Məhkəmə qərarları › İş №e-2-2(113)-3570/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3570/2022

04.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3570/2022 04.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sığorta haqqı ödənişi məbləği ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədi ilə Cavabdeh MMC-dən 12036,53 manat və ödənilmiş dövlət rüsumuna görə 200 manat pulun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Sığorta Şirkəti ASC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixində **********83 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmış və həmin müqavilələr üzrə çoxsaylı əlavələr imzalanmışdır. Cavabdeh MMC tərəfindən İddiaçı Sığorta Şirkəti ASC-nin rəhbərliyinə təqdim olunmuş öhdəlik məktubu ilə 12036,53 manat məbləğində sığorta haqqı borcunun xx.xx.2022-ci il tarixinədək tam ödənilməsinə zəmanət verilməsinə baxmayaraq, bugünədək ödəməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli **********83 nömrəli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsindən görünür ki, Cavabdeh MMC-nin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanununun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan və bu müqavilədə razılaşdırılmış müvafiq sığorta tarifləri əsasında hesablanan və bu müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində onunla bağlanmış əmək və ya mülki-hüquqi müqavilə əsasında işlər və ya xidmətin həyata keçirilməsinə cəlb edilmiş fiziki şəxslərin həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə sığortaçı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanununun 18-ci maddəsində müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyini götürür. Cavabdeh MMC tərəfindən İddiaçı Sığorta Şirkəti ASC-yə ünvanlanmış öhdəlik məktubundan görünür ki, Cavabdeh MMC bu müqavilə üzrə hesablanmış 12036,53 manat məbləğində sığorta haqqının xx.xx.2022-ci il tarixinə qədər tam ödənilməsinə zəmanət vermişdir. xx.xx.2021-ci il tarixli EBAW seriyalı 861750 nömrəli elektron qaimədən görünür ki, qeyd olunan müqavilə üzrə Cavabdeh MMC-nin İddiaçı Sığorta Şirkəti ASC-yə 21766,73 manat məbləğində sığorta haqqı borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci və 903.1-ci maddələrinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanununun 7.2.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətlərdə sığorta haqqını sığortaçıya ödəmək sığortalının vəzifəsidir. Göründüyü kimi, İddiaçı Sığorta Şirkəti ASC ilə Cavabdeh MMC arasında icbari sığorta müqaviləsi bağlansa da, Cavabdeh MMC 12036,53 manat məbləğində olan sığorta haqqını İddiaçı Sığorta Şirkəti ASC-yə ödəməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının İddiaçı Sığorta Şirkəti ASC-nin 12036,53 manat məbləğində pul tələbi hissəsində iddiası əsaslı olduğundan təmin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının 200 manat məbləğində vəsaitin tələbi hissəsində iddia təmin edilə bilməz, belə ki, iddiaçı həmin pulu ilkin mediasiya sessiyasının keçirilməsi üçün çəkilən xərc kimi deyil, dövlət rüsumu kimi tələb etmişdir. Beləliklə, yuxarıda qeyd olunan işin faktiki hallarını qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən sığorta haqqı olan 12036,53 manat məbləğində pul tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. İddia 200 manat tələbi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən sığorta haqqı olan 12036,53 manat məbləğində pul tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. İddia 200 manat tələbi hissəsində rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar