Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3565/2025 27.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X1 Zakir oğlunun sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, iddiaçının nümayəndələri Nümayəndə3 və vəkil Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli 01/2024 nömrəli malların alqı-satqısı müqaviləsi üzrə Cavabdeh MMC tərəfindən öz öhdəliklərinin icra edilməməsi nəticəsində yaranmış 18060,3634 manat məbləğində borcun həmçinin onlar tərəfindən dövlət rüsumu qismində ödənilən 145 manat və vəkil xərci qismində ödənilən 300 manat məbləğində vəsaitin cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 ərizə yazaraq iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş, cavabdeh tərəfindən iddia üzrə lazımı məbləğin tam ödənildiyini bildirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin geri qaytarılmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi borcu ödədiyini və iddianın geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəfləri dinləyib vəsatəti nəzərdən keçirib hesab edir ki, vəsatət təmin edilməli, iddia ərizəsi və dövlət rüsumu geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçının nümayəndəsi Nümayəndə3 vəsatəti təmin edilsin. İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 147 (yüz qırx yeddi) manat məbləğində dövlət rüsumu (qəbz № **********) ona geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3565/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3565/2025
27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver