilə Alıcı "xxxx" MMC arasında 23.02.2019-cu il tarixli, 02/2019-A nömrəli müqavilə imzalanmışdır. Müqaviləyə edilmiş əlavələr üzrə müqavilənin dəyəri satılacaq avadanlıqların miqdarı və dəyərləri müəyyən edilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə malların təhvil verilməsi halı işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Göründüyü kimi tərəflər arasında müqavilədən irəli gələn hüquq və vəzifələr yaranmışdır. Satıcı müqavilələr üzrə öhdəliyini tam yerinə yetirmiş və malı alıcıya təhvil vermişdir. Alıcı isə malın dəyərinin ödənilməsinə dair öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və nəticədə satıcıya borcu yaranmışdır. Hazırda iddiaçının cavabehə müqavilə üzrə 15142,85 manat əsas borcunun olması üzləşdirmə aktı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi 23.02.2019-cu il tarixli, 02/2019-A nömrəli müqavilə üzrə cavabdeh "xxxx" MMC-dən 15142,85 manat əsas borcun iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 15142,85 manat əsas borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı MMC–nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. "xxxx" MMC-dən 15.142,85 (on beş min yüz qırx iki manat, səksən beş qəpik) manat əsas borc məbləği və ödənilmiş dövlət rüsumu olaraq 30 (otuz) manat olmaqla, ümumilikdə 15.172,85 (on beş min yüz yetmiş iki manat, səksən beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3564/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3564/2021
13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver